Məhkəmə qərarları › İş №e-2-2(115)-818/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-818/2022

31.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-818/2022 31.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış məhsulların müsadirə edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri alış dəyəri 142 manat olan ümumilikdə 62 qutu (2 qutu Kent 1, 2 qutu Senator göy, 1 qutu Moods, 6 qutu Pramida, 2 qutu Marlboro boz, 4 qutu Helts, 15 qutu Milano, 9 qutu Cavallo ağ, 10 qutu Cavallo qara, 8 qutu Cavallo yaşıl, 1 qutu Marlboro, 1 qutu Senator qırmızı, 1 qutu Corset markalı) tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 saylıƏrazi Vergilər Baş İdarəsində 15.04.2015-ci il tarixdə uçota alınmış, əsas fəaliyyət növü ixtisaslaşmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı olmaqla, həmin fəaliyyət üzrə AZ2003, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 05.04.2022-ci il tarixli **********8505 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən AZ2000, ünvan 2 ünvanında yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 142 manat, satış dəyəri 153,50 manat olan ümumilikdə 62 qutu (2 qutu Kent 1, 2 qutu Senator göy, 1 qutu Moods, 6 qutu Pramida, 2 qutu Marlboro boz, 4 qutu Helts, 15 qutu Milano, 9 qutu Cavallo ağ, 10 qutu Cavallo qara, 8 qutu Cavallo yaşıl, 1 qutu Marlboro, 1 qutu Senator qırmızı, 1 qutu Corset markalı) tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 06.04.2022-ci il tarixli DVX-№ 000645 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə” 06.04.2022-ci il tarixli DVX-№ 000612 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 22 aprel 2022-ci il tarixli, e-2-2(115)-818/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisi olan Cavabdeh məxsus obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri alış dəyəri 142 manat olan ümumilikdə 62 qutu (2 qutu Kent 1, 2 qutu Senator göy, 1 qutu Moods, 6 qutu Pramida, 2 qutu Marlboro boz, 4 qutu Helts, 15 qutu Milano, 9 qutu Cavallo ağ, 10 qutu Cavallo qara, 8 qutu Cavallo yaşıl, 1 qutu Marlboro, 1 qutu Senator qırmızı, 1 qutu Corset markalı) tütün məmulatları götürülmüş, bu barədə protokol tərtib edilərək, həmin protokol cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri alış dəyəri 142 manat olan ümumilikdə 62 qutu (2 qutu Kent 1, 2 qutu Senator göy, 1 qutu Moods, 6 qutu Pramida, 2 qutu Marlboro boz, 4 qutu Helts, 15 qutu Milano, 9 qutu Cavallo ağ, 10 qutu Cavallo qara, 8 qutu Cavallo yaşıl, 1 qutu Marlboro, 1 qutu Senator qırmızı, 1 qutu Corset markalı) tütün məmulatları satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri alış dəyəri 142 manat olan ümumilikdə 62 qutu (2 qutu Kent 1, 2 qutu Senator göy, 1 qutu Moods, 6 qutu Pramida, 2 qutu Marlboro boz, 4 qutu Helts, 15 qutu Milano, 9 qutu Cavallo ağ, 10 qutu Cavallo qara, 8 qutu Cavallo yaşıl, 1 qutu Marlboro, 1 qutu Senator qırmızı, 1 qutu Corset markalı) tütün məmulatları satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar