Məhkəmə qərarları › İş №e-2-2(115)-829/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-829/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-829/2025 08.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19626.61 manat məbləğində əsas kredit borcunun, 724.13 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 24.21 manat məbləğində cərimə borcunun, cəmi 20374.95 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 151.12 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 3300***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 3FİZAM128448103 saylı və Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli 3FİZAM188787201saylı zaminlik müqavilələri bağlanmış və onlar əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 30 ay müddətinə illik 16% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 onunla bağlanmış kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit razılaşmasından irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 19626.61 manat məbləğində əsas kredit borcu, 724.13 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 24.21 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 20374.95 manat məbləğində borcu qalmaqdadır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, tələblə bağlı eyni zamanda notariusun icra qeydi aparılmışdır. Həmin icra qeydi icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədi üzrə borclulardan Cavabdeh2 əmək haqqına tutma yönəldilmiş və 2 ay tutma aparılmışdır. Hal-hazırda icra qeydi üzrə icra hərəkətləri davam etdirilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, əvvəllər də bankdan kredit götürmüş və hətta vaxtından tez qaytarmışdır. Bankdan götürdüyü kredit üzrə müəyyən müddət ödəniş etdikdən sonra işləri ilə bağlı müəyyən çətinliklər yarandığından ödənişləri edə bilməmişdir. Məhkəmədən müəyyən qədər vaxt verilməsini və banka olan borcunu ödəyəcəyini bildirmişdir. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 19 mart 2025-ci il tarixli, reyestrdə 8İ-5388 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Notariusu vəzifəsini müvəqqəti icra edən X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə Bərdə, M.Müşfiq Küç., Ev 47 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE********, xx.xx.2017 - Asan-Bərdə3; FİN: xxxxxxx; d/t: xx.xx.1967), Bərdə Rayonu, Bərdə Şəhəri, X8, Ev 47 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AA*******, xx.xx.2020 - Asan-Bərdə; FİN: xxxxxxx; d/t: xx.xx.1995), Kəlbəcər Rayonu, Çəpli Ə/D, Çəpli Kəndi ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2021 - Asan-ünvan 4 ünvanında yaşayan; FİN: xxxxxxx; d/t: xx.xx.1992) 3FİZAM128448103 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20350 manat 74 qəpik (iyirmi min üç yüz əlli manat yetmiş dörd qəpik) tutulsun. Bundan əlavə təklif etmişdir ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 24 manat 21 qəpik (iyirmi dörd manat iyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20399 manat 95 qəpik (iyirmi min üç yüz doxsan doqquz manat doxsan beş qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 02 aprel 2025-ci il tarixdə daxil olmuş Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 8i-5388 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə və üçüncü şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işin icraatı Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-829/2025 nömrəli kommersiya işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 3300***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 30 ay müddətinə illik 16% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 3FİZAM128448103 saylı və xx.xx.2024-cü il tarixli 3FİZAM188787201 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərinin icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş və xx.xx.2025-ci il tarixdə icraata qəbul edilərək tərəflərə bildiriş göndərilmişdir. Həmin tələblə bağlı Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli reyestrdə 8İ-5388 nömrə ilə qeyd edilmiş icra qeydi verilmiş və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20350,74 manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi təklif edilmişdir. Eyni zamanda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 24,21 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20399,95 manat pul tutulması təklif edilmişdir. Daha sonra həmin icra qeydi icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə notarius tərəfindən tələb olunan borc üzrə icra qeydi verilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. Hal-hazırda həmin icra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və zamin Cavabdeh2 əmək haqqısına tutma yönəldilmişdir. Bu halı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 və Cavabdeh3 öz izahatlarında təsdiq etmişlər. Eyni zamanda həmin icra qeydinin ləğvi ilə bağlı Cavabdeh3 Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 15 may 2025-ci il tarixli qərardadı ilə hazırki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb üzrə xx.xx.2025-ci il tarixli icra qeydi aparılaraq icraya yönləndirildiyindən, hal-hazırda həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirildiyindən və tələblə bağlı ləğv edilməmiş icra sənədi olduğu halda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasına məhkəmədə baxıla bilməz. “İcra haqqında” Qanunun 6.1 və 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işininin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş 151,12 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qəradaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar