Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-886/2023 25.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1339,62 ABŞ dolları əsas, 596,41 ABŞ dolları faiz, 1233,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 200,07 ABŞ dolları faiz borcunun, cəmi 3369,20 ABŞ dolları borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat mediasiyaya dair xərcin cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 21,5% dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 3200 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə 01 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 3555,15 ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması müəyyən edilmişdir. Zamin əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələri, o cümlədən, əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən X5 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mübahisəyə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün kesab etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Bərdə filialı ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə 21,5% dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 3200 ABŞ dolları kredit vermişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Bərdə filialı ilə X5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə zamin borclu ilə bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3555,15 ABŞ dolları təşkil edir, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020ci ilədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə 01 nömrəli əlavə sazişə əsasən zamin kredit müqaviləsinə əlavə və dəyişikliklərlə razılşadığını təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixə olan borcu 1339,62 ABŞ dolları əsas, 596,41 ABŞ dolları faiz, 1233,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 200,07 ABŞ dolları faiz borcu, cəmi 3369,20 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş ölüm haqqında AZ-İİ 248633 saylı şəhadətnamənin surətindən görünür ki, X5 qida borusunun varikoz genəlməsi səbəbindən xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Bərdə filialı ilə X5 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, ona 21,5% dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 3200 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə kredit və zaminlik müqavilələrinə əlavə dəyişiklik edilmişdir. X1 qida borusunun varikoz genəlməsi səbəbindən xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində ölmüşdür. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl borcalan X5 vəfat etdiyindən, iddiaçı Fond ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminə qarşı tələb irəli sürməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı Fond tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilmədiyini və bu qaydanı tətbiq etmək imkanının itirilmədiyini göstərir ki, həmin hal da iddia ərizəsinin baxılmamış saxlanması əsaslarından biri olduğuna görə hazırkı iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-886/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-886/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver