Məhkəmə qərarları › İş №e-2-2(115)-88/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-88/2022

17.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-88/2022 17.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış akt əsasında və digər əsasla hesablamış 125843 manat 10 qəpik borcun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən ona qarşı iki qərəzli borc tələbi irəli sürülmüşdür. Belə ki, birinci tələb 04 may və 08 iyun 2021-ci il tarixli aktlar əsasında hesablanmış borc məbləğləri ilə əlaqədardır. Belə ki, qeyd edilən aktlar üzrə yazılmış borc mübahisələri tam əsassız olmaqla qərəzli yazılmışdır. Belə ki, hər iki akta nəzər yetirdikdə məlum olmuşdur ki, həmin aktlar üzrə borcun yazılması "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunu və 15 fevral 2011-ci il tarixli, 383 nömrəli fərmanla təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin tələblərinin pozulması ilə həyata keçirilmişdir və silinməlidir. Bundan əlavə həmin borc məbləğləri üzrə yazılmış aktların məzmunundan görünür k, həmin aktlar sayğacın çirkli və yağlı olması səbəbi ilə yazılmışdır. Həmin sayğaclar Cavabdeh İB-nin nəzarətində olan ərazidədir və həmin sayğacın saxlanması, qorunması və.s hallar birbaşa onların məsuliyyətindədir. Digər tərəfdən sayğacın çirklənməsi və yağlı olması kimi hallara görə iddiaçı olaraq o məsuliyyət daşımır və həmin hallar özlüyündə əlavə borcun yazılmasına heç bir hüquqi əsas yaratmır. Buna görə hesab edir ki, həmin aktlar üzrə yazılmış və abonent saldosunda göstərilmiş borclar silinməlidir. Digər yazılmış borc isə onun istixanasına quraşdırılmış G1000 markalı 83046374 nömrəli turbin tipli Elster qaz sağyacına əsasən hesablanmışdır. Qaz sayğacı əsasında üç-dörd dəfə artıq məbləğdə borclar hesablanmışdır. İstifadəsində olan istixananın ölçüləri, istixanada istifadə edilən qaz qurğuları və eyni zamanda əkin növü dəyişməmişdir. Belə olan halda 3- 4 dəfə artıq qazın hesablanması heç bir məntiqə sığmır. Bundan başqa həmin tipli qurğunun qaz sayğacı kimi üzərindən göstərici oxunmur. Abonent saldosundan da, göründüyü kimi ay ərzində guya tərəfindən istifadə edilmiş qazın dəyəri göstəriciyə əsasən deyil məhz Cavabdeh İB tərəfindən birtərəfli qaydada, ona məlum olmayan düstur əsasında müəyyən edilərək saldonun “qalıq və aktlar” bölümündə əks olunur. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Abonent saldosunun “Mexaniki göstərici” və “Elektron göstərici” bölümlərində isə göründüyü kimi hər hansı sayğac göstəricisi nəzərə alınmadan borc hesablanır. Bundan əlavə cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya (istehlakçıya) qazın dəyəri barədə hesabın təqdim edildiyini sübut etməlidir. Cavabdeh borcun ödənilməsinin tələb edilməsi ilə bağlı ona istinad etmişdir ki, borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə təsdiq edilmişdir. Halbu ki, həmin akt iddiaçı tərəf kimi onun tərəfindən imzalanmamış və özlüyündə borcun əsası kimiçıxış edə bilməz. Bundan əlavə quraşdırılmış sayğac özlüyündə düzgün işləməməklə məhz real sərfiyyatdan dəfələrlə artıq borc hesablayır. İddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək Şəmkir rayonu Bayramlı kəndində yerləşən ona məxsus istixanaya (abonent kodu **********00000) təbii qazın verilməsinin bərpa edilməsi və qazın verilməsinin dayandırılmasını cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2-2(115)-1415/2021 saylı qərardadı ilə Şəmkir rayonu Bayramlı kəndində yerləşən İddiaçı məxsus istixanaya (abonent kodu **********00000) təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbi təmin edilməklə ona akt əsasında hesablanmış 69260 manat 80 qəpik borcun onun abonent hesabından (saldo) silinməklə həmin məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, istehlakçı – İddiaçı Mövsüm oğlunun halhazırda Şəmkir RQİİ-nə 79369 manat 62 qəpik borcu mövcuddur. Нəmin məbləğ də 2021-2022-ci mövsüm ili ərzində уаrаnmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. İddiaçı tərəfindən qeyd оlunan iddia məbləğinin 125843 manat 10 qəpik məbləğin isə 56582 manat 30 qəpik hissəsi istixanada sayğac vаsitəsilə istehlak olunmuş qaz səгfinin dəуərinə görə ödənilməmiş qalan məbləğ, 69260 manat 80 qəpik hissəsi isə 2021-ci il ərzində sayğac vasitəsilə uçotu dəqiq араrılmауаn istehlak olunmuş təbii qazın müəyyənləşdirilmiş həсm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının nоrmаl işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ауrı-ауrı dövrlərə - уəni kоnkrеt olaraq 2021-ci ilin уаnvаr ayı üçün 22777 manat 60 qəpik, fevral ayı üçün 17139 manat mаrt ayı üçün 14856 manat 60 qəpik may ayı üçün 10214 manat iyun ayı üçün 4273 manat 60 qəpiklik hesabatda qеуdə alınmamış qaz sərfi müəууən еdilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən abonentə edilmiş хəbərdаrlıqlаrın nətiсəsi olaraq hesabat ilinin yekununa abonent tərəfindən həmin məbləğ ödənildiyindən əlavə hüquqi tədbirlərin görülməsi məqsədəmüvafiq hesab еdilməmişdir. Hal-hazırda isə tərəfin könüllü qaydada razılaşaraq ödədiyi müəyyən edilmiş qaz səгfinin dəуərinin abonent hesabından silinməsini istəməsi nə qanunçuluğa, nə də reallığa uyğun deyil. Hesab edirlər ki, bu hal onlara münasibətdə Аzərbаусаn Respublikası Mülki Prosessual Мəсəlləsinin tələblərinə uyğun olaraq mübahisənin məhkəməyədək həll olunması kimi qəbul olunmalı və qanunvericiliyin icrası kimi nəzərə alınmalıdır. İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, aktlar qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Konkret olaraq hər bir halda yoxlama istixanada aparılmışdır. Sahibkarlıq fəaliyyətinin yoxlanılması qaydalarına ziddir. Korreksiya əmsalının hüquqi əhəmiyyəti yoxdur. Sayğacın işləmədiyi bütün dövrdə istixanada fəaliyyət 8 may tarixli aktla yoxlanılmışdır. Fiziki şəxsə münasibətdə həmin sayğaca yönəldilməlidir. 61000 manat borc tam ödənilmişdir. İddianın təmin tədbiri barədə qərardad icra olunmadı, bu səbəbdən iddiaçı qazın verilişinin bərpa edilməsi üçün borcu ödəmişdir. Borc debitor borc deyil, qalıq və aktlar üzrə borcdur. Onlarda olan akt 17000 manatla və 14000 manatla bağlı olan aktlardır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı istixana fəaliyyəti ilə məşğuldur. Borc sayğac göstəricilərinə görə yox, sayğacın elektron lövhəsində olan problemə görə hesablanmışdır. Elektron tablo əsas göstəricidir. Ekran əsasında hesablayırlar. 10 yanvar 2021-ci ildə sayğac işləməmiş, yoxlama aparılmış və aktlar tərtib edilmişdir. Əgər bu iddiaçının hərəkət və hərəkətsizliyində səhv olduğunu bilsəydilər, o zaman cərimə yazardılar. Sayğacı fiziki şəxs özü qorumalı deyil, amma sahibkar fiziki şəxs deyil. İstixana sayğacları qaz paylayıcı stansiyada olur. İddiaçıya məxsus sayğacın harada olması barədə onun dəqiq məlumatı yoxdur. Tələbnamə ilə aktların fərqi odur ki, korreksiya əmsalı ilə fiziki hesabat aparılmışdır, amma elektron aparat daha dəqiq hesablayır. Aktlarda vizual baxılmışdır. Elektron sayğaclarda iki göstərici var: mexaniki və elektron. Elektron sayğaclarda dövlət standartlarına əsasən korreksiya əmsalına görə aparılmışdır. Təzyiqlər fərqli aşkar olunduğuna görə hesablanmışdır. Sayğac istixanadan bir neçə təxminən 10 km məsafədə yerləşir. Həmin əraziyə qaz-ixrac orqanı nəzarət edir. Arxiv məlumatlarına əsasən olan qeydiyyat uçotu ilə istifadə olunmuş qaz daha dəqiq hesablanmışdır. İddiaçı borcu ödəmişdir, əgər borc mübahisəli olsaydı borc ödənilməzdi. Hesab edir ki, borcun mübahisələndirilməsinə gərək yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X5 Yasin oğlu izahatında bildirdi ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən Cavabdeh İB-nin X7 İstismarı İdarəsində (RQİİ) **********00000 abonent kodu ilə qeydiyyatda olan fiziki şəxs İddiaçı Möhsün oğluna məxsus istixananın qaz sərfini qeyd etmək üçün qaz xətti üzərində quraşdırılmış G-1000 markalı, 83047392 zavod nömrəli qaz sayğacının elektron korrektorunun işləməməsi səbəbindən 2021-ci ilin yanvar, fevral, mart və aprel aylarında Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin (XS) əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib edilərək, 2019-cu ilin dekabr ayı, 2020-ci ilin yanvar, fevral, mart aylarının korreksiya əmsalına uyğun hesabat aparılmış və abonent hesabına daxil edilmişdir Bundan başqa ayrı-ayrı vaxtlarda yaranmış nasazlıqlara görə sözügedən qaz sayğacına sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş, müvafiq qaydada 08.05.2021ci il tarixli, 29/1640-00753 nömrəli və 16.06.2021-ci il tarixli, 29/1640-01183-5 nömrəli aktlar tərtib edilmiş, həmin aktlar əsas götürülərək ümumilikdə 72438 m3 (14487,6 manat) həcmində uçotu aparılmayan təbii qazın hesabatı abonentin hesabına daxil edilmişdir. Cavabdeh İB-nin müvafiq qurumları tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlarda və uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamələrdə aparılmış hesabat növü (metodikası) müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 4.2-ci bəndinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinin tələblərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinin tələblərinə əsasən Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinin tələblərinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qeyd etmək istərdik ki, Tovuz şəhərində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X2 Agentliyinin Tovuz filialı fəaliyyət göstərir və onun səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 22.12.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “X2 Agentliyinin Nizamnaməsi” ilə tənzimlənir. Nizamnamənin 1.1-ci bəndində göstərilir ki, X2 Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restruktizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 06 oktyabr 2020-ci il tarixli AMX-2854/20 nömrəli tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 10 yanvar 2021-ci il tarixli 1013 nömrəli aktdan görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın Elster G-1000 markalı 83046374 nömrəli elektron qaz sayğacının elektron korrektoru işləmir (ekran açılmır). Qeyd olunan müəssisədə qaz sayğacının elektron korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan «qazın sərfıyyatı 02.01.2021- ci il tarixindən 10.01.2021 - ci il tarixinədək istifadə olunan mexaniki sərfiyyatm 2019-cu ilin dekabr avının korreksiva əmsalına uyğun olaraq 20645 m3 (4129 manat) müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 10 fevral 2021-ci il tarixli 1014 nömrəli aktdan görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın Elster G-1000 markalı 83046374 nömrəli elektron qaz sayğacının elektron korrektoru işləmir (ekran açılmır). Qeyd olunan müəssisədə qaz sayğacının elektron korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı 10.01.2021- ci il tarixindən 10.02.2021-ci il tarixinədək istifadə olunan mexaniki sərfiyyatın 2020-ci ilin yanvar ayının korreksiya əmsalına uyğun olaraq 93243 m3 (18648 manat 60 qəpik) müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 08 mart 2021-ci il tarixli 1033 nömrəli aktdan görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın Elster G-1000 markalı 83046374 nömrəli elektron qaz sayğacının elektron korrektoru işləmir (ekran açılmır). Qeyd olunan müəssisədə qaz sayğacının elektron korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı 11.02.2021-ci il tarixindən 08.03.2021-ci il tarixinədək sayğacın mexaniki sərfiyyatının 2020-ci ilin fevral ayının korreksiya əmsalına uyğun olaraq 85695 m5 (17139 manat) müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 08 aprel 2021-ci il tarixli 1046 nömrəli aktdan görünür ki, Şəmkir rayonu Bayratnh kəndində yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın Elster 0-1000 markalı 83046374 nömrəli elektron qaz sayğacının elektron korrektoru işləmir (ekran açılmır). Qeyd olunan müəssisədə qaz sayğacının elektron korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı 09.03.2021-ci il tarixindən 08.04.2021-ci il tarixinədək sayğacın mexaniki sərfiyyatının 2020-ci ilin mart aynın korreksiya əmsalına uyğun olaraq 74283 m3 (14856 manat 60 qəpik) müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı Mövsüm oğluna məxsus istilikxanaya aid 83046374 №li sayğacın daxilinin çirkli və yağlı olduğu müəyyən edilmişdir. Korrektor sönüb, implus ötürücüsü normaldır. Sayğaca hava vuruldu hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Ehtiyyat batareya quraşdırıldı, korrektor 05.01.2021-ci ill tarixində sönüb, Pbaza=1.01325 bar, Tbaza=200 C. Göstəricilər Vbt=9816372 m3, Vt=3784450 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 222475 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmplus ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impluslar qeydə alındı. İmplus ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İş materiallarına əlavə olunmuş uçotu dəqiq aparılmayan təbii qazın həcminin hesablanmasına dair 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yerləşən fiziki şəxs İddiaçı Mövsüm oğluna (abonent kodu **********00000) məxsus istixanaya aid G-1000 markalı sayğacın mexaniki hissədən keçən 222475 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Nəticədə 51070 m3 yəni, 10214 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı Mövsüm oğluna məxsus istilikxanaya aid 83047392 №li sayğacın daxilinin çirkli olduğu müəyyən edilmişdir. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Pər səslə işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 18.03.2021-26.05.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.77 bar, korreksiya olumuş maksimal qaz həcmi 521 m3, korreksiya olunmamış qaz həcmi 300 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 20.05.2021ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.38-2.04 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 55 ay (2019) qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 2 m3 çoxdur. Pbaza = 1.01325 bar, Tbaza = 200 C. Təzyiq borusu yoxlanıldı, sızma var, nasazdır. İş materiallarına əlavə olunmuş uçotu dəqiq aparılmayan təbii qazın həcminin hesablanmasına dair 30.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yerləşən fiziki şəxs İddiaçı Mövsüm oğluna (abonent kodu **********00000) məxsus istixanaya aid G-1000 markalı sayğacda təzyiq borusu yoxlanılmış, sızma var, nasazdır. Nəticədə 21368 m3 yəni, 4273 manat 60 qəpik məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı Mövsüm oğlunun 2021-ci ilə qalıq və aktlar üzrə borcu 69260 manat 80 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı Mövsüm oğlunun 2022-ci ilin yanvar ayına son borcu 79369 manat 62 qəpik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31.05.2021-ci il və 30.06.2021-ci il tarixlərində sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus istixanaya aid olan qaz sayğacına baxış keçirilərək yoxlamalar aparılmış, həmin yoxlamalar zamanı sayğacın elektron hissəsinin işləməməsi nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 69260 manat 80 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı Mövsüm oğlunun qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron göstəricisinin işləməməsi əsası ilə hesablama mexaniki göstəriciyə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 69260 manat 80 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Mövsüm oğluna (abonent kodu: **********00000) hesablamış 69260 manat 80 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddia tələbinin aktlar əsasında ödənilmiş 69260 manat 80 qəpik pulun iddiaçıya qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qazdan istifadə etməsinə görə sayğac göstəricilərinə əsasən hazırda ödənilməmiş 79000 manatdan artıq borcu olduğundan, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Mövsüm oğluna (abonent kodu: **********00000) hesablamış 69260 manat 80 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar