Məhkəmə qərarları › İş №e-2-2(115)-818/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-818/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-818/2025 22.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respulika Stadionunun Cavabdeh qarşı icarə haqqı tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respulika Stadionu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022 -ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə ödənilməli 50231.19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat məbləğində icarə haqqı üzrə borcu və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 241 (iki yüz qırx bir) manat dövlət rüsumu Azərbaycan RespublikasıGənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m. – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Müqavilənin 2.1 bəndində aylıq icarə haqqı 3200 manat qeyd edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər cavabdehin iddiaçıya ödəmədiyi aylıq icarə haqqları üzrə hal-hazırda borcu 50231.19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat təşkil edir. İcarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da müqavilənin şərtləri və Qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh bu günə kimi öhdəliyini icra etməmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, məhkəmə qərarları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli dövlət əmlakının icarəyə verilməsi barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndində aylıq icarə haqqı 3200 manat qeyd edilmişdir. Aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Həmin müqavilənin 8.6-cı bəndinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyəverən tərəfidən baxılır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2548/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi ləğv edilmiş, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən 19035,22 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-805/2024 nömrəli qətnaməsi ilə cavabeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-28/2025 nömrəli qərarı ilə cavabeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.metr – 1 mərtəbəli tikililər, 98.0 kv.metr – mansard) qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə verməyi, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən aylıq icarə haqqı 3200 manat müəyyən edilmişdir. Həmin aylıq icarə haqqının 50%-i (ƏDV-siz) – 1467.89 manatı, illik icarə haqqının 50%-i (ƏDVsiz) – 17614.68 manatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, aylıq icarə haqqının 50%-i (ƏDV-li) – 1732.11 manatı, illik icarə haqqının 50%-i (ƏDV-li) – 20785.32 manatı isə AR Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun hesablaşma hesabına ödənilməli idi. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarəsi müqaviləsi üzrə iddiaçıya 50231,19 manat icarə haqqı borcu yaranmış və həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 241 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 50231,19 manat məbləğində icarə haqqı və 241 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublika Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar