Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-82/2020 13.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatının Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatı Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasından 34780 ABŞ dolları məbləğində əsas kredit borcunun və 30 manat dövlət rüsumunun İddiaçı QSC X17 Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh firmasına məxsus olan AZ 60T- 503 dövlət qeydiyyat nişanlı “Lamborgini L-1106DT” markalı traktora, AZ 60T-502 dövlət qeydiyyat nişanlı “FİAT 110-90DT” markalı traktora, “COMBİ 325” markalı taxıl səpənə, “TQRT 90A” markalı kotana, “20 TQP-4SC 5.5” markalı kotana və “R-3M” markalı malayayönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh firmasının mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı QSCX17 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq AzərbaycanRespublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyininvə digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X17 Təşkilatının yuxanda qeyd edilənəmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlaklar borc tələbinin ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh firmasına məxsus digər daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdehfirmasının həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC X17Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası ƏmlakMəsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X17 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101 s saylı Sərəncamının (bundan sonra - Sərəncam) icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-152 saylı təhvil-təslim aktı (bundan sonra - Akt) əsasında İddiaçı QSC X17 Təşkilatına təhvil verilmişdir. Akta əsasən Cavabdeh firmasının təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 34.780,00 ABŞ dolları (əsas borc 34.780,00 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh firması ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 1999-cu il tarixli 11 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc İddiaçı QSC X17 Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh firmasının qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 34.780,00 ABŞ dolları (əsas borc 34.780,00 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) məbləğində təşkil etmişdir. Cavabdeh firmasının mülkiyyətində olan əmlakların müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X18, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət X3 sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli məktubu ilə sorğuya cavab verilməsindən imtina edilmiş, Baş Dövlət X16 xx xxxx 2019-cu il tarixli məktubu ilə Cavabdeh firmasının adma nəqliyyat vasitəsi qeydiyyatdan keçmədiyi və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xx xxxx 2019-cu il tarixli məktubu ilə Cavabdeh firmasına məxsus texnikaların Agentlikdə qeydiyyatdan keçmədiyi bildirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxx 2019-cu il tarixli məktubu ilə isə Cavabdeh firmasının adma aşağıdakı 6 ədəd texnikanın qeydiyyata alındığı bildirilmişdir: AZ 60T- 503 dövlət qeydiyyat nişanlı “Lamborgini L-1106DT” markalı traktor, AZ 60T-502 dövlət qeydiyyat nişanlı “FİAT 110-90DT” markalı traktor, “COMBİ 325” markalı taxıl səpən, “TQRT 90A” markalı kotan, “20 TQP-4SC 5.5” markalı kotan və “R-3M” markalı mala. Cavabdeh firması ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun Cavabdeh firmasına məxsus olan AZ 60T-503 dövlət qeydiyyat nişanlı “Lanıborgini L-1106DT” markalı traktora, AZ 60T-502 dövlət qeydiyyat nişanlı “FİAT 110-90DT” markalı traktora, “COMBİ 325” markalı taxıl səpənə, “TQRT 9OA” markalı kotana, “20 TQP-4SC 5.5” markalı kotana, “R-3M” markalı malaya yönəldilməsi, həmin əmlakların dəyəri borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh firmasına məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Cavabdehlə bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. İddiaçının nümayəndəsi Qanuni nümayəndə xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatının Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iş üzrə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında qeydiyyatda olan Cavabdeh firmasının əsl cavabdeh ünvan 2 mənzil 22 ünvanında yerləşən Cavabdeh firması ilə əvəz edilməsi və hazırki kommersiya mübahisəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işə baxılan zaman məlum olmuşdur ki, hazırki iş üzrə cavabdeh Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında qeydiyyatda olan Cavabdeh firması deyil, ünvan 2 mənzil 22 ünvanında yerləşən Cavabdeh firmasıdır. Göstərilən hal Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” ******* saylı xx.xx.1996-cı il tarixli şəhadətnamə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktub və ona əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə cavabdeh olan Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında qeydiyyatda olan Cavabdeh firması əsl cavabdeh ünvan 2 mənzil 22 ünvanında yerləşən Cavabdeh firması ilə əvəz edilməli və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı iddia tələbinə dair etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli S-152 saylı təhvil-təslim aktından görünür ki, borclu olan Cavabdeh firmasının hüquqi ünvanı ünvan 3 Nizamnaməsi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçmiş 29287 saylı, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə nömrəsi 0029797, xx.xx.1996-cı il tarixli, direktoru X5, mühasibi X6, hüquqi şəxsin qeydə alınması haqqında şəhadətnamə nömrəsi 29287,xx.xx.1996-cı il tarixlidir. İş üzrə cavabdeh olan Cavabdeh firması isə təsisçisi X9 tərəfindən xx.xx.1996-cı il tarixdə karqin Valeriy Kasparoviçdən alqı-satqı ilə əldə edilmiş, uçot vahidlərinin dövlət reyestrində daxil edilməsi haqqında şəhadətnamə nömrəsi 0069647, xx.xx.2000-ci il tarixli, hüquqi şəxsin qeydə alınması haqqında şəhadətnamə nömrəsi 31433, xx.xx.1996-cı il tarixlidir. Təqdim edilmiş və iş materiallarında olan sınədlərin müqayisəli təhlilildən görünür ki, Tovuz rayonunda hüquqi ünvanı olan Cavabdeh firması borclu və cavabdeh olmalı olan Cavabdeh firması deyil və fərqli firmalardır. Bu səbəbdən Tovuz rayonunda yerləşən Cavabdeh firması cavabdeh ola bilməz və hüquqi ünvanı ünvan 6 olan Cavabdeh firmasının işinə də Gəncə Kommersiya Məhkəməsində baxıla bilməz. Eləcə də, iddiaçı cavabdeh kimi işə cəlb edilmiş Tovuz rayonunda hüquqi ünvanı olan Cavabdeh firmasını əsl cavabdeh olan Cavabdeh firması ilə əvəz etməli, işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı və hazırki Cavabdeh firmasına münasibətdə iddia təmin edilə bilməz. Ona görə də, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxndan heç bir kredit almayan, iddia ilə hər hansı əlaqəsi olmayan, cavabdeh ola bilməyən Cavabdeh firmasına münasibətdə iddia tələbinin təmin edilməməsini və prosesləri bundan sonra iştirakları olmadan aparılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X10 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh firması (VÖEN **********) xx.xx.1996-cı il tarixdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında təsis edilmiş, təsisçiləri X9, X4 və X1r. Ərazi vergi orqanında olan uçot məlumat bazasına əsasən Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında təsis edilmiş Cavabdeh Firması ilə ünvan 7 ünvanında yerləşən Cavabdeh Firması ilə hər hansı bir aidiyyətın olub olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba ələvə edilmiş Cavabdeh Firması barədə sənədlərin surətindən görünür ki, təsisçisi X2 Cavabdeh Firmasının hüquqi ünvanı ünvan 8 mənzil 22-də yerlşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatının Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iş üzrə cavabdeh Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında qeydiyyatda olan Cavabdeh firması əsl cavabdeh ünvan 8 mənzil 22 ünvanında yerləşən Cavabdeh firması ilə əvəz edilməli və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatının Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iş üzrə cavabdeh Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospekti ünvanında qeydiyyatda olan Cavabdeh Firması əsl cavabdeh ünvan 8 mənzil 22 ünvanında yerləşən Cavabdeh Firması ilə əvəz edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X17 Təşkilatının Cavabdeh Firmasına qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, işin aidiyyəti üzrə göndərilməsi hissəsindən qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-82/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-82/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver