Məhkəmə qərarları › İş №e-2-2(115)-927/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-927/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-927/2023 02.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğluna, Qarayeva Nərmin Vəkil qızına və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006R********** saylı krеdit razılaşmasının və xx.xx.2022-ci il tarixli 006A********** saylı krеdit müqaviləsinin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Qarayeva Nərmin Vəkil qızından müştərək qaydada iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 5087,99 manat krеdit bоrcu, 559,61 manat faiz bоrcu və 165,41 manat cərimə borcu olmaqla, cəmi 5813,01 manat borcun, cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Qarayeva Nərmin Vəkil qızından 006A********** saylı krеdit razılaşması üzrə 6019,65 manat krеdit bоrcu, 576,12 manat faiz bоrcu və 246,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6842,56 manat bоrcun və ödənilmiş 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006L**********26 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 3212,01 manat ödəmiş, onun 5087,99 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 163 gün üçün hesablanmış faiz borcu 559.61 manat, cərimə borcu isə 165.41 manat təşkil edir. Bundan başqa, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006A********** saylı krеdit müqaviləsi əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat krеdit götürmüşdür. Krеdit bоrcundan 1980,35 manat ödəmiş, onun 6019,65 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 205 gün üçün hesablanmış faiz borcu 576.12 manat, cərimə borcu 246.79 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Qarayeva Nərmin Vəkil qızı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh4 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli 006L**********26 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh4 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 15 noyabr 2019-cu il tarixli 006L**********26 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 10 mart 2021-ci il tarixli 006R********** saylı krеdit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 8300 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh4 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 006A********** saylı krеdit müqaviləsindən görünür ki, ona fərdi mikro kredit məqsədilə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 15 noyabr 2019-cu il tarixli 006S**********02 saylı, 31 yanvar 2022-ci il tarixli 006G**********01 saylı, 31 yanvar 2022-ci il tarixli 006G**********02 saylı, 23 dekabr 2020-ci il tarixli 006S**********01 saylı və 10 mart 2021-ci il tarixli 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Qarayeva Nərmin Vəkil qızı borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh4 10 mart 2021-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə banka 5087 manat 99 qəpik əsas, 559 manat 61 qəpik faiz və 165 manat 41 qəpik cərimə borcu olmaqla, ümumilikdə 5813 manat 01 qəpik bоrcu, 31 yanvar 2022-ci il tarixli 006A********** saylı krеdit müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixə banka 6019 manat 65 qəpik əsas, 576 manat 12 qəpik faiz, 246 manat 79 qəpik cərimə borcu olmaqla, cəmi 6842 manat 56 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh4 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 15 noyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 10 mart 2021-ci il tarixli krеdit razılaşmasına əsasən ona fərdi mikro kredit məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8300 manat məbləğində krеdit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli krеdit müqaviləsinə əsasən ona fərdi mikro kredit məqsədilə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində krеdit verilmişdir. İddiaçı kredit razılaşması və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya 10 mart 2021-ci il tarixli kredit razılaşması üzrə 5087,99 manat kredit borcu, 559,61 manat faiz borcu, 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6019,65 manat kredit borcu, 576,12 manat faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 10 mart 2021-ci il tarixli kredit razılaşması üzrə 165 manat 41 qəpik, 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 246 manat 79 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 10 mart 2021-ci il tarixli kredit razılaşması üzrə 100 manat, 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlunun və Qarayeva Nərmin Vəkil qızının mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit razılaşması və kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlu və Qarayeva Nərmin Vəkil qızı birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 mart 2021-ci il tarixli kredit razılaşması ləğv edilməli, kredit razılaşması üzrə 5087 manat 99 qəpik kredit borcu, 559 manat 61 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5747 manat 60 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 tutularaq müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmiçinin tərəflər arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6019 manat 65 qəpik kredit borcu, 576 manat 12 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6695 manat 77 qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin müddəti 31 iyul 2023-cü il tarixində başa çatdığına görə həmin müqavilənin ləğvi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci də həm kredit razılaşması, həm də kredit müqavilsəi üzrə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 müştərək qaydada 77 manat 48 qəpik, cavabdehlər Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 isə müştərək qaydada 86 manat 96 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 10 mart 2021-ci il tarixli 006R********** saylı kredit razılaşması ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 10 mart 2021-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə yaranmış 5087 manat 99 qəpik kredit borcu, 559 manat 61 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5747 (beş min yeddi yüz qırx yeddi) manat 60 (altmış) qəpik məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 müştərək qaydada 77 (yetmiş yeddi) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 31 yanvar 2022ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış 6019 manat 65 qəpik kredit borcu, 576 manat 12 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6695 (altı min altı yüz doxsan beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul və ödənilmiş 110 (bir yüz on) manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 Bəhmən oğlundan, Qarayeva Nərmin Vəkil qızından və Cavabdeh4 müştərək qaydada 86 (səksən altı) manat 96 (doxsan altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar