Məhkəmə qərarları › İş №e-2-2(115)-867/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-867/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-867/2025 19.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 29321,23 manat məbləğində krеdit bоrcu, 3631,22 manat məbləğində faiz bоrcu və 1509,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 34462 (otuz dörd min dörd yüz altmış iki) manat 04 (dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,39 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh4 məxsus olan 2016-ci il istehsal illi, 99LL658 qeydiyyat nişanlı HUNDAİ SONATA markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 34462 (otuz dörd min dörd yüz altmış iki) manat 04 (dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 193,39 manat məbləğində dövlət rüsumunun 2016-ci il istehsal illi, 99LL658 qeydiyyat nişanlı HUNDAİ SONATA markalı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh4 və zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh4 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixli 001S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 20678,77 manat ödəmiş, onun 29321,23 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 253 gün üçün hesablanmış faiz borcu 3631,22 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 253 gün üçün hеsablanmış cərimə 1509,59 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 001M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında 2016-ci il istehsal illi, 99LL658 qeydiyyat nişanlı HUNDAİ SONATA markalı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş № 156357 saylı çıxarışa əsasən Cavabdeh4 məxsus olan 2016-ci il istehsal illi, 99LL658 qeydiyyat nişanlı HUNDAİ SONATA markalı nəqliyyat vasitəsi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2025-ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh4 həyat yoldaşı Cavabdeh1 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan 2016-ci il istehsal ili, 99LL658 qeydiyyat nişanlı HUNDAİ SONATA markalı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir.

II. Tərəflərin mövqeyi

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, rəylə tanış olmuşdur. Ancaq ekspert ödənişləri düzgün çıxmayıb. Hesablamanı düzgün aparmayıb. Cavabdehin yoldaşının hesabı ilə olunmuş ödənişləri də borcundan çıxmışlar. Alikin ödənişlərindən bir qismi onun zamin durduğu digər kreditə çıxılıb. Cavabdehin hazırda borcu 27066,34 manatdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirdi ki, ipoteka predmetinin satışı üçün müştəri də tapmışdılar, lakin bank alğı-satqı üçün razılaşmadı. O, borcdan yayınmır. Lakin bank razı olsa idi, qalıq 7 min manatı hissə-hissə ödəməyə gücü çatardı. Borc məbləğinə də heç bir etirazı yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

6. İddiaçı "xxxx" QSC (bank qismində) ilə Cavabdeh4 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500000.00 (beş yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (1.2). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 15 iyul 2032-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur (1.3). Cavabdeh2 oölu və Cavabdeh3 (zamin qismində) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürürlər və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar (11.1). Zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür (11.4). Zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır (11.7).

7. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 50000.00 (əlli min) manat olan krediti illik faiz dərəcəsi 19 % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).

8. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli 001S**********01 saylı Qoşulma barədə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit alanın öhdəliklərinin təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həmdə bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Müqavilə üzrə öhdəlik: Kreditin məqsədli təyinatı: Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi. Uzunmüddətli kredit xəttinin məbləği: 500000 (beş yüz min) manat. Kreditin maksimum müddəti: 120 (bir yüz iyirmi) ay. Kreditin son müddəti: Kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 15 iyul 2032-ci il. Kreditin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) faiz. FİFD-in yuxarı həddi: 30 (otuz) faiz. (2(a)).

9. xx.xx.2022-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 16 yanvar 2023-cü il, son ödəniş tarixi isə 16 dekabr 2025-ci il olmaqla 50000 manat kredit məbləği və 16257,60 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

10. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 50000 manat məbləğində pul 250 manat komissiya çıxılmaqla Cavabdeh4 AZ57ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.

11. 16.01.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 22133,43 manat əsas borcu, 3589,42 manat məbləğində faiz bоrcu və 1343,49 manat cərimə borcu olmaqla, cəmi 27066,34 manat məbləğində borcu var.

12. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə 16 dekabr 2022-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (29916,22 manat əsas borcu, 3355,47 manat məbləğində faiz bоrcu və 1338,82 manat cərimə borcu olmaqla, cəmi 29916,22 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

13. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. (1.1). İpoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 15000 manat təşkil edir.(2.5).

14. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 156357 №-li xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli 9/5011 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 16 dekabr 2022-ci il tarixli, 001R********** saylı kredit saziş-biznes krediti və girov barədə qarışıq razılaşmaya 28 yanvar 2025-ci il tarixə (pretenziya məktubunun göndərildiyi tarix) və eyni zamanda 25 yanvar 2025-ci il tarixdən sonra edilən ödənişlər nəzərə alınmaqla son ödəniş tarixinə, yəni xx.xx.2025-ci il tarixə Cavabdeh4 İddiaçı QSCyə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 29648,37 manat, faiz borcu üzrə 3833,70 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 25522,68 manat müəyyən edilir.

16. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-178-0625 nömrəli rəyindən görünür ki, «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsinin bazar dəyəri 22000 manat, likvid dəyəri 20000 manat təşkil edir.

17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N 101-831/2025 nömrəli rəyindən görünür ki, «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsinin bazar dəyəri 21000 manat, likvid dəyəri 18900 manat təşkil edir.

III. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

20. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı

... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

24. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

25. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh4 xx.xx.2025-ci il tarixdə göndərilmişdir.

26. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

27. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh4 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd edilən xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 26 fevral 2025-ci il tarixə olan borc məbləğini tələb edir.

28. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

29. 16.01.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 22133,43 manat əsas borcu, 3589,42 manat məbləğində faiz bоrcu və 1343,49 manat cərimə borcu olmaqla, cəmi 27066,34 manat məbləğində borcu var.

30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli 9/5011 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 16 dekabr 2022-ci il tarixli, 001R********** saylı kredit saziş-biznes krediti və girov barədə qarışıq razılaşmaya 28 yanvar 2025-ci il tarixə (pretenziya məktubunun göndərildiyi tarix) və eyni zamanda 25 yanvar 2025-ci il tarixdən sonra edilən ödənişlər nəzərə alınmaqla son ödəniş tarixinə, yəni xx.xx.2025-ci il tarixə Cavabdeh4 İddiaçı QSCyə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 29648,37 manat, faiz borcu üzrə 3833,70 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 25522,68 manat, faiz borcu 0 manat müəyyən edilir.

31. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 22133,43 manat əsas borc müəyyən edilməlidir.

32. İş materiallarından və ekspert rəyindən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdən sonra (pretenziya məktubunun göndərildiyi) mütəmadi ödənişlər edilmişdir. Yuxarıda qeyd edilmiş hallara əsasən, (Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı nəzərə alınmaqla) xx.xx.2025-ci il tarixdən sonra müqavilə üzrə faiz hesablanmasına əsas olmadığından, həmin ödənişlər yalnız əsas borcdan çıxılmalı idi.

33. Belə olan halda ekspert rəyindən də göründüyü kimi ödənişlərdən sonra cavabdehin faiz borcu qalmadığından, faiz borcunun tutulması hissəsində iddia təmin edilə bilməz.

34. xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin QİŞ-nə göndərilmiş bildiriş qeydə alınmışdır.

35. Kredit müqaviləsi üzrə Cavabdeh4 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh4 mülkiyyətindəki «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

36. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

37. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

38. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/N 101-831/2025 nömrəli rəyindən görünür ki, «Hundai Sonata» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) nəqliyyat vasitəsinin bazar dəyəri 21000 manat, likvid dəyəri 18900 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 18900 manat müəyyən edilməlidir.

39. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, məhkəmə tərəfindən onsuz da ümumilikdə 23240,10 manat borc məbləğinin tutulması qət olunmuşdur və ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulacaqdır.

40. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı 16 dekabr 2022-ci il tarixli kredit müqaviləsi 1509,59 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

42. Həm borclunun iqtisadi vəziyyətini, həm də kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən dəbbə pulu əsas borc məbləğinin beş faizi miqdarında hesablanmalıdır.

43. Məhkəmə hesab edir ki, 1509,59 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 1106,67 manat məbləğində pul (əsas borcun 5% həddində) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı eləcə də 193,39 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə 193,59 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi 159,72 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun 33,67 manat hissəsi İddiaçı QSC-nə aid edilməlidir.

49. Bundan əlavə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 420 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: **********, Benefisiarın hesabı: AZ26RBTA********************) ödənilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməlidir.

50. İddiaçı tərəfindən vəsatət verilərək yenidən ekspertiza keçirilməsi xahiş olunduğundan iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin (VÖEN **********, AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 22133,43 manat əsas borc və 1106,67 manat cərimə borcu olmaqla, cəmi 23240,10 manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməli, tələb Cavabdeh4 məxsus olan “HUNDAİ SONATA” minik markalı, **-LL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) yönəldilməli, “HUNDAİ SONATA” minik markalı, **-LL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) ilkin satış qiyməti 18900 manat müəyyən edilməli, ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 23240,10 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh4 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

52. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 22133,43 manat əsas borc, 1106,67 manat cərimə borcu olmaqla, cəmi 23240,10 (iyirmi üç min iki yüz qırx manat on qəpik) manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh4 məxsus olan “HUNDAİ SONATA” minik markalı, **-LL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) yönəldilsin. “HUNDAİ SONATA” minik markalı, **-LL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (Buraxılışı ili: 2016, Ban nömrəsi: 5NPE24AF0GH392257) ilkin satış qiyməti 18900 (on səkkiz min doqquz yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 23240,10 (iyirmi üç min iki yüz qırx manat on qəpik) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh4 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 159,72 (bir yüz əlli doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 33,67 (otuz üç manat altmış yeddi qəpik) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 420 (dörd yüz iyirmi) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: **********, Benefisiarın hesabı: AZ26RBTA********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin (VÖEN **********, AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar