Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-88/2025 14.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh etimaddan sui-istifadə edərək, onu aldadaraq ələ keçirdiyi 17000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla yaxın münasibətdə olan, əvvəllər onunla birlikdə xarici ökələrdən Azərbaycana avtomobil getirərək satmaqla məşğul olduğu Cavabdeh 2021-ci ilin sentyabr ayında ona bildirmişdir ki, Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gətirərək satıb gəlir əldə edə bilərlər. Cavabdeh iddiaçıya bunun üçün müəyyən miqdarda pul lazım olduğunu və həmin pulu taparaq onunla biznəsə qoşulmağa, şəkər tozu al-verinə qoşulacağı halda xeyli miqdarda qazanc əldə edəcəyinə inandırmışdır. O, cavabdehlə əvvəllər xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satdıqlarından, onunla yaxın münasibətdə olduğundan ona etibar edərək səmimiyyətinə inanmışdır. İddiaçı özünün pulu olmadığından xalası Şahid2 9000 manat borc pul alaraq cavabdehə Ukrayna Respublikasından şəkər tozu gətirməsi üçün vermişdir. Cavabdeh ona verdiyi 9000 manatın müqabilində ona həmin pulun dövriyyəsindən hər ay 1000 manat qazanc verəcəyini vəd etmiş və ilk 4 ayda ona har ay 1000 manat vermişdir. O, isə həmin 1000 manat pulun 500 manatını 4 ay müddətində hər ay xalası Şahid2 vermişdir. Eyni zamanda iddiaçının qohumu olan Şahid1 ona özünə maşın almaq istədiyini bildirmiş və cavabdehin xarici ölkədən maşın gətirərək satdığını bildiyindən cavabdehə özünə maşın getirməsi üçün onun vasitəsi ilə 7000 manat pul vermişdir. Bundan başqa, cavabdeh ona xarici ölkədən avtomobil gətirəcəyini və bunun üçün əlavə pula ehtiyacı olduğundan ona pul tapmağı, pul verəcək adamla əldə ediləcək qazancı üç yerə böləcəklərini demişdir. İddiaçı qohumu və dostu Şahid3 cavabdehin təklifini bildirmiş, Şahid3 hamin təkliflə razılaşaraq cavabdehə onun vasitəsi ilə 8000 manat pul vermişdir. Cavabdeh xarici ölkədən gətirdiyi avtomobili satıb onlara bildirmişdir ki, həmin satışdan 700 manat gəlir əldə edib. Avtomobil Raminin verdiyi pul ilə gətirildiyindən Raminə 400 manat, ona 150 manat vermiş və guya 150 manat da özünə qalmışdır. Lakin cavabdeh müxtəlif bahanələrlə Şahid1 gətirəcəyi avtomobili üzə çıxarmadıqda va telefonları söndürərək onunla əlaqəni kəsdikdə o, başa düşmüşdür ki, cavabdeh onu aldadıb və nə qohumu Şahid1 avtomobil gətirib, nə da Ukraynadan şəkər tozu gətirib. Əslində cavabdeh iddiaçının ona olan etimadından sui-istifadə edərək onun vasitəsi ilə digər şəxslərdən pul alaraq dələduzluqla məşğul olub, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmayıb. Ondan aldığı pullardan istədiyi kimi istifadə edərək müxtəlif yollarla xərcləmiş, həmin pullardan ilk aylarda ona cüzi məbləğdə pul verərək guya həmin pulların dövriyyəsindən olan qazanc kimi qələmə verərək onu inandırıb. O, aldadıldığını başa düşdüyü andan cavabdehin dələduzluq əməllərindən zərərçəkmiş digər şəxs X4 və anası X2 ilə cavabdehin evinə gedərək onun pulunu cavabdehdən tələb ediblər. Lakin cavabdeh Gəncədan qaçdığı üçün valideynləri qapını açmadığından anası Həsənova Gülayət səs-küy salmışdır. Bundan sonra Cavabdeh valideynləri qapını açmışlar. Qədir və anası Elvinin valideynlarindən Elvinin ondan aldadaraq aldığı 24000 manatı tələb etdikdə Elvinin anası Vəfa onlara həyətində olan "Mercedes-Benz' markalı avtomobilin açarlarını vermişdir. Qədir isə həmin avtomobili sürərək onlara getirmiş və o, hamin avtomobili 7000 manata sataraq həmin pulun üzerinə 1250 manat (cavabdehin Şahid1 guya gətirəcəyi avtomobil gömrük baxışında vaxtından artıq müddətə qaldığı üçün hesablanmış cərimə) əlavə edib Şahid1 olan 8250 manat borcu ödəmişdir. Şahid3 isə ondan cavabdəhə verdiyi pulları və həmin pulların qaytarılmaması səbəbindən çəkdiyi zərəri tələb etdiyindən o, Şahid3 bankdan kredit götürərək, borca girərək 11300 manat pul ödəmişdir. Daha sonra o cavabdeh ilə görüşərkən cavabdehdən onu aldadaraq ondan aldığı pulların bir hissəsi olan 17000 manat pulu tələb etmişdir. Cavabdeh ona 17000 manat pul borcu olduğunu görüş zamanı etiraf etmiş va evini sataraq həmin pulu ona ödəyəcəyini demişdir. Cavabdehin eyni dələduzluq əməllərindən zərərçəkmişlər kimi o və digər şəxslər olan X4, X1, Şahid1, X7 birlikdə xx.xx.2022-ci il tarixində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişlər və şikayətə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başladılaraq istintaq davam etdirilmiş və ittiham aktı tərtib edilərək Gəncə Şəhər Prokurorluğuna göndərilmiş, cavabdeh barəsində polisin nəzarətinə verilməklə Gəncə Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024 tarixli 1(125)-38/2024 saylı hökmü ilə Cavabdeh barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Məhkəmə hökmündə ona dəymiş zərərin ödənilməsi üçün mülki məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3759/2024 saylı qərardadı ilə iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı 20 noyabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 9000 manat xalası Şahid2 ödədiyi, 1250 manat Şahid1 ödədiyi, 5100 manat Şahid3 ödədiyi, 5000 manat Rabitəbanka ödəməkdə olduğu kreditin, ümumilikdə Cavabdeh etimaddan suiistifadə edərək onu aldadaraq ələ keçirdiyi 20350 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, onunla yaxın münasibətdə olan, əvvəllər onunla birlikdə xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satmaqla məşğul olduqları Cavabdeh 2021-ci ilin sentyabr ayında ona bildirmişdir ki, Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gətirərək satıb gəlir əldə edə bilərlər. Bunun üçün müəyyən miqdarda pul lazım olduğunu və ona həmin pulu taparaq onunla biznesə qoşulmağa, şəkər tozu alverinə qoşulacağı halda hər ay 1000 manat qazanc əldə edəcəyinə inandırmışdır. Cavabdeh ilə yaxın münasibətdə olduğundan ona etibar edirək, səmimiyyətinə tam inanmışdır. O, özünün pulu olmadığından xalası Şahid2 9000 manat borc alaraq Cavabdeh Ukrayna Respublikasından şəkər tozu gətirməsi üçün vermişdir. Cavabdeh 4 ay müddətində ona verdiyi 9000 manat müqabilində ona hər ay 1000 manat pul vermişdir. Bundan başqa Cavabdeh xarici ölkələrdən avtomobil gətirəcəyini və bunun üçün əlavə pula ehtiyacı olduğundan ona yenə pul tapmağı, pul verəcək adamla əldə edilən qazancı 3 yerə böləcəklərini demişdir. O, qohumu və iş yoldaşı olan Şahid3 Cavabdeh fikrini bildirmişdir. Şahid3 həmin təklifə razılaşaraq əvvəl 5000 manat ona pul vermiş və o həmin pulu Cavabdeh vermişdir. Bir neçə gün sonra isə əlavə 5100 manat Şahid3 şəxsən Cavabdeh Gəncə şəhəri, Abbas Səhhət ərazisində yerləşən İcra hakimiyyətinə yaxın bir yerdə vermişdir. Cavabdeh ilə birgə satdıqları Chevriolet Cruze ağ rəngli maşından 5500 manat Şahid3 vermişlər, qalan qazancın isə hamısını Cavabdeh özünə götürmüşdür. Lakin Cavabdeh onun vasitəsilə tanıdığı Şahid3 özünün sonradan aldığı 5100 manat pulu qaytarmamışdır. Artıq məlum olduqda ki, Cavabdeh bir neçə şəxsləri bu yolla aldadaraq külli miqdarda pul alıb və qaytarmayıb Şahid3 ondan Cavabdeh verdiyi 5100 manat pulu ondan istəmişdir. O, Şahid3la həm qohum, həm də iş yoldaşı olduğundan münasibətləri korlanmasın deyə 2022-ci ilin noyabr ayında həyat yoldaşının anasının adına Azərbaycan Beynəlxalq Bankından kredit götürərək Şahid3 5100 manat pulunu qaytarmışdır. Hazırda da hər ay onu ödənişini Banka ödəyir. Bundan başqa bir məkanda bir neçə ortaq dostarı ilə söhbət edən zaman onlara Şahid1 öz maşınını satdığını, Toyota Prius markalı maşın almaq istədiyini və əlində 7000 manat olduğunu bildirmişdir. Bunun üçün o dəfələrlə ona Cavabdeh etibar etmədiyini bildirdi və pulu yəni 7000 manatı yalnız ona etibar etdiyi üçün verəcəyini demişdir. Şahid1 7000 manat pulu o evdə olan zaman gətirib vermiş və o həmin pulu Cavabdeh ilə birgə tanıdıqları Gürcüstan vətəndaşı Elçin adlı şəxsə Toyota Prius markalı maşın alması üçün göndərmişdir. Pulu göndərdikdən sonra məlum olmuşdur ki, Cavabdeh həmin Gürcüstan vətəndaşı Elçin adlı şəxsə 7000 manat pul borcludu deyə həmin şəxs o pulu Cavabdeh borcunu ödəyib. Bu vəziyyət məlum olanda Cavabdeh maşını sifariş etdiyini dedi və bir neçə günə Azərbaycana çatacağını söylədi. Bir neçə aydan sonra məlum oldu ki, Cavabdeh başqa şəxsə xaricdən Toyota Prius markalı maşın gəlib və artıq 60 gündən çox gömrükdə ödənişi olmağı üçün gömrük cəriməsi yığılıb qalıb. Bu səbəbdən o, Bakı şəhərinə gedərək Toyota Prius markalı maşının gömrük rəsmiləşdirilməsini etmək üçün 60 gündən çox yığılıb qalan cəriməni ödəmək üçün əlavə 1250 manat məbləğində pul ödəyərək maşını öz adına sənədləşdirib Gəncə şəhərinə gətirərək Şahid1 vermişdir. Nəticədə ona 1250 manat maddi zərər dəymişdir. Bu Cavabdeh birinci əməli deyil. İllər öncə də buna bənzər bir hadisə baş verib və ailə üzvləri tərəfindən onun vurduğu zərər ödənilib. Cavabdeh onunla birgə zərərçəkmiş digər şəxslərlə çox yaxın dost olub, ona olan etimaddan sui istifadə edib. Aldığı pullardan istədiyi kimi istifadə edərək müxtəlif yollarla xərcləmiş və həmin pullardan ona cuzi məbləğdə pul verərək guya həmin pulların dövriyyəsindən olan qazanc kimi qələmə vermişdir. Bundan başqa 2021-ci ilin yanvar ayında Cavabdeh maşın alqı-satqısı etmək üçün pul lazım olduğunu və ona bankdan pul götürməyini demişdir. O, Şəmkir şəhərində yerləşən Rabitəbankdan əvvəl 3000 manat, 2021-ci ilin noyabr ayında isə Cavabdeh oğunun təkidi ilə həmin kredit müqaviləsini yeniləyərək 5000 manat pul götürərək Cavabdeh vermişdir. Hazırda hələ həmin Rabitəbanka olan borcu ödəyir. Ortaq dostları olan X1 ilə birgə Cavabdeh ilə görüşərkən ondan aldadaraq aldığı pulu tələb etmişdir. Cavabdeh ona 17000 manat borclu olduğunu görüş zamanı etiraf etmiş və evini sataraq pulu ona ödəyəcəyini demişdir. Sübut olaraq həmin görüşün səs yazısı olan audio diski məhkəməyə təqdim etmişdir. Cavabdeh eyni dələduzluq əməllərindən zərərçəkmişlər kimi o və digər şəxslər olan X4, X1, Şahid1, X7 ilə birlikdə xx.xx.2022-ci il tarixində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişlər və şikayətə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başladılaraq istintaq davam etdirilmiş və ittiham aktı tərtib edilərək Gəncə şəhər Prokurorluğuna göndərilmişdir, Cavabdeh barəsində polisin nəzarətinə verilməklə Gəncə Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-38/2024 saylı hökmü ilə Cavabdeh barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Məhkəmə hökmündə ona dəymiş zərərin ödənilməsi üçün mülki məhkəməyə müraciət etməli olduğum tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edirək izahatında göstərdi ki, bankdan kredit götürüb Şahid2 pulunu qaytarmış, evdən götürülən avtomobil Elvinin atasının adına olmuş, onu da ortaq almışlar. 7000 manata satdığı avtomobildən əldə etdiyi pulu Şahid3 olan borcunu qaytarmışdır. Ramindən cəmi 10100 manat pul götürülmüşdür. 5100 manatı Şahid3 Cavabdeh özü götürmüşdür. 5000 manatı ortaya qoymuşdur ki, iş görsünlər. 11600 manata satdığı “Cruze” markalı avtomobilin pulunun yarsını Cavabdeh qoymuş, yarsını isə özü 5000 manat kredit götürüb təxminən 6000-7000 manat qoymuşdur. Avtomobili satdıqdan sonra Cavabdeh gəlib ondan aldığı pul onun pulu deyildi. Satdıqları avtomobildən xeyir götürmüşlər. Sonda Şahid3 5000 manat borclu qalmışlar. Həmin 5000 manat Cavabdeh qalmışdır. Şahid3 pulunu bankdan pul götürüb qaytarmışdır. 5000 manatı Cavabdeh etibar edib vermişdir, Cavabdeh pul verməyi ilə bağlı hər hansı sənədi yoxdur. Şahid3 pulunun yarsını bankdan pul götürüb qaytarmışdır.Təqdim etdiyi disklərdə Cavabdeh borclarını etiraf edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında daha sonra bildirdi ki, Ramindən alınan 5100 manat pula ya “Opel”, ya da “Prius” alınmalı idi, cavabdehin qeyd etdiyi ağ “Cruze” onların pulu ilə alınmışdır. Ramindən alınan 5100 manata hər hansı maşın alınmamışdır. Ağ “Cruze” onun tanışının qaynatasının adına gəlmişdi, onun pulunun yarısını o, yarısını isə Elvin vermişdi. Həmin maşını satmışlar və onun Raminə verəcəyi olduğu üçün ona pul ödəmişdir. O, Raminə Elvinə düşən pulu verməmişdir. Ağ “Cruze”nin pulu ikisinin pulu olmuşdur. 5100 manatı Ramindən alıb Elvin dediyinə görə Gürcüstana göndərmişdir. 9000 manatı Şahid2 ödəmiş, 600 manat dayanacaq pulu, 145 manat dəbbə pulu, Adilin adından avtomobili o adına keçirmək üçün isə 500 manat əlavə pul ödəmişdir. Şahid1 pulunu qaytarmamışdır, ancaq qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh xaricdən avtomobil gətirmək üçün Röyala deyib ki, pul tap iş görək, Şahid3 da həm Röyalın qohumudur, həm də onun iş yoldaşıdır. Röyal da pul ilə bağlı Raminə yaxınlaşmışdır, Ramin Röyalın özünə 5000 manat vermişdir, 5100 manatı isə Cavabdeh vermişdir. 11600 manata satılan “Cruze” markalı avtomobilinin pulunun 5500 manatı Raminə verilmişdir. Bundan sonra 5000 manat Ramindən yenidən pul alınmışdır. O, anasının adına 5100 manat pensiya krediti götürüb Raminə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onların həyətlərindən aparılıb satılan maşın faktiki olaraq atasının maşını olmuşdur. Şahid3 ancaq 5100 manat pul almışdır. 51000 manata ağ rəngdə “Cruze” markalı maşın almışlar, həmin maşının kimin adına olduğunu bilmir, ancaq onda həmin maşına etibarnamə olmuşdur. Daha sonra Röyal gəlib ona bildirmişdir ki, maşını almaq istəyən var. Maşını tam olaraq neçəyə aldığını bilmir. Röyal həmin maşını 11700 manata satmaq istədiyini bildirmiş, o da razılaşmışdır. Alıcı 10000 manat vermiş 1700 manatı isə 1 aya vercəyini bildirmişdir, Röyal razı olduğu üçün o da heç nə deməmişdir. Həmin 10000 manatdan 4400 manatı o götürmüş, 5100 manatı isə Raminə verməsini demişdir. Ağ “Cruze” satıldıqdan sonra Raminə 5100 manat pul verilmişdir. Röyal ona dediyi üçün gedib Ramindən 5100 manat pul götürmüşdür. Ağ “Cruze”yə görə Ramindən pul alınmışdır, o satıldıqdan sonra 4400 manat ordan pul götürmüşdür, 1700 manat alan adamın borcu qalmışdır. Ramindən 5100 manat götürmüşdür, ondan başqa nə qədər pul alındığını bilmir. 5100 manatı ağ “Cruze” alanda verilmişdir. 5100 manatı da Ramindən alıb Röyalın özünə vermişdir. Məcidin adına gələn maşını bilmir. İslam onun qrup yoldaşı olmuşdur, o öz pulu ilə özünə maşın aldırmışdır. Diskdəki digər səs onundur. Səs yazısında borcu olduğunu demişdir, daha sonra Röyala onun əvəzinə maşın vermişdir. 3000 manatın nə pul olduğunu bilmir. Maşın veriləndən sonra elə bil borc qalmamışdır. Belə ki, Röyal gəlib “4 göz” maşını götürmüş, “Cruze”ni də satmışdır. Yəni 9000 manat və 5000 manat pulun əvəzinə qapıdan gəlib “4 göz” maşını götürmüş və “Cruze”ni satmışdır. 3000 manat yadına gəlmir. Ağ “Cruze” satılanda o demişdir ki, apar 5100 manatı Raminə ver. 9000 manatı isə “4 göz” maşın ilə əvəzləyir. O, Şahid1 yaxşılıq etmək üçün təklif etmişdir ki, Azərbaycandakı avtomobili götürsün. Onların gümrükdəki avtomobilinin sadəcə 600 manat cəriməsi olmuşdur. Cərimənin kim tərəfindən ödənilməsini bilmir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirdi ki, o vaxt Elvinlə Röyal alqı-satqı ilə məşğul idilər, o da Röyala onun istəyi üzrə 9000 manat vermişdir, həmin pulu almağa onlar ikisi birlikdə gəlmişlər, lakin pulu o Röyala vermişdir. Röyal da avtomobildə pulu Elvinə vermişdir. 9000 manatı faizlə verməmişdir, sadəcə olaraq Röyal bildirmişdir ki, mümkün olduqca ona də qazanc verəcəklər. Təxminən 400 manat ona pul vermişlər. Daha sonra o, pulunu istəmiş, Röyal da onun 9000 manatını qaytarmışdır. Bir il bundan qabaq pulu Röyalın özü gətirib qaytarmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirdi ki, Röyalla Elvin birlikdə iş görürdülər, yəni şərik idilər. O, özü də onların vasitəsi ilə xaricdən avtomobil gətirmək istəmişdir, lakin Elvinin borcu olduğu üçün onun avtomobili xaricdə saxlanılmışdır. Daha sonra Elvin ona zəng etmişdir ki, o Gürcüstandakı borcunu ödəmişdir, istəsə Azərbaycanda onun avtomobili var, hansını istəyir götürsün. Hər iki avtomobilin müddətdən artıq gömrükdə qalması səbəbi ilə cəriməsi yığılmışdır. O, Azərbaycandakı avtomobili götürmüş, lakin 1250 manat əlavə xərci çıxmışdır. Sifariş verdiyi avtomobil toyota prius markalı mavi rəng avtomobil olmuş, pulu o Röyala vermişdir. Mavi avtomobili ona tapan Cavabdeh olmuşdur. Avtomobilin gətirilməsi üçün təxmini 7000 manat ödəniş etmişdir. Avtomobili ona Gürcüstandan Elvin tapmışdı. Azərbaycandakı avtomobili Adil Bayramlı adlı şəxsin adına Elvin gətizdirmişdi. Azərbaycandan götürdüyü avtomobil isə boz rəng toyota prius markalı avtomobil idi. Sifariş verdiyi avtomobillə götürdüyü avtomovilin il və rəng fərqi var idi. Gümrükdə cəriməni o ödəmişdir, yəni onun pulu ilə Röyal ödəmişdir. Röyal ona pulunu qaytarmamışdır. 1250 manatı Röyala versə də o pulu ona Cavabdeh ödəməlidir, çünki həmin cərimənin yığılmasına səbəbkar o olmuşdur. 1250 manatı o şikayətində Cavabdeh istəmişdir. Başqa məhkəmədə gedən işdə o pulu Cavabdeh istəmişdir. Hazırki işdə şahid olsa da, digər məhkəmədə olan işdə o iddiaçı olmuşdur. Gürcüstandakı avtomobil boyanmalı idi, 1000 manat xərci var idi. Cavabdeh ona zəng etdi ki, Gürcüstandakı avtomobilin də cəriməsi vardır, ya Azərbaycandakı avtomobili götür, ya da Gürcüstandakı avtomobili, o də öz-özünə düşünmüş və Azərbaycandakı avtomobili götürmüşdür. Avtomobili əldə edə bilməsəydi pulunu Cavabdeh tələb edəcəkdi. Avtomobil gətirmək işinə o baxırdı. O, Gürcüstandan avtomobilini göndərəsi olan şəxslərlə danışmış, ona bildirmişdilər ki, Cavabdeh onların pulumunu göndərdikdən sonra onun avtomobilini yola salacaqlar. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 ifadəsində bildirdi ki, İddiaçı vaxtı ilə ona bildirmişdir ki, əlində pul varsa iş görsünlər, yəni xaricdən maşın gətirsin, satsın, üstündə də ona qazanc versin. O da Röyalla razılaşmış və bütün risklərdən onun öhdəlik daşıdığını bildirmişdir. Belə işləməyə başlamışlar. O, Elvini əvvəlcə tanımamışdır. Sonradan Röyal ona demişdir ki, Cavabdeh də bu işdədir, o onlara maşın gətirməkdə, satmaqda köməklik edir, bir pay da onun payıdır. Onlar da beləcə işləmişlər. İlk olaraq Röyala bir maşının pulu vermişdir. Həmin maşından ona qazanc verilmişdir. Bir maşının pulunu Röyala vermişdir. 300-400 manat ona qazanc vermişlər. Röyala adətən 1 maşının pulunu vermişdir, həmin pul da maşının qiymətinə əsasən dəyişmişdir. 6-7 dəfə Röyala pul vermişdir. Axırıncı dəfə Röyala 10000-12000 manat pul vermişdir. Cavabdeh 1 ya da 2 dəfə şəxsən pul vermişdir. Ona pul verməyinin səbəbi isə Röyalın işdə olması olmuşdur. O, Elvinə təxminən 5000 manat pul vermişdir. Daha sonra biləndə ki, Elvinin adına çoxlu borc var, Elvinin atasının adına gəlmiş qara cruze markalı maşını onun adına keçirmişlər. Alınıb, satıla bilinməyən, daha sonra onun adına rəsmiləşdirilən maşının pulu ödənilmişdir. Bundan əlavə ortalıqda 10000 manat pul var idi, bunun 5000 manatını Röyal ona vermiş, axırda Röyalın ona 5100 manat borcu qalmışdır. 5100 manat isə 2-3 ay sonra Röyalın dediyinə görə kredit götürüb ona vermişdir. Axırıncı 5100 manat pulu Röyal ona qaytarmışdır. 2-3 dəfə maşın satıldıqdan sonra Röyala etibar etmiş, ona hesabat verməməsini, hansı maşında qazanc olduğunu bilirsə gətirib satmasını demişdir. Cavabdeh borcu olması məsələsi ortaya çıxan kimi, maşını onun adına keçirmişlər. Lakin həmin maşın 2-3 aya satımışdır. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının sürətindən görünür ki, Cavabdeh verilən epizodlardan biri də İddiaçı ilə bağlıdır. Belə ki, Cavabdeh yaxın münasibətdə olduğu, əvvəllər birgə avtomobilin alveri ilə məşğul olduğu İddiaçı pul vəsaitinin qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə İddiaçı Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gəldiyinə inandıraraq həmin şəkər tozunu alıb yenidən satmaq barədə yalan verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin sentyabr ayında Gəncə şəhər, Yeni Gəncə qəsəbəsində sonuncunun xeyli miqdarda yəni 9000 manat pulunu aldatma yolu ilə ələ keçirirərək dələduzluq etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)- 38/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə Cavabdeh ilə İddiaçı, X7, Şahid1 aralarında olan münasibətlər mülki xarakterli olduğundan və təqsirləndiilən şəxsin zərərçəkmiş şəxslərə həmin dələduzluq etməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmadığından təqsirləndirilən şəxs həmin epizodlara görə təqsirli sayılmamış, İddiaçı aid epizod təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)-170/2024 saylı qərarından görünür ki, zərərçəkmiş şəxslər İddiaçı və Şahid1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-38/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş audio disk ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunu ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Həmin səs yazısında Cavabdeh İddiaçı sadaladığı pul məbləğlərini təsdiq etməsi, razılaşması eşidilmir. Ümumi olaraq Cavabdeh İddiaçı borcunu evin sataraq ödəyəcəyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında uzunmüddətli dostluq münasibətləri olmuş, birgə sahibkarlıq fəaliyyəti həyata keçirmiş, uzun müddət ərzində xarici ölkələrdən avtomobil gətirilməsi və satılması ilə məşğul olmuşlar. Birgə fəaliyyətlərində tərəflərin arasında hər hansı yazılı bir müqavilə olmamışdır. Sonradan münasibətləri korlanmışdır. Həmin hallar həm iddiaçının, həm də cavabdehin izahatları ilə təsdiq edilir. İddaçı hazırkı iddia tələbində xalası Şahid2 alaraq Cavabdeh veridiyi 9000 manat pulun, Şahid3 onun tarşırığı ilə Cavabdeh aldığı və qaytarmadığı 5100 manat pulun, Şahid1 avtomobili üçün ödədiyi cərimə (xərc) olaraq 1250 manat pulun, habelə bankdan götürərək Cavabdeh verdiyi 5000 manat pulun, ümumlikdə 20350 manatın Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının xalası Şahid2 alaraq Cavabdeh veridiyi 9000 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xalası Şahid2 9000 manat pul alaraq şəkər tozu gətirib satması, qalan qazancın bölünməsi üçün Cavabdeh 9000 manat pul verməsi həm iddiaçının, həm cavabdehin izahatları, həm də işdə olan sənədlərlə təsdiq edilir. Həmçinin verilən məbləğin dövriyyəsindən qalan qazancın bölünməsi də tərəflərin izahatları ilə öz təsdiqini tapır. 9000 manat pulun tam olaraq İddiaçı tərəfindən Şahid2 qaytarılması iddiaçının izahatı, şahidin ifadəsi ilə təsdiq edilir. Bununla yanaşı həm iddiaçının, həm də cavabdehin izahatları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh məxsus “Mercedes-Benz” markalı avtomobili sonuncunun qapısından gətirərək satmışdır. İddiaçı həmin avtomobili 7000 manat satdığını bildirmişdir. Göründüyü kimi İddiaçı qazanc əldə etmək məqsədilə xalasından 9000 manat pul alaraq Cavabdeh vermiş, Cavabdeh həmin pulu nə İddiaçı, nə də ki, Şahid2 qaytarmamışdır. İddiaçı Cavabdeh məxsus avtomobili satması və satışdan 7000 manat əldə etməsi nəzərə alınmaqla Cavabdeh İddiaçı 2000 manat borcu qalmışdır. Cavabdeh Şahid2 alınan pul müqabilində avtomobil verdiyini, pulu avtomobillə əvəzləşdirdiyini bildirsə də İddiaçı tərəfindən satılan avtomobilin qiymətinin baha olması, 7000 manatdan daha artıq qiymətə satılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də 2000 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, Şahid3 5000 manat bir pul almış və həmin pulu Cavabdeh vermiş, 11600 manata “Cruze” markalı avtomobil satılmış, satışdan əldə olunan vəsaitdən Şahid3 pulu ödənmiş, sonradan onun tarşırığı ilə Cavabdeh Şahid3 5100 manat pul almış, həmin pul vəsaitinə hər hansı avtomobil alınmamış, pul Cavabdeh tərəfindən qaytarılmamış, həmin pul məbləğini o özü Şahid3 qaytarmışdır. Cavabdeh izahatında Şahid3 İddiaçı tapşırığı ilə yalnız bir dəfə 5100 manat pulu alaraq onun özünə verdiyini, həmin pulun “Cruze” markalı avtomobil satışından əldə olunan vəsait hesabına Şahid3 qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Şahid3 5000 manat pul alaraq Cavabdeh verməsi iş materialları ilə təsdiq edilmir. Tərəflərin izahatları (həm məhkəmə iclaslarında, həm də cinayət işi üzrə icraatda verdikləri izahatları), Şahid3 ifadəsi və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı tapşırığı ilə Şahid3 5100 manat pul almış və “Cruze” markalı avtomobilin satışından əldə olunan vəsait hesabına Şahid3 pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə iddia tələbini sübuta yetirə bilməmişdir. Bundan başqa iddiaçı cavabdehin təqsiri üzündən Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödədiyini, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, birincisi, məhz Şahid1 avtomobili üçün 1250 manat cərimə (xərc) ödənməsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Həmin məbləğin Cavabdeh təqsiri üzündən ödənilməsi təsdiq olunarsa belə həmin məbləği Şahid1 tələb edə bilərdi. Hazırkı halda isə həmin məbləğin iddiaçının vəsaiti olması və ya Şahid1 ödənilməsi müəyyən edilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 1250 manatın onun pulu olduğu, İddiaçı tərəfindən ona ödənilmədiyini bildirmişdir. Bundan başqa iddiaçı bankdan 5000 manat götürərək cavabdehə verdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş audio disk ilə bağlı məhkəmə bildirir ki, səs yazısında İddiaçı və Cavabdeh arasında borcla bağlı mübahisə gedir. İddiaçı Cavabdeh sonuncunun ona 9000 manat, 5000 manat və 3000 manat borcu olmasını qeyd edir. Həmin səs yazısında Cavabdeh İddiaçı sadaladığı pul məbləğlərini təsdiq etməsi, razılaşması eşidilmir. Ümumi olaraq Cavabdeh İddiaçı borcunu evini sataraq ödəyəcəyini bildirir. Məhkəmə iclasında Cavabdeh 9000 manatın Şahid2 alınan pul olduğunu və 5000 manatın Şahid3 alınan pul olduğunu, 3000 manat isə hansı pul olmasını bilmədiyini, həm 9000 manatın, həm də 5000 manatın iki avtomobillə ödəndiyini qeyd etdi. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməsli, cavabdehdən 2000 manat pul alınaraq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-88/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-88/2025
14.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver