Məhkəmə qərarları › İş №e-2-2(115)-89/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-89/2021

14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-89/2021 14.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 436 498,60 manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 436 498.60 manat dəymiş ziyan və debitor borcu hesablanmışdır. Cavabdeh orqan dəymiş ziyanı xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablamışdır. Debior borc kimi 414 771,60 manat borc yarandığı qeyd edilmiş, dəymiş ziyanla bağlı isə əsassız akt tərtib edilərək sayğacın daxilinin çirkli olması və A işarəsinin olması qeyd edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu bildirmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2016-ci il tarixli, 1598-10--16 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məsus istixanaya quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğğacıın daxilinin çirkli olduğu və ekranda “A” işarəsinin olunduğu qeyd olunmuşdur. Abonentə aid saldonun surətindən görünür ki, abonent İddiaçı son borcu kimi 591 519,96 manat qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin icraatında olmuş Cavabdeh İddiaçı qarşı borc tələbinə dair iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş e-2-2(115)-442/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tələb qismən təmin edilmiş 416 498,80 manat pulun İddiaçı tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial xarakter daşıyır. Habelə iddiaçı tərəf məhkəmənin çağırışları ilə iclaslara gəlməmiş və iddiaçı öz tələbini sübutetmə ilə bağlı hər hansı hərəkət etməmişdir. Qnununun tələbinə görə iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər o, bu öhdəliyini yerinə yetirmirsə iddia tələbi bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 436498,60 manat borcun abunə hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar