Məhkəmə qərarları › İş №e-2-2(115)-897/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-897/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-897/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 034R********** saylı krеdit razılaşması üzrə 24903.59 manat məbləğində krеdit bоrcu, 584.12 manat məbləğində faiz bоrcu və 137.24 manat məbləğində cərimə borcu olmaqla, xx.xx.2023-cü il tarixli 35E**********51 saylı kart krediti və girov barədə qarışıq razılaşma üzrə 15853.31 manat məbləğində krеdit bоrcu, 4187.91 manat məbləğində faiz bоrcu və 1334.53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 47000 (qırx yeddi min) manat 70 (yetmiş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 231 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 034R********** saylı krеdit razılaşması üzrə 23071,19 manat məbləğində krеdit bоrcu, 584.12 manat məbləğində faiz bоrcu və 137.24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23792 manat 55 qəpik məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydı alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 231 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Şəmkir şəhəri Məmməd Araz küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 364.1 kv.m ümumi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 23792, manat 55 (əlli beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün Ödənilmiş 231 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən ərizənin geri qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AccеssBank» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotaka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Dövlət büdcəsinə ödənilmiş 232,85 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar