Məhkəmə qərarları › İş №e-2-2(115)-916/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-916/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-916/2025 14.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 19978,75 manat məbləğində krеdit bоrcu, 6613,09 manat məbləğində faiz bоrcu və 3140,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29732,35 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 179,2 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 87.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29732,35 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 179,2 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeyi

1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir.

2. İddiaçının nümayəndəsi xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə əlavə edərək, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.

III. Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

4. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarı

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”.

IV. Məhkəmənin mövqeyi

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır.

6. Belə ki, iş materiallarına əlavə edilən ərizədən görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsinə dair” e-2-2(115)-916/2025 saylı kommersiya işinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə ödənilmiş 179,20 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

9. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun 29 sentyabr 2025-ci il tarixli 101/9-2025 saylı ekspertiza xərcinə dair hesab-fakturadan görünür ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 420 manat təşkil edir.

10. İş materiallarında olan "xxxx" MMC-nin 16 dekabr 2025-ci il tarixli UNİ/D 100- 991/2025 saylı məktubundan görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 300 manat təşkil edir.

11. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 420 manat ekpertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 300 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

Vəsatət təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 179,20 (bir yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam qaytarılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 420 (dörd yüz iyirmi) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: **********, Benefisiarın hesabı: AZ26RBTA********************) ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin (VÖEN **********, AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar