Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-891/2025 06.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeyi
2. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə əlavə edərək, cavabdeh tərəfindən icarə haqqı üzrə yaranmış borc tam ödənildiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
III. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
IV. Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Belə ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh tərəfindən öhdəlik icra olunduğundan iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
V. Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
7. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli