Məhkəmə qərarları › İş №e-2-2(115)-826/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-826/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-826/2024 30.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh4 iştirakları ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsi üzrə 197947,75 manat əsas borcun, 50122,10 manat faiz borcunun, cəmi 248069,85 manat borc məbləğinin Cavabdeh4 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən şəxsi mənzilə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, cavabdeh X1 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0, 2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, hesabına 248069,85 manat borcun, habelə ödənilmiş 538,07 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Cavabdeh4arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 24 ay müddətinə illik 5%-lə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən 4 otaqlı mənzil ipoteka qoyulmuş və bununla bağlıİddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 mart 2019-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən şəxsi mənzil ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 14 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 90000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 27 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 70000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi X1 məxsus ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan 0, 2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Eyni kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 4 ünvanın yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyan arasında 18 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi müqaviləsi bağlanmış və ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 30000,00 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 6.5-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyi uyğun olaraq məhkəmə qaydasında həll edilir. Cavabdeh4 əsas borcu 197947,75 manat, faiz borcu 50122,10 manat, cəmi 248069,85 manat təşkil edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirdi ki, istixanaya görə kredit götürmüşdür, lakin sonra məhsulu sata bilmədikləri üçün krediti ödəyə bilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli e-2-2(115)-826/2024 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh X2 xx.xx.2020-ci il tarixdə öldüyündən tələbin cavabdeh X1 məxsus ünvan 3 ünvanın yerləşən, mülkiyyətində olan 0,2458 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, maliyyə arayışı, ipoteka müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən illik 5%-lə 60 ay müddətinə 20000 manat məbləğində pulu kredit alana verməyi, kredit alan isə kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə sahibkarlığın inkişafı fondunun vəsaitləri üzrə 10 faiz əlavə cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 197947,75 manat əsas borc Cavabdeh4 tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi faiz borcu hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin əsas borcu və faiz borcunun müəyyən olunması ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi tərtib olunaraq məhkəməyə göndərilmişdir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2024-cü il tarixli 9/4158 saylı rəyinə əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixə faiz borcu 30626,27 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzil, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzil, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ipotekaqoyanları kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiyməti 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiyməti 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evin ilkin satış (likvid) qiyməti 66000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiyməti 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiyməti 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evin ilkin satış (likvid) qiyməti 66000 manat həddində müəyyən edilməli, ipoteka predmetləri olan əmlaklar açıq hərraclar vasitəsilə satılmalı, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 518,58 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 19,49 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 800 manat ekspertiza xərci Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsi üzrə 197947,75 manat əsas borc, 30626,27 manat faiz borcu olmaqla, cəmi 228574,02 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 518,58 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, ödənilmiş 19,49 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiyməti 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiyməti 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evin ilkin satış (likvid) qiyməti 66000 manat həddində müəyyən edilməli, ipoteka predmetləri olan əmlaklar açıq hərraclar vasitəsilə satılmalı, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılmalı, 800 manat ekspertiza xərci Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 12 dekabr 2018-ci il tarixli, 885 saylı kredit müqaviləsi üzrə 197947,75 manat əsas borc, 30626,27 manat faiz borcu olmaqla, cəmi 228574,02 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 518,58 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ödənilmiş 19,49 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilə, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 6-da yerləşən 32 saylı mənzilin ilkin satış (likvid) qiyməti 69300 manat həddində, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış (likvid) qiyməti 135000 manat həddində, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,0254 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 77400 manat həddində, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evin ilkin satış (likvid) qiyməti 66000 manat həddində müəyyən edilsin. İpoteka predmetləri olan əmlaklar açıq hərraclar vasitəsilə satılsın. İpoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılsın. 800 manat ekspertiza xərci Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar