Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-882/2025 07.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işin materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə edərək aldatmışdır. X2 ilə onun tanışlığı telefon almaq məsələsi ilə bağlı olmuşdur. 2021-ci ilin sentyabr-dekabr aylarında cavabdeh ondan 10000 manat dəyərində çoxlu sayda mobil telefon alaraq pulunu ödəyəcəyini bildirsə də, hələ də ödəniş etməmişdir. Əvvəlcə ona inanaraq pulu qaytaracağını düşünsə də, artıq tam əmindir ki, X1 pulu qaytarmaq fikri yoxdur. Cavabdeh telefonlar barədə sənəd tərtib etmiş və onu inandırmışdır ki, pul məsələsində problem ola bilməz(sənədin surəti əlavə edilir). Həmin sənəddə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. O da polisə müraciət etmiş, araşdırma aparılmış va sonda ona xx.xx.2024-cü il tarixli məktub verilmişdir ki, mübahisə mülkidir və məhkəməyə müraciət etməlidir. Ona görə də, o, məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-304/2025 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin fərdi sahibkar olmasına, həmçinin hazırkı pul mübahisəsinin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətinə görə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə, Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən və “İnternet Vergi İdarəsi” elektron portalından alınmış məlumatlara əsasən İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu halda, iddia tələbi sahibkar statusu olmayan fiziki şəxs İddiaçı tərəfindən irəli sürülmüşdür. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iş üzrə iddiaçının sahibkar statusuna malik olmadığını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-882/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-882/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver