Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-913/2025 05.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə4, Nümayəndə1, ilk iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilmiş vəsaitin müəyyən hissəsinin müqavilə üzrə silinməsi və əmlakın iddiaçının mülkiyyətində qalması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçıASC-nin xeyrinə 09 sentyabr 2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 17 mart 2025-ci il tarixədək hesablanmış 634471,68 manat əsas borc, 133397,89 manat faiz, 49152,62 manat cərimə borcu olmaqla, ümumilikdə 817022,19 manat borcun tutulması və 1107,02 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 09 sentyabr 2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən illik 12 faizlə 144 ay müddətinə ******* manat məbləğində lizinq obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şosesi, 1 ”C” ünvanında yerləşən ümumi sahəsi 1267.1 kv.m olan əmlak kompleksi lizinqə verilmişdir. Cavabdeh MMC-nin banka daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 yanvar 2024-cü il tarixdən 17 mart 2025-ci il tarixədək 634471,68 manat əsas borc, 133397,89 manat faiz, 49152,62 manat cərimə borcu olmaqla, cəmi 817022,19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC borcu ödəməkdən boyun qaçırır. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək əsas borc məbləğinin 17 mart 2025-ci il tarixədək hesablandığı göstərilsədə əsas borcun məbləği 09 sentyabr 2028-ci il tarixinədək hesablanmışdır. Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 09 sentyabr 2028-ci il tarixədək hesablanmış 634471,68 manat əsas borc, 17 mart 2025-ci il tarixinədək hesablanmış 133397,89 manat faiz borcu, 17 mart 2025-ci il tarixinədək hesablanmış 49152,62 manat cərimə borcu olmaqla, cəmi 817022,19 manat kredit borcunun tutulması və 1107,02 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, bundan əvvəl xx.xx.2020-ci il tarxidə “Yelo Bank" ASC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdiir. İddiaçı xx.xx.2025-ci il tarxidə Gəncə Kommersiya Məhkəməsinə "xxxx" MMC-yə münasibətdə eyni məzmunlu iddia ərizəsi ilə müraciət etməklə mülki prosessual qanunvericiliyin preyudisiallıq tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də eyni məzmunlu kommersiya işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilmədiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC (“X2” MMC) və "xxxx" MMC tərəfindən “Yelo Bank" ASC-yə ödənilmiş ******* manatdan artıq pul vəsaitinin 09 sentyabr 2016-cı il tarixdə "xxxx" MMC (“X2” MMC) və “Yelo Bank" ASC arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsinə görə girova qoyulmuş əmlakın girovdan azad olunmasına kifayət edəcək hissəsinin həmin daxili maliyyə lizinqi müqaviləsinə olan borca ödənilərək müqaviləyə xitam verilməsi və qeyd eidlən müqaviləyə əsasən girova qoyulmuş əmlakın girovdan azad olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslndırılmışdır ki, "xxxx" MMC tərəfindən 26 dekabr 2016-cı il tarixdən bugünkü günədək “Yelo Bank" ASC-yə "xxxx" MMC-nin “Yelo Bank" ASC-dən götürdüyü kreditə görə ******* manatdan artıq pul vəsaiti ödənilmişdir. "xxxx" MMC tərəfindən 09 sentyabr 2016-cı il tarixdə "xxxx" MMC (“X2” MMC) və “Yelo Bank" ASC arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinə olan borcun ödənilməsi məqsədilə “Yelo Bank" ASC-yə ******* manatdan artıq pul vəsaiti ödənilmişdir. Lakin ödənilmiş pulların əsas hissəsi lizinq müqaviləsinin ödənişi üçün nəzərdə tutulduğu halda "xxxx" MMC tərəfindən heç bir ödəniş tapşırığı verilməməsinə baxmayaraq bank tərəfindən özbaşına olaraq həmin pullar "xxxx" MMC ilə “Yelo Bank" ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli 6-BİZ-5-0-80-19 saylı baş kredit müqaviləsinə silinmişdir. Sonradan dəfələrə banka müraciətlər olunaraq ödənilmiş ******* manatdan artıq pul vəsaitlərinin daxili maliyyə lizinq müqaviləsinə görə girova qoyulmuş əmlakın girovdan azad olunmasına kifayət edəcək hissəsinin həmin daxili maliyyə lizinq müqaviləsinə olan borca ödənilərək müqaviləyə xitam verilməsi xahiş edisə də bank tərəfindən istəkləri nəzərə alınmaqdan özü bildiyi kimi vəsaitləri silnmişdir. Qarşılıql iddia üzrə iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək "xxxx" MMC tərəfindən “Yelo Bank" ASC-yə ödənilmiş ******* manat vəsaitin müəyyən hissəsinin “Yelo Bank" ASC arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli 02/2016 DML saylı müqaviləyə silinməsi və istifadələrində olan əmlakın "xxxx" MMC-nin mülkiyyətində qalmasını təmin edəcək qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ürzə iddiaçı “Yelo Bank" ASC etiraz ərizəsi verərək qeyd etmişdir ki, 09 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsinin 5.1.1-ci maddəsində göstərilmişdir ki, lizinqalanın ödəniş üzrə ödənilməmiş borcları qalarsa lizinqverən ödənişin pozulmasından sonra lizinqalanı əvvəlcədən xəbərdar etmədən onun tərəfindən hər hansı bir səbəbdən ödənilən məbləğləri əvvəlcə vaxtında ödənilməmiş faizlər, cərimə hesabına, sonra isə əsas ödənişin pozulduğu lizinq haqqı hesabına aid etmək ixtiyarındadır. Lizinq alanın buna etiraz etməyə haqqı yoxdur. Müqavilədən göründüyü kimi bank tərəfindən ödənişlər müqaviləyə uyğun olaraq silinmiş və bunun üçün cavabdehin ödəniş tapşırığı verməsinə ehtiyac qalmamışdır. Baş kredit müqaviləsi borcalanın razılaşmalar üzrə limit çərçivəsində kreditor tərəfindən verilən kreditdən istifadə etməsi, belə razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində kreditin qaytarılmasına dair pul öhdəliyidir. Verilmiş kreditlər üzrə mübahisəyə və həmin kreditlər üzrə ödənişlərin silinmələrinə dair mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmış, Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin məsələyə hüquqi qiymət verilmiş, həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehin hüquqi var idi ki, kredit müqaviləsi üzrə Bakı Kommersiya Məhkəməsində silinmələrlə bağlı öz etirazını bildirsin, xx.xx.2022-ci il tarixli xarici valyutanın alınması üzrə sifarişə əsasən "xxxx" MMC tərəfindən 999999,5 manat Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) kredit ödənişi üçün konvertasiya olunaraq bankdan 588235 USD alınmış və həmin USD məbləğ kredit borcundan silinmişdir. Bundan başqa "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ödədiyi 300000 manat məbləğində vəsaitin Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək "xxxx" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini xahiş etmiş və iradə ifadəsini göstərmişdir. "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024cü il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ödədiyi 60000 manat məbləğində vəsaiti Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək Dadaş-N" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini xahiş etmişdir. "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ödədiyi 40000 manat məbləğində vəsaiti Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək Dadaş-N" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini xahiş etmişdir. "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə “Yelo Bank" ASCyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ödədiyi 42000 manat məbləğində vəsaiti Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək Dadaş-N" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini xahiş etmişdir. Bundan başqa "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək 58000 manat ödənişin xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişə silinməsini xahiş etmiş və iradə ifadəsini göstərmişdir. "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ödədiyi 300000 manat (176470,59 USD), xx.xx.2024-cü il tarixdə ödədiyi 60000 manat (35294,12 USD), xx.xx.2024-cü il tarixdə ödədiyi 40000 manat (23705,58 USD) və xx.xx.2024-cü il tarixdə ödədiyi 42000 manat (24705,88 USD), ümumilikdə 442000 manat (260000 USD) ödənişin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcdan silinməsini xahiş etmişdir. "xxxx" MMC-nin təsisçisi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə “Yelo Bank" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə ödədiyi 20000 manat məbləğində vəsaitin Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək "xxxx" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini xahiş etmişdir. Cavabdehin göstərdiyi kimi ödənişləri lizinqə ödəyirdisə, niyyəti həqiqətən lizinq ödənişi olmuşdursa, nə səbəblə manatla ödədiyi ödənişləri banka sifariş verib ABŞ dollarına konvertasiya edirdi? Lizinq müqaviləsi və ödənişləri manatla nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 izahatında göstərdi ki, Cavabdeh MMC-yə 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 12 faizlə 144 ay müddətinə ******* manat məbləğində lizinq obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şosesi, 1C ünvanında yerləşən ümumi sahəsi 1267.1 kv.m olan əmlak kompleksi lizinqə verilmişdir. Müqavilə "xxxx" MMC ilə bağlanmış, sonradan öhdəliklərin ötürülməsi və qəbul aktı əsasında Cavabdeh MMC-yə keçmişdir. Sonradan Cavabdeh MMC tərəfindən müqavilə şərtləri pozularaq öhdəlikər yerinə yetirilməmişdir, Cavabdeh MMC-nin banka 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 yanvar 2024-cü il tarixdən 17 mart 2025-ci il tarixədək 634471,68 manat əsas borc, 133397,89 manat faiz, 49152,62 manat cərimə borcu olmaqla, ümumilikdə 817022,19 manat borcu yaranmışdır. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək borcun hesablanması barədə müddəti dəqiqləşdirmişlər. Əsas borcu müqavilənin sonuna kimi tam, ancaq faiz və cərimə borcunu 17 mart 2025-ci il tarixədək tələb edirlər. Bakıda baxılan işdə borcun müəyyən hissəsini tələb etmişlər. Həmin qətnamə qüvvəyə minməmişdir. Hazırda əmlak qarşı tərəfin istifadəsindədir. Təqdim edilən xarici valyutanın alışı/satışı barədə sifariş vərəqində Nəsimi müəllim özü kredit ödənişi etdiyini qeyd etmişdir. Həmçinin lizinq müqaviləsinə əsasən bank tərəfə xəbərdarlıq etmədən edilən ödənişləri əvvəlcədən faiz, cərimə sonra isə əsas borca silə bilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Bakıda işə baxılan zaman cavabdehlə razılığa gəlmişlər, hər ikisi məhkəməyə ərizə təqdim etmişlər ki, iş ekspertizadan geri çağırılsın, barışıq sazişi bağlasınlar. Lakin cavbadeh tərəfindən razılaşmanın şərtləri pozulduğu üçün barışıq əldə edə bilməmişlər. Həmçinin lizinq müqaviləsi ilə kredit müqaviləsi fərqlənir. Belə ki, onlar lizinq müqaviləsi üzrə əmlakı tələb edirsə iddia qaldırılan günə kimi olan borcu da tələb edirlər, yox əgər əmlakı tələb etmirlərsə müqavilə üzrə ödənişin hamısını tələb edirlər. "xxxx" MMC-nin bu mübahisəyə aidiyyəti yoxdur, onun öhdəlikləri artıq cavabdehə keçmişdir. Ödənişlərdə və ödəniş tapşırıqlarının hamısında qarşı tərəfin ərizəsi vardır ki, bu vəsait hardan silinsin. Qarşı tərəf ilkin iddia tələbini qəbul etmədiyini bildirmişdir, hazırda ödədiyi pulun lizinq borcuna silinməsini istəməsi iddianın etirafı kimi qiymətləndirilməlidir. Əlavə olaraq onlarda olan məluma əsasən Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində "xxxx" MMC və ya Nəsimi müəllimlə bağlı olan işdə Nəsimi müəllim ifadə verərək həmin məbləğləri kredit ödənişləri üçün ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, o, bu proseslərin hamısında iştirak etmişdir. Qarşı tərəfin qeyd etdiyi kimi 2022-ci ildə edilən ödənişin bugünki gündə başqa borca silinməsi mümkün deyildir. Onlar cavabdehin nümayəndəsinin iradə ifadəsini əks etdirən ərizələri məhkəməyə təqdim etmişlər. Nümayəndə2 ödəniş edərkən həmişə ərizə yazaraq ödənişin hansı borcundan silinməsini qeyd etmişdir. Konvertasiya ilə bağlı ödəniş tapşırıqları vardır. 29 noyabr tarixli ərizəsində Nəsimi müəllim kredit üzrə qalıq borcunu qeyd etmişdir, 50000 manat qarşı tərəfindən başqa müqavilə üzrə edilmiş ödənişdir, həmin müqavilə üzrə də borc ödənilib bağlanmışdır. Qarşı tərəf onların əməkdaşı Eldəniz müəllimlə danışığı zamanı ******* manat lizinq müqaviləsi üzrə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, hazırda baxılan işlə bağlı eyni müqavilə üzrə apellyasiya məhkəməsində iş qutarmışdır, iddiaçı Ali Məhkəməyə müraciət edə bilərdi, eyni iş üzrə iki dəfə iddia qaldırla bilməzdi. Müqaviləni "xxxx" MMC bağlamışdır, hazırda da həmin MMC də fəaliyyət göstərir. Dəfələrlə banka müraciət etmişdir ki, öhdəlikləri keçirsin "xxxx" MMC-nin özünə. Belə ki, 15 avqust 2017-ci il tarixli öhdəliklərin ötürülməsi və qəbul aktı qüvvədə olsa da o banka yazmışdır ki, "xxxx" MMC fəaliyyət göstərir, onlar öz öhdəliklərini icra edə bilər, ancaq bank etiraz etmişdir. Dəfələrlə barışıq əldə etmək üçün banka müraciət etmiş, dəfərlə danışıq aparmış, o öz üzərinə düşən şərtləri yerinə yetirsə də bank onunla razılaşmamışdır. Lizinq obyekti hazırda "xxxx" MMC-nin öz istifadəsindədir. "xxxx" MMC də onun şirkəti olmuşdur, onun təsisçisi və direktoru o olmuşdur, lakin hazırda direktoru fərqli şəxsdir, həmçinin adı da dəyişmişdir. Tam olaraq iddiaya etiraz edir, çünki bir iş üzrə ikinici dəfə məhkməyə müraciət edilə bilməzdi. Hesab edir ki, borcu qalmamışdır, çünki onun ödənişlərini bank öz istəkləri üzrə digər borclara silmişdir. O banka bildirmişdir ki, lizinq müqaviləsi üzrə borcundan silin, bank isə onun kredit müqaviləsi üzrə borcundan silmişdir. Konvertasiyaya razılıq vermiş ancaq onun ödəniş tapşırığı olmamışdır ki, ödəniş hansı borcdan silinsin. Ərizədəki imza ona məxsusdur. Həmçinin ilk dəfə 50000 manat ödəniş etmiş, lakin həmin ödəniş heç bir yerdə qeyd edilməmişdir. Dəflərlə xahiş etmişdir ki, ödəniş lizinq müqaviləsindən silinsin. Ödədiyi pulun əsas məbləğdən silinməsini, lizinq obyektinin mülkiyyətinə qaytarılmasını istəyir. 2022-ci lidə ödənilən 999999,5 manatın lizinq borcundan silinməsini xahiş edir. Əlavə olaraq lizinqə qoyulan əmlakın lizinqdən azad edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinqverən lizinq alan tərəfindən seçilmiş və ətraflı təsviri verilmiş "xxxx" İKB ASC-yə məxsus əmlakı mülkiyyət hüquqi ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müdəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Şamaxı şossesi 1 “C” ünvanında yerləşən ümumi sahəsi 1267,1 kv.m olan əmlak kompleksidir. Əmlakın qiyməti və lizinq haqqının məbləği ******* manat təşkil edir. İş materiallarında olan "xxxx" İKB ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış öhdəliklərin ötürülməsi və qəbulu haqqında 15 avqust 2017-ci il tarixli 02/2017 DML saylı müqavilədən görünür ki, müqavilənin predmeti bankla "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri ötürənin bank qarşısında götürdüyü bütün öhdəliklərini öhdəlikləri qəbul edənə ötürməsidir. Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməsi, bu öhdəlikləri bank qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürməsidir. İş materiallarında olan "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xx/xx/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinqverən lizinq alan tərəfindən seçilmiş və ətraflı təsviri verilmiş "xxxx" İKB ASC-yə məxsus əmlakı, əlavə 2-də göstərilən xalça toxuma avadanlığı və yardımçı ləvazimatları lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müdəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış öhdəliklərin ötürülməsi və qəbulu haqqında 15 avqust 2017-ci il tarixli 01/2017 DML saylı müqavilədən görünür ki, müqavilənin predmeti bankla "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xx/xx/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri ötürənin bank qarşısında götürdüyü bütün öhdəliklərini öhdəlikləri qəbul edənə ötürməsidir. Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməsi, bu öhdəlikləri bank qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürməsidir. İş materiallarında olan bank ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “Yelo Bank" ASC-yə hesabına hesabın möhkəmləndirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ******* manat pul köçürülmüşdür. İş materiallarında olan bank vasitəsilə kredit köçürmələrindən görünür ki, "xxxx" MMC tərəfindən “Yelo Bank" ASC-nin hesabına xx.xx.2024-cü il tarixdə 300000 manat, xx.xx.2024-cü il tarixdə 60000 manat, xx.xx.2024-cü il tarixdə 40000 manat, xx.xx.2024cü il tarixdə 100000 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" İstehsalat Məmulatları MMC "xxxx" İKB ASC-nin hesabına xx.xx.2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 50000 manat pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xarici valyutanın alınamsı/satılması üzrə sifarişdən görünür ki, "xxxx" MMC “Yelo Bank" ASC-yə müraciət edərək 999999,50 manat məbləğində vəsaitin 588235 USD ilə konvertasiyasını sifariş etmiş, alınmış valyutanın kredit ödənişi üçün istifadə olunacağı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən “Yelo Bank" ASC-yə ünvanlanmış ərizələrdən görünür ki, xx.xx.2025-ci il tarixdə ödənilmiş 20000 manat, xx.xx.2024-cü il tarixdə ödənilmiş 300000 manat, xx.xx.2024-cü il tarixdə ödənilmiş 60000 manat, xx.xx.2024-cü il tarixdə ödənilmiş 40000 manat, xx.xx.2024-cü il tarixdə ödənilmiş 42000 manatın Mərkəzi Bankın məzənnəsi ilə (1 USD-1.7 AZN) konvertasiya edilərək "xxxx" MMC-nin 205978-84 saylı kreditinin əsas borcundan silinməsini, xx.xx.2024-cü il tarixdə ödənilmiş 58000 manat ödənişin xx.xx.2016-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişə silinməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" İstehsalat Məmulatları MMC və "xxxx" MMC arasında bağlanmış öhdəliklərin ötürülməsi və qəbulu haqqında 002/2016/DML və 01/2017/DML saylı müqaviləyə xitam verilməsi barədə müavilədən görünür ki, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəlikləri ötürənin bank qarşısında götürdüyü öhdəliklərin geri qaytaraması barədə razılaşmışlar. İş materiallarında olan "xxxx"xxxx" MMC arasında bağlanmış 18 iyul 2019-cu il tarixli 6-BİZ-5-0-80-19/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, borcalana ******* ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-50/2024 saylı qətnaməsindən görünür ki, həmçinin xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilmiş, "xxxx"xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 322929,41 manat, mükafat borcu üzrə 379597,61 manat cərimə borcu üzrə 16000 manat, cəmi 718527,02 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ümumi borcu 817022,19 manat təşkil edir. 09 sentyabr 2028-ci il tarixinədək olan əsas borcu 634471,68 manat, 17 mart 2025-ci il tarixinədək olan faiz borcu 133397,89 manat, 17 mart 2025-ci il tarixinədək olan cərimə borcu 49152,62 manatdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında 09 sentyabr 2016-cı il tarixdə daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Şamaxı şossesi 1 “C” ünvanında yerləşən ümumi sahəsi 1267,1 kv.m olan əmlak kompleksi lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq haqqının məbləği ******* manat təşkil etmişdir. "xxxx" İKB ASC, "xxxx" MMC və "xxxx" MMC arasında öhdəliklərin ötürülməsi və qəbulu haqqında 15 avqust 2017-ci il tarixdə müqavilə bağlanmış daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklər "xxxx" MMC-yə ötürülmüşdür. “Yelo Bank" ASC Bakı Kommersiya Məhkəməsinə digər tələblərlə yanaşı 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi üzrə xx.xx.2024-cü il tarixə yaranmış əsas borcun, faiz borcunun və cərimənin tutulması ilə bağlı müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 322929,41 manat, mükafat borcu üzrə 379597,61 manat, cərimə borcu üzrə 16000 manat, cəmi 718527,02 manat pulun tutulması qət edilmişdir. “Yelo Bank" ASC Gəncə Kommersiya Məhkəməsinə xx.xx.2016-cı tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 09 sentyabr 2028-ci il tarixədək hesablanmış 634471,68 manat əsas borc, 17 mart 2025-ci il tarixinədək hesablanmış 133397,89 manat faiz borcu, 17 mart 2025-ci il tarixinədək hesablanmış 49152,62 manat cərimə borcu olmaqla, cəmi 817022,19 manat lizinq borcunun tutulması və 1107,02 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, lizinqverən daxili maliyyə lizinqi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lizinq obyektini lizinqalanın sahiblik və istifadəsinə vermiş, lizinqalan isə öhdəlikıərini vaxtında və lazımınca icra etməmiş onun lizinqverənə daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 09 sentyabr 2028-ci il tarixədək hesablanmış 634471 manat 68 manat əsas borc, 17 mart 2025-ci il tarixinədək hesablanmış 133397 manat 89 qəpik faiz borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış əsas borc və faiz borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinqverən lizinq obyektini lizinqə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə 49152,62 manat cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, ilk iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 09 sentyabr 2028-ci il tarixədək hesablanmış 634471 manat 68 manat əsas borc, 17 mart 2025-ci il tarixinədək hesablanmış 133397 manat 89 qəpik faiz borcu, 17 mart 2025-ci il tarixinədək hesablanmış 20000 manat cərimə borcu olmaqla cəmi 787869 manat 57 qəpik borc cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməli, ilk iddianın qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdə ******* manat pul vəsaitini “Yelo Bank" ASC-nin hesabına hesabın möhkəmləndirilməsi məqsədilə köçürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı həmin vəsaitin silinəcəyi müqaviləni göstərmədiyi halda bank tərəfindən öz bildiyi kimi tərəflər arasında bağlanmış kredit məbləğinə silindiyini, həmin məbləğin lizinq müqaviləsi üzrə əmlakın iddiaçının mülkiyyətinə keçəcəyi qədər silinməsini və əmlakın iddiaçının mülkiyyətinə verilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifarişdən görünür ki, "xxxx" MMC “Yelo Bank" ASC-yə müraciət edərək 999999,50 manat məbləğində vəsaitin 588235 USD ilə konvertasiyasını sifariş etmiş, sifarişdə alınmış valyutanın kredit ödənişi üçün istifadə olunacağı qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, bank tərəfindən qeyd edilən məbləğin kredit müqaviləsi üzrə borca silinməsində müqavilənin hər hansı tələbi pozulmamışdır. Birincisi bank köçürməsindən həmin məbləğin hansı məqsədlə “Yelo Bank" ASC-yə köçürülməsi görünmür. Bundan başqa həmin məbləğin konvertasiya edilərək kredit ödənişi üçün istifadə edilməsi ilə bağlı "xxxx" MMC-nin sifarişi vardır. Bundan başqa 09 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsinin 5.1.1-ci maddəsində göstərilmişdir ki, lizinqalanın ödəniş üzrə ödənilməmiş borcları qalarsa lizinqverən ödənişin pozulmasından sonra lizinqalanı əvvəlcədən xəbərdar etmədən onun tərəfindən hər hansı bir səbəbdən ödənilən məbləğləri əvvəlcə vaxtında ödənilməmiş faizlər, cərimə hesabına. sonra isə əsas ödənişin pozulduğu lizinq haqqı hesabına aid etmək ixtiyarındadır. Lizinq alanın buna etiraz etməyə haqqı yoxdur. Həmçinin həmin müqavilənin 1.5.1-ci bəndinə əsasən lizinqalan hazırkı müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin "xxxx" MMC-nin daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri geri, yəni "xxxx" İstehsalat Məmulatları MMC-yə qaytardığını qeyd etsə də iki tərəf arasında bağlanmış həmin müqavilə kreditorun iştirakı və razılığı olmadan bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, ilk iddia ürzə iddiaçı tərəfindən 1107,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İlk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 1077,87 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən alınaraq ilk iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi rüsum özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" X1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 19 yanvar 2024-cü il tarixdən 09 sentyabr 2028-ci il tarixədək hesablanmış 634471 manat 68 manat əsas borc, 17 mart 2025-ci il tarixinədək hesablanmış 133397 manat 89 qəpik faiz borcu, 17 mart 2025-ci il tarixinədək hesablanmış 20000 manat cərimə borcu olmaqla cəmi 787869 (yeddi yüz səksən yeddi min səkkiz yüz altmış doqquz) manat 57 (əlli yeddi) qəpik pul və ödənilmiş 1077 (bir min yetmiş yeddi) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumu ilk iddia üzrə Cavabdehndən tutularaq ilk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-913/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-913/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver