Məhkəmə qərarları › İş №e-2-2(115)-817/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-817/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-817/2025 19.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil Hüseyn qızının iştirakları ilə İddiaçı “X3 Sanayi və Ticaret” Anonim şirkətinın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X3 Sanayi və Ticaret” Anonim şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “İddiaçı” və Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi” üzrə cavabdehə ödənilmiş pul vəsaitindən qaytarılmamış 92.000 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu olaraq 15.000 (13.800 +1.200) ABŞ dollarının, müqavilə üzrə dəbbə pulu olaraq 1.000 ABŞ dollarının, cəmi 107.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 475 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 2000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “İddiaçı”nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, cavabdehdən tutulmalı olan məbləğin texniki səhv olaraq 107000 ABŞ dolları göstərildiyini bildirmiş, tutulmalı olan məbləğin 108000 ABŞ dolları kimi nəzərə alınmasını xahiş etimişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi” bağlanmışdır. Bir tərəfdən alıcı qismində çıxış edən “İddiaçı”, digər tərəfdən satıcı qismində çıxış edən Cavabdeh xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi”nə əsasən aşağıdakı şərtlər üzrə razılığa gəlmişlər: 1.1. Cavabdeh iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini Cavabdeh ödəməyi öhdəllərinə götürürlər 1.2. Müqavilədə təsvir olunan mallar hesabfakturada qiymət və adla göstəriləcək. 1.3. Bu müqavilə çərçivəsində satılan malların adı, ölçüləri və növü müqaviləyə əlavə edilən vizuallarla müəyyən edilir. 1.5. Bu müqavilə çərçivəsində Cavabdeh şirkətin göstərdiyi ünvana cəmi 1.000 kubmetr taxta təhvil verəcək. 2.1. Müqavilə bütün səhifələri möhürləndikdən və sonuncu səhifə imzalandıqdan sonra qüvvəyə minir və qüvvədə qalır. 2.2. Müqavilə Cavabdeh malı şirkətin göstərdiyi ünvana çatdırana qədər etibarlıdır. 4.2. Məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, Cavabdeh əvəlcədən aldığı ödənişi dərhal geri qaytaracaq. 5.1. Yuxarıda qeyd olunan malların (1.000 kubmetr taxta) ümumi qiyməti 250.000 ABŞ dollarıdır. 5.2. Ödəniş əvvəlcədən ödəniləcək, mallar 3 ay ərzində təhvil veriləcək. 8.1. Malların daşınması və çatdırılması Beynəlxalq Ticarət Palatasının müəyyən etdiyi Yerdə Çatdırılma (DAP) şərtlərinə uyğun olaraq həyata keçiriləcək. 8.2. Cavabdeh malın hazır olması və çatdırılma tarixi barədə şirkətə çatdırılma tarixindən bir həftə əvvəl elektron poçt və telefon vasitəsilə məlumat verəcəkdir. 8.4. Mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, Cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razıdır. 8.5. Malların çatdırılması zamanı tərəflər çatdırılma müqaviləsi bağlayacaqlar. 9.2.1., 9.2.2., 9.2.3., 9.2.4., Müqavilədə müəyən edilmiş malları və hesab-fakturaları şirkətin göstərdiyi ünvan üzrə şirkətə çatdırmaq, mallar müqavilədə və onun əlavələrində müəyyən edilmiş keyfiyət və kəmiyyət amillərinə uyğun olmasını təmin etmək, malları müqavilədə göstərilən tarixdə Şirktərəfindən müəyyən edilmiş çatdırılma məntəqəsinə çatdırmaq, mallara aid bütün sənədləri və avadanlıqları malların çatdırılması ilə eyni tarixdə təqdim etmCavabdeh öhdəlikləridir. 9.4. Malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. 11.1. Cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. Bu halda şirkət, Cavabdeh hər hansı itkilərə görə kompensasiya tələb edə bilər. Hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İnvoys” sənədində göstərilənlərdən məlum olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ctarixli Malların satış müqaviləsi çərçivəsində şirkət Cavabdeh 1 kubmetri 270 ABŞ dolları olmaqla, ümumilikdə 54.000 ABŞ dolları məbləğində kubmetr, 75.000 kq (kod – **********) taxta sifariş vermişdir. Sifariş Cavabdeh tərəfindən sifariş qəbul edilmiş, bu barədə sonuncu xx.xx.2022-ci il tarix “İnvoys” sənədinə imza etməklə, imzasını möhürü ilə təsdiq etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə 54.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 54.0ABŞ dolları, cəmi isə 108.000 ABŞ dolları məbləğində pulu avans şəkilində Cavabdeh, sonuncunun "xxxx" QSC-dəki bank hesabına köçürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini, malları iddiaçı şirkətə təhvil verə bilməyəcəyini və şirkətdən aldığı pulu qaytaracağını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ona ödənilmiş vəsaitindən xx.xx.2023-cü il tarixdə 16.000 ABŞ dollarını şirkətə geri qaytarmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı şirkət (Alıcı) və Cavabdeh (Satıcı) arasında xx.xx.2022-ci il tarixdə 250.000 ABŞ dollar məbləğində “Malların satış müqaviləsi” imzalınmışdır. Həmin müqavilə çərçivəsində şirkət xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh ümumilikdə 108.000 ABŞ dolları məbləğində pul köçürmüşdür. Müqavilə şərtlərinə görə, Cavabdeh aldığı pulun müqabilində 3 ay müddətində malları şirkətə çatdırmalı olduğu halda, malları ən geci 2022-ci ilin avqust ayının 27-dək şirkətə çatdırmamışdır. Cavabdeh şirkətlə əlaqə saxlayaraq,xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə şirkətə məlumat vermişdir. Lakin buna baxmayaraq, o, şirkətdən aldığı 108.000 ABŞ dollarını vəsaiti özündə saxlayaraq, şirkətə qaytarmamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə Cavabdeh şirkətin ona mal üçün göndərdiyi 108.000 ABŞ dolları məbləğində puldan 16.000 ABŞ dollarını şirkətə qaytarmışdır. Hal-hazırda Cavabdeh şirkətə aid 92.000 ABŞ dolları məbləğində pulu özündə saxlamaqla, həmin vəsaiti şirkətə qaytarmaqdan imtina edir. Cavabdeh, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların sağış müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən şirkətə aid 92.000 ABŞ dolları məbləğirndə pulu qaytarmaqdan imtina etdiyi üçün şirkət hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh şirkətə qaytarmadığı vəsait 92.000 ABŞ dolları, qaytarlımadığı müddət isə 3 il (2022-2025-ci illər) təşkil edir. Bu qaydada hesablama aparıldıqda, müəyyən edilir ki, illik 5% olmaqla Cavabdeh 13.800 ABŞ dolları (92.000 ABŞ dolları x 5% = 4.600 ABŞ dolları x 3 il = 13.8ABŞ dolları) məbləğində faiz borcu tutularaq iddiaçı şirkətə ödənilməlidir. Bundan əlavə 16.000 ABŞ dollarını cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək (1 il 7 ay, 19 gün) özündə saxladığı üçün, həmin 16.000 ABŞ dollarına görə də illik 5% olaraq 1.200 ABŞ dolları da (16.000 ABŞ dolları x 5% = 800 ABŞ dolları x 1,5 il = 1.200 ABŞ dollar) pul da cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Bundan başqa, hesab edirlər ki, Cavabdeh iddiaçı şirkətin xeyrinə 1.000 ABŞ dolları dəbbə pulu da tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.4-cü bəndinə əsasən göstərilən mallar Cavabdeh tərəfindən çatdırması tarixində çatdırılmazsa, o, şirkətə cərimə olaraq 1.000 ABŞ dolları ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyicra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyməzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərvurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkzərərdən çox ola bilər (maddə 425.3). Göstərilənlərə əsasən hesab edirik ki, dəbbə pulu olaraq 1.000 ABŞ dolları məbləğində pulun tutulması barədə şirkətin Cavabdeh qarşı tam əəsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə bildirirlər ki, iddiaçı “İddiaçı”, hazırki mübahisə ilə bağlı hüquqi dəstək almaq məqsədilə "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə “Hüquqi xidmət göstərilməsi barədə” müqavilə bağlamışdır. Tərəflərin razılaşmasına gömüqavilənin qiyməti 2000 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir (müqavilə və hesab-fakthazırki ərizəyə əlavə olunur). Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, “İddiaçı” hazırki iddia ərizəsinin verilməsi üçün 473,29 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi Vəkil Hüseyn qızı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, tərəflər arasında razılıq olub ki, paletləri cavabdeh iddiaçıya verəcək. Həmin taxta materialları Rusiyadan göndərməyiblər deyə onlarda ödəniş edə bilməmişlər. Pul şəklində ödəniş etmək mümkün olmadığından paletləri iddiaçıya vermək üçün razılaşıblar Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavadeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, dekontlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli mal satış müqaviləsinin 12-ci bəndinə əsasən, bu müqavilədən və ya bu müqavilənin maddələrinin şərhindən irəli gələn mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəkdir. Əgər danışıqlar yolu ilə həll edilmədikdə mübahisənin həlli üçün Türkiyə və Azərbaycan məhkəmələri və icra dairələri səlahiyyətlidir. Göründüyü kimi tərəflər öz aralarında bağladıqları müqavilə ilə müqavilədən yaranan mübahisələrin həlli üçün Azərbaycan Respublikasının Məhkəmələrinin səlahiyyəti barədə razılığa gəlmişlər. İddiaçı da iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. Belə ki, tələbin əsasını müqavilədən əmələ gələn iddia təşkil etdiyindən və tərəflər müqavilədə yaranacaq mübahisələrin həlli üçün Azərbaycan Respublikasının Məhkəmələrinin səlahiyyətini razılaşdırdığından, məhkəmə hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “İddiaçı” və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsinə əsasən alıcı qismində çıxış edən “İddiaçı”, satıcı qismində çıxış edən Cavabdeh iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini Cavabdeh ödəməyi öhdələrinə götürmüşdür. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, Cavabdeh əvəlcədən aldığı ödənişi dərhal geri qaytarmalıdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən ödəniş əvvəlcədən ödəniləcək və mallar 3 ay ərzində təhvil veriləcəkdir. Həmin müqavilənin. 8.4-cü bəndinə əsasən mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, Cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razı olmuşdur Həmin müqavilənin 9.4-cü bəndinə əsasən malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. Həmin müqavilənin 11.1-ci maddəsinə əsasən Cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bank köçürməsi barədə qəbzdən görünür ki, iddiaçı “İddiaçı” tərəfindən Cavabdeh 54000 ABŞ dolları pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bank köçürməsi barədə qəbzdən görünür ki, iddiaçı “İddiaçı” tərəfindən Cavabdeh 54000 ABŞ dolları pul köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən göndəriləcək mallara görə iddiaçı tərəfindən qabaqcadan 108000 ABŞ dolları Cavabdeh ödənilmişdir. Lakin cavabdeh müqaviləyə əsasən dəyəri ödənilmiş malları iddiaçıya ödənişi aldıqdan sonra 3 ay ərzində təhvil verməli olduğu halda təhvil verməmiş, daha sonra cavabdeh şirkətlə əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə məlumat vermişdir. Cavabdeh iddiaçıdan aldığı 108000 ABŞ dolları vəsaitdən 16000 ABŞ dolları vəsaiti şirkətə geri qaytarmışdır. Hal-hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və nəticədə onun 92000 ABŞ dolları borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, dekontlar və təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 92000 ABŞ dolları pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin 1000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 15000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində ümumilikdə cavabdehə köçürülmüş 108000 ABŞ dolları pul vəsaitinin 16000 ABŞ dolları cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya geri qaytarılmışdır. Müqaviləyə əsasən malların dəyəri qabaqcadan ödənildikdən 3 ay ərzində, yəni xx.xx.2022-ci il tarixdə təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Yalnız malların dəyərinə görə qabaqcadan ödənilmiş 108000 ABŞ dollarının 16000 ABŞ dolları 478 gün gecikdirilməklə xx.xx.2023-cü il tarixində iddiaçıya geri qaytarılmışdır. Həmin dövr üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 1047,53 ABŞ dollarıdır (16000x5%/365 gün x 478). Cavabdeh tərəfindən 92000 ABŞ dolları pulun gecikdirilməsinə görə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr nəzərə alınmalıdır. Həmin dövr üçün gecikdirilmiş 929 gün təşkil edir. Belə olan halda 92000 ABŞ dolları üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 11710,14 ABŞ dolları təşkil edir (92000x5%/365 gün x 929). Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış ümumilikdə 12757,67 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 469,79 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 3,50 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 2000 manat məbləğində pul hüquqi xidmət müqaviləsinə əsasən "xxxx" MMC-yə köçürülmüşdür. İddiaçı isə 2000 manat məbləğində hüquqi xidmətlərə görə ödənilmiş xidmət haqqının tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 2000 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 92000 ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 12757,67 ABŞ dolları, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 105757,67 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin 469,79 manat dövlət rüsumu və 2000 manat məbləğində vəkil xərci tutularaq iddiaçı “X3 Sanayi və Ticaret” Anonim şirkətinə ödənilsin. Ödənilmiş 3,50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar