Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-9/2021 11.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə 1 999 800.00 (bir milyon doqquz yüz doxsan doqquz min yüz) manat əsas borc, 619 032.22 (altı yüz on doqquz min otuz iki manat, 22 qəpik) manat faiz borcu, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 1 000 000.00 (bir milyon) manat əsas borc, 314 166.70 (üç yüz on dörd min bir yüz altı manat, 70 qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqaviləsi üzrə 1 999 800.00 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz) manat əsas borc, 480 980.72 (dörd yüz səksən min doqquz yüz səksən manat, 72 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 (üç milyon bir yüz on doqquz min) əsas borc, 469 300 (dörd yüz altmış doqquz min üç yüz) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537 631.59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə borcu, 222 731.53 (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 (on milyon yeddi yüz altmış iki min dörd yüz qırx iki 76 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinin Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində, xx.xx.2015-ci il 86 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 6 % dərəcəsi ilə 2.000.000 (iki milyon) manat məbləğində və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 18 (on səkkiz) ay müddətinə, illik 10% dərəcəsi ilə 4.000.000 (dörd milyon) manat məbləğində kredit verilmişdir.Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Kredit müqaviləlsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir.Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda xx xxxx 2019-cu il tarixə Cavabdeh xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə 1 999 800.00 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz) əsas borc, 619 032.22 (altı yüz on doqquz min otuz iki manat, 22 qəpik) manat faiz borcu, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 1 000 000.00 (bir milyon) manat əsas borc, 314 166.70 (üç yüz on dörd min bir yüz altmış altı 70 qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 86 nömrəli kredit müqaviləsi üzrə 1 999 800.00 (bir milyon doqquz doxsan doqquz min səkkiz yüz) manat əsas borc, 480 980.72 (dörd yüz səksən min doqquz yüz səksən manat, 72 qəpik) manat faiz borcu, xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə 3 119 000 (üç milyon bir yüz on doqquz min) manat əsas borc, 469 300 (dörd yüz altmış doqquz min üç yüz) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 537 631.59 (beş yüz otuz yeddi min altı yüz otuz bir manat, 59 qəpik) manat cərimə borcu, 222 731.53 (iki yüz iyirmi iki min yeddi yüz otuz bir manat, 53 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10.762.442,76 (on milyon yeddi yüz altmış iki min dörd yüz qırx iki manat, 76 qəpik) manat borcu yaranmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-393/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərardadı ilə, iddiaçı ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işin icraatı, iddiaçı Cavabdeh MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan işə baxılıb qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(115)-9/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehlə 2013-cu ildən ardıcıl olaraq müqavilələr bağlanılmışdır. Kassa məxaric orderinə əsasən kredit müqaviləsi üzrə verilən pulların məbləğləri göstərilmişdir. Cavabdeh müxtəlif vasitələrlə borcun ödənilməsindən yayınır. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsinin və kassa məxaric sənədinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldıraraq, hazırki işin icraatının dayandırılmasına nail olmuşdur. Lakin, cavabdehin tələbinə məhkəmələr tərəfindən baxılaraq iddia tələbi təmin olunmamışdır. Hazırki iddia tələbi 2019-cu ildə məhkəməyə verilmişdir. Məhkəməyə müraciət edildikdən sonra hal-hazıra qədər cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də, işin baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh direktoru Vahid Rzayev məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranmış problemlərlə əlaqədar xx.xx.2021-ci il tarixə təyin edilmiş iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, sözügedən iş üzrə məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin direktorunun üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini təsdiq edəcək sübutların təqdim edilmədiyini, cavabdehin hüquqi şəxs olaraq bir neçə nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmaq imkanın olduğunu və cavabdehin icraatı qəsdən yubandırdığının aşkar olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri X2 ilə Cavabdeh direktoru X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri X2 ilə Cavabdeh direktoru X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri X2 ilə Cavabdeh direktoru X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 86 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdehnə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri X3 ilə Cavabdeh direktoru X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdehnə 18 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 21 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 619032 manat 22 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 22 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 28 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 314166 manat 70 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 86 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 480980 manat 72 qəpik müqavilə müddəti üçün faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat məbləğində əsas borc, 469300 manat müqavilə müddəti üçün faiz borcu, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 222731 manat 53 qəpik faiz borcu, 537631 manat 59 qəpik məbləğində cərimə borcunun, cəmi ******* manat 12 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxxx 2020-ci il tarixli 2-2(103)-531/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMCnin cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2016-cı il tarixli 22 saylı kredit müqaviləsi və kassa məxaric orderinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı Ləğv prosesində olan «xxxx» KB ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan «xxxx» KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 619032 manat 22 qəpik faiz borcu, cəmi ******* manat 22 məbləğində borc, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 314166 manat 70 qəpik faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli 86 nömrəli kredit müqavilə üzrə ******* manat əsas borc, 480980 manat 72 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borc və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi ******* manat məbləğində borc olmaqla, ümumilikdə 10002579 manat 64 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən iddiaçı Ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxx 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 222731 manat 53 qəpik məbləğində faizin tutulmasına dair heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, bank xx xxxx 2016-cı il tarixli 22 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 500 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 619032 manat 22 qəpik faiz borcu, cəmi ******* manat 22 məbləğində borc, xx.xx.2013-cü il tarixli 28 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 314166 manat 70 qəpik faiz borcu, cəmi ******* manat 70 qəpik məbləğində borc, xx.xx.2013-cü il tarixli 86 nömrəli kredit müqavilə üzrə ******* manat əsas borc, 480980 manat 72 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində borc və xx.xx.2016-cı il tarixli 22 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 469300 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi ******* manat məbləğində borc olmaqla, ümumilikdə 10002579 manat 64 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən iddiaçı Ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-9/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-9/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver