Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-9/2025 08.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 61413,26 manat krеdit bоrcu, 5635,33 manat faiz bоrcu və 2291,02 manat cərimə borcu olmaqla, cəmi 69339,61 manat, 999R********** saylı krеdit razılaşması üzrə 35131,2 manat krеdit bоrcu, 3445,08 manat faiz bоrcu və 1552,79 manat cərimə borcu olmaqla, cəmi 40129.07 manat, iki kredit razılaşması üzrə ümumilikdə 109468 manat 70 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 420 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 192 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Ağstafa şəhəri 25-ci məhəllədə 0.12 ha torpaq sahəsi və üzərində olan 127.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh5 məxsus Ağstafa rayonu Xətai kəndində yerləşən 0.09 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə borcun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, X4, X6, X1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Ağstafa şəhəri 25-ci məhəllədə 0.12 ha torpaq sahəsi və üzərində olan 127.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 və X2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Ağstafa rayonu Xətai kəndində yerləşən 0.09 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh5 və X7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999L**********28 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 999R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 68586,74 manat ödəmiş, onun 61413,26 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 213 gün üçün hesablanmış faiz borcu 5635,33 manat, cərimə 2291,02 manat təşkil edir. Bundan başqa Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 999R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 34868,8 manat ödəmiş, onun 35131,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 233 gün üçün hesablanmış faiz borcu 3445,08 manat, cərimə 1552,79 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evini, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Ağstafa şəhəri 25-ci məhəllədə yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 127.6 m ümumi sahədən ibarət fərdi yaşayış evini (həyətyanı tikililər və qurğularla birlikdə), Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Ağstafa rayonu Xətai kəndində yerləşən 0.09 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər, yüklülüklər dövlət qeydiyyatına alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 11413,26 manat krеdit bоrcu, 5635,33 manat faiz bоrcu və 2291,02 manat cərimə borcu olmaqla, cəmi 19339,61 manat, 999R********** saylı krеdit razılaşması üzrə 15131,2 manat krеdit bоrcu, 3445,08 manat faiz bоrcu və 1552,79 manat cərimə borcu olmaqla, cəmi 20129,05 manat, iki kredit razılaşması üzrə ümumilikdə 39468,70 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 420 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 156 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə borcun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2021-ci il tarixli 999L**********28 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, 120 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2021-ci il tarixli 999R********** saylı kredit razılaşmasından görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla 130000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2021-ci il tarixli 999R********** saylı kredit razılaşmasından görünür ki, ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla 70000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 52000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyətində olan Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/281 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 61823,08 manat, faiz borcu üzrə 6308,46 manat, xx.xx.2021-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 34754,95 manat, faiz borcu üzrə 4466,01 manat təşkil edir. Xidmətin qiyməti 145 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 90000 manat, likvid qiyməti 75000 manat təşkil edir. Xidmət haqqı ümumilidə 1050 manat qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. Daha sonra Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla 130000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Daha sonra Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixli kredit razılaşması bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla 70000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə 11413 manat 26 qəpik krеdit bоrcu, 5635 manat 33 qəpik faiz bоrcu, xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə 15131 manat 20 qəpik krеdit bоrcu, 3445 manat 08 qəpik faiz bоrcu borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə cərimə azaldılaraq 500 manat, xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə cərimə azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Beləliklə, xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə 11413 manat 26 qəpik krеdit bоrcu, 5635 manat 33 qəpik faiz bоrcu və 500 manat cərimə borcu olmaqla, cəmi 17548 manat 59 qəpik, xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə 15131 manat 20 qəpik krеdit bоrcu, 3445 manat 08 qəpik faiz bоrcu və 700 manat cərimə borcu olmaqla, cəmi 19276 manat 28 qəpik, iki kredit razılaşması üzrə ümumilikdə 36824 manat 87 qəpik məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 0,10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqı və 420 manat mediasiyaya dair xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 0,10 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 156 manat xidmət haqqı, 420 manat mediasiyaya dair xidmət haqqı da müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 145 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1050 manat ekspertiza xərci "xxxx" MMC-nin hesabına cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməlidir. Həmçinin iddiaçı mediasiyaya dair xidmət haqqını ödədiyindən dövlət rüsumunu ödəməkdən azad edilmişdir, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada 200 manat 38 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 11413 manat 26 qəpik krеdit bоrcu, 5635 manat 33 qəpik faiz bоrcu və 500 manat cərimə borcu olmaqla, cəmi 17548 manat 59 qəpik, 12 oktyabr 2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 15131 manat 20 qəpik krеdit bоrcu, 3445 manat 08 qəpik faiz bоrcu və 700 manat cərimə borcu olmaqla, cəmi 19276 manat 28 qəpik, iki kredit razılaşması üzrə ümumilikdə 36824 (otuz altı min səkkiz yüz iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 (on) qəpik dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 420 (dörd yüz iyirmi) manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 156 (bir yüz əlli altı) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 145 (bir yüz qırx beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1050 (bir min əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ013501**********2944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 200 (iki yüz) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-9/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-9/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver