Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-86/2025 06.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilati cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh6 02 oktyabr 2020-cu il tarixli 167/20-akia saylı kredit müqaviləsi üzrə 9500 manat əsas borc, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına borcunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh6 arasında 02 oktyabr 2020-cu il tarixli 167/20-akia saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6 10000 manat məbləğində borcu illik 7 faiz hesablanmaqla 3 il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı bankla ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 arasında 12 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdeh6 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmiş, güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli 167/20-akia saylı kredit müqaviləsindən görünür ki, ona heyvandarlığın inkişafı məqsədilə illik faiz dərəcəsi 7% olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6nun kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********5 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evi 0,8 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,8 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. İş materiallarında olan əsas və faiz borcunun vəziyyəti barədə məlumat sənədində qeyd edilmişdir ki, Cavabdeh6 08 avqust 2024-cü il tarixə İddiaçı QSC BOKT-a kredit müqaviləsi üzrə 9500 manat əsas borcu, 1658,36 manat faiz borcu olmaqla, cəmi 11158,36 manat məbləğində borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9983 nömrəli rəyindən görünür ki, Cavabdeh6nun xx.xx.2020-ci il tarixli 167/20-akia saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə 9484,36 manat əsas, 252,44 manat faiz borcu, xx.xx.2024-cü il tarixə isə 9484,36 manat əsas, 1095,23 manat faiz borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 mart 2025-ci il tarixli məlumatından görünür ki, cavabdehlər tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmadığından Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1796/2024 saylı əmlakın qiymətləndirilməsinə dair qərardadı icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh6 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona heyvandarlığın inkişafı məqsədilə illik 7% olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 9500 manat əsas borc və 1658,36 manat faiz borcunun tutulmasını tələb etmişdir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9983 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh6 kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə 9484,36 manat əsas, 252,44 manat faiz borcu, xx.xx.2024cü il tarixə isə 9484,36 manat əsas, 1095,23 manat faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən ekspertiza rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş məbləğdə əsas borc və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ torpaq sahəsinə münasibətdə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3, həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə münasibətdə Cavabdeh4 qaytarılmalıdır. Məhkəmə fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, əmlakın bazar və likvid dəyərinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, lakin cavabdehlər tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsində isə əmlakın dəyəri 26400 manat müəyyən edilmişdir. Ona görə də fərdi yaşayış evinin ilkin satış qiyməti 26400 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 123,47 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 117,37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 02 oktyabr 2020-cu il tarixli 167/20-akia saylı kredit müqaviləsinə əsasən 9484 manat 36 qəpik əsas borc, 252 manat 44 qəpik faiz borcu olmaqla, cəmi 9736 (doqquz min yeddi yüz otuz altı) manat 80 (səksən) qəpik borc, 117 (bir yüz on yeddi) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu Cavabdeh6 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 paylı mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində 0,08 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə Cavabdeh4 məxsus ümumi sahəsi 97,4 kv.m, yaşayış sahəsi 61,3 kv.m, yardımçı sahəsi 36,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 26400 (iyirmi altı min dörd yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ torpaq sahəsinə münasibətdə cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3, həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə münasibətdə Cavabdeh4 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-86/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-86/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver