Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-927/2025 24.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 025R********** saylı krеdit razılaşması üzrə 14405,08 manat krеdit bоrcu, 10929,88 manat faiz bоrcu və 9816,81 manat cərimə borcu olmaqla, cəmi 35151,77 manat, 025R********** saylı krеdit razılaşması üzrə 8069,16 manat krеdit bоrcu, 5985,71 manat faiz bоrcu və 5635,06 manat cərimə borcu olmaqla, cəmi 19689,93 manat, ümumilikdə 54841,70 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254,53 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X7 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X2еdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 15594,92 manat ödəmiş, onun 14405,08 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1482 gün üçün hesablanmış faiz borcu 10929,88 manat, cərimə borcu 9816,81 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə X7 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12500 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X2еdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Krеdit bоrcundan 4430,84 manat ödəmiş, onun 8069,16 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1495 gün üçün hesablanmış faiz borcu 5985,71 manat, cərimə 5635,06 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər X8, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. xx.xx.2020-ci ildə vəfat etmiş X3 xx.xx.2022-ci il tarixdə Tərtər rayon notariat ofisində 8V-90 reyestr nömrəli açılmış vərəsəlik işi üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X4 vərəsə kimi qeydə alındığı müəyyən edilmişdir. AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan vərəsə X4 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 025R********** saylı krеdit razılaşması üzrə 14405,08 manat krеdit bоrcu, 1259,27 manat faiz bоrcu və 3053,88 manat cərimə borcu olmaqla, cəmi 18718,23 manat, 025R********** saylı krеdit razılaşması üzrə 8069,16 manat krеdit bоrcu, 905,05 manat faiz 30145,45 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254,53 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025L**********76 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 025S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, ona aylıq faiz dərəcəsi 1.5833% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, ona aylıq faiz dərəcəsi 1.5833% olmaqla 18 ay müddətinə 12500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X3 xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 14405,08 manat əsas, 10929,88 manat faiz və 9815,81 manat cərimə borcu olmaqla, 35151,77 manat, xx.xx.2020-ci il tarixli 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka 8069,16 manat əsas, 5985,71 manat faiz və 5635,06 manat cərimə borcu olmaqla, 19689,93 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tərtər rayon xüsusi notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 xx.xx.2022-ci il tarixdə Tərtər rayon notariat ofisində 8V-90 reyestr nömrəli açılmış vərəsəlik işi üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X4 vərəsə kimi qeydə alındığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, X7 ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən, ona 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 1.5833% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində, xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 1.5833% olmaqla 18 ay müddətinə 12500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu ölmüş, əsas borclunun vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X8 müəyyən edilmiş, bu səbəbdən iddiaçı zamin olan cavabdehə və vərəsələrə qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə 14405 manat 08 qəpik krеdit bоrcu, 1259 manat 27 qəpik faiz bоrcu, xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə 8069 manat 16 qəpik krеdit bоrcu, 905 manat 05 qəpik faiz bоrcu yaranmışdır, iddiaçı əsas borc məbləğlərini və faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə əsas borclunun ölməsini, cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 500 manat, xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Odur ki, 18 noyabr 2019-cu il tarixli krеdit razılaşması üzrə 14405 manat 08 qəpik krеdit bоrcu, 1259 manat 27 qəpik faiz bоrcu və 500 manat cərimə borcu olmaqla, cəmi 16164 manat 35 qəpik, xx.xx.2020-ci il tarixli krеdit razılaşması üzrə 8069 manat 16 qəpik krеdit bоrcu, 905 manat 05 qəpik faiz bоrcu və 300 manat cərimə borcu olmaqla, cəmi 9274 manat 21 qəpik borc, hər iki müqavilə üzrə ümumilikdə 25438 manat 56 qəpik məbləğində bоrc cavabdehlər Cavabdeh3 (miras əmlak həddində), Cavabdeh2, Cavabdeh1 (miras əmlak həddində) tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün 254,53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 166,32 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddaiçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması üzrə 14405 manat 08 qəpik krеdit bоrcu, 1259 manat 27 qəpik faiz bоrcu və 500 manat cərimə borcu olmaqla, cəmi 16164 manat 35 qəpik, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025R********** saylı krеdit razılaşması üzrə 8069 manat 16 qəpik krеdit bоrcu, 905 manat 05 qəpik faiz bоrcu və 300 manat cərimə borcu olmaqla, cəmi 9274 manat 21 qəpik borc, hər iki müqavilə üzrə ümumilikdə 25438 (iyirmi beş min dörd yüz otuz səkkiz) manat 56 (əlli altı) qəpik məbləğində bоrc məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 166 (bir yüz altmış altı) manat 32 (otuz iki) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh3 (miras əmlak həddində), Cavabdeh2, Cavabdeh1 (miras əmlak həddində) tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-927/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-927/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver