Məhkəmə qərarları › İş №e-2-2(115)-866/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-866/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-866/2024 23.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, Abdullayeva Səbinə Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 saylı kredit müqaviləsi üzrə 26532,33 manat məbləğində əsas bоrcu və 3803,47 manat faiz borcu olmaqla, cəmi 30335,80 manat və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 20 aprel 2023 il tarixli 800875-873082/5 saylı kredit müqaviləsi üzrə 28219,67 manat məbləğində əsas bоrcu və 1458,47 manat faiz borcu оlmaqla, ümumilikdə 29678,14 məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı olmaqla, cəmi 52,48 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 270,45 (iki yüz yetmiş manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71,5 kv.m. olan 53 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın 53 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 21 dekabr 2022-ci il tarixli GA.873082.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş və saziş üzrə 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 nömrəli və 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqavilələri imzalanmışdır. 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 5% dərəcəsi ilə 40000 manat məbləğində və 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 40000 manat kredit ayrılmışdır. 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli, Cavabdeh5 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5/2 nömrəli, Cavabdeh4 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimələrin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyırlar. 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 nömrəli və 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında 21 dekabr 2022-ci il tarixli GA.873082.1 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsаsən Bаnkа girоv qоyulmuş Cavabdeh2 tam mülkiyyətində оlаn və Аzərbаycаn Rеspublikаsı Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin 3 saylı Ərаzi İdаrəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın 53 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı əmlakın yüklü edilməsi barədə xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli 001/007/0484/2024 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) cavabdehlərə poçt vasitəsi ilə göndərilmiş, cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixində qəbuledilmiş və bildiriş xx.xx.2024-cü il tarixdə tərəfimizdən verilmiş Ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə cavabdehlər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək Cavabdeh1 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 saylı kredit müqaviləsi üzrə 26532,33 manat məbləğində əsas bоrcu və 3803,47 manat faiz borcu olmaqla, cəmi 30335,80 manat və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 20 aprel 2023 il tarixli 800875-873082/5 saylı kredit müqaviləsi üzrə 28219,67 manat məbləğində əsas bоrcu və 1458,47 manat faiz borcu оlmaqla, ümumilikdə 29678,14 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı olmaqla, cəmi 52,48 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 270,45 manat dövlət rüsumunun və Uniprice MMC-yə daşınmaz əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın 53 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limitinin ayrılması haqqında baş saziş, kredit müqavilələri, kassa məxaric orderləri, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiyaya əsasən) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiyaya əsasən) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2022-ci il tarixli GA.873082.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişə əsasən Cavabdeh1 280000 manat məbləğində 84 ay müddətinə 24 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə, illik 5% dərəcəsi ilə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 40000 manat kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 saylı kredit müqaviləsi üzrə 26532,33 manat məbləğində əsas bоrc və 3803,47 manat faiz borcu olmaqla, cəmi 30335,80 manat məbləğində borc tutularaq iddiaçı banka ödənilməlidir. 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli krеdit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5 nömrəli, Cavabdeh5 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5/2 nömrəli, Cavabdeh4 ilə 20 aprel 2023-cü il tarixli 800875-873082/5/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimələrin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyırlar. Eyni zamanda zaminlik müqaviləsi üzrə zaminlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 borclunun digər kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər Cavabdeh1n, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 isə müştərək qaydada 20 aprel 2023-cü il tarixli 800875-873082/5 saylı kredit müqaviləsi üzrə 28219,67 manat məbləğində əsas bоrc və 1458,47 manat faiz borcu tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 21 dekabr 2022-ci il tarixli GA.873082.1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzil banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilin poteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilin bazar dəyəri 65000 manat, likvid dəyəri 55000 manat təşkil etmişdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilinə yönəldillməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 55000 manat həddində müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılmalı, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə ekspertizası üzrə 300 manat ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq müvafiq qaydada iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 21 dekabr 2022-ci il tarixli 800902- 873082/4 saylı kredit müqaviləsi üzrə 26532,33 manat məbləğində əsas bоrc və 3803,47 manat faiz borcu olmaqla, cəmi 30335,80 manat məbləğində borc, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 isə müştərək qaydada 20 aprel 2023cü il tarixli 800875-873082/5 saylı kredit müqaviləsi üzrə 28219,67 manat məbləğində əsas bоrc və 1458,47 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı olmaqla, ümumilikdə 29730,62 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 270,45 manat dövlət rüsumu, 300 manat ekspertiza xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 55000 manat həddində müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılmalı, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 21 dekabr 2022-ci il tarixli 800902-873082/4 saylı kredit müqaviləsi üzrə 26532,33 manat məbləğində əsas bоrc və 3803,47 manat faiz borcu olmaqla, cəmi 30335,80 manat məbləğində borc, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 isə müştərək qaydada 20 aprel 2023-cü il tarixli 800875-873082/5 saylı kredit müqaviləsi üzrə 28219,67 manat məbləğində əsas bоrc və 1458,47 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 36,80 manat xidmət haqqı olmaqla, ümumilikdə 29730,62 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 270,45 manat dövlət rüsumu, 300 manat ekspertiza xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 tam mülkiyyətində оlаn Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 saylı binanın ümumi sahəsi 71.5 kv.m. olan 53 saylı mənzilinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 55000 manat həddində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılsın. Fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar