Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-932/2025 05.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X7 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 006R********** saylı krеdit razılaşması üzrə 1533,98 manat krеdit bоrcu, 148,58 manat faiz bоrcu və 194,52 manat cərimə borcu olmaqla, ümumilikdə 1877,08 manat 08 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,78 manat məbləğində dövlət rüsumunun cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X6 (qanuni nümayəndə qismində Cavabdeh4) müştərək qaydada iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X5 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********01 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən X3 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X2 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə,aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 1966,02 manat ödəmiş, onun 1533.98 manat kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 332 gün üçün hesablanmış faiz borcu 148,58 manat, hеsablanmış cərimə borcu 194,52 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borcluX2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X1nın adına ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 1,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-8 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verildiyi, X2 adına ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-156A nömrəli xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 0.01 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-156B nömrəli xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnqamənin verildiyi müəyyən edilmişdir. X1 ilə əri-Cavabdeh4, qızı- Cavabdeh3, oğlu- Cavabdeh1, qızı- X9 eyni təsərüfatda qeydiyyatdadırlar. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 maddi imkanları olmadığından borcu ödəyə bilmədiklərini bildirmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006L**********01 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, ona illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X2 xx.xx.2025-ci il tarixə banka 1533,98 manat əsas, 148,58 manat faiz və 194,52 manat cərimə borcu olmaqla, 1877,08 manat borcu vardır. İş materiallarında olan AR DİN-in BPQMİ-nin Maps şöbəsinin arayışdan görünür ki, borclu X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl RİH Başçısının çaylı kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X2 təsərrüfatında əri-Cavabdeh4, qızı- Cavabdeh3, oğlu- Cavabdeh1, qızı- X9 qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 adına ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 1,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-8 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, X2 adına ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-156A nömrəli xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və ümumi birgə payda Göygöl rayonu, Çaylı kəndində yerləşən 0.01 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-156B nömrəli xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətmə verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, X5 ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən, ona 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2022-cu il tarixli kredit razılaşmasına əsasən ona illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit razılaşmasının təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu ölmüş, əsas borclunun adına əmlak aşkar edilmiş və təsərrüfatında olan şəxslər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X9 (yetkinlik yaşına çatmayan) müəyyən edilmiş, bu səbəbdən iddiaçı zamin olan cavabdehə və vərəsələrə qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 1533 manat 98 qəpik krеdit bоrcu, 148 manat 58 qəpik faiz bоrcu və 194 manat 52 qəpik cərimə borcu olmaqla cəmi 1877 manat 08 qəpik məbləğində bоrc cavabdehlər Cavabdeh4 (miras əmlak həddində), Cavabdeh2, Cavabdeh3 (miras əmlak həddində), Cavabdeh1 (miras əmlak həddində) tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə bildirir ki, iddiaçı X6 da borcun tutulmasını xahiş etmişdir. X4 yetkinlik yaşına çatmamışdır. Onun qanuni nümayəndəsi isə Cavabdeh4dur. Qanuni nümayəndədən isə borc tutulur. Ona görə də yetkinlik yaşına çatmamış X6 da miras əmlak həddində borcun tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün 38,78 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də 38 manat 78 qəpik manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli 006R********** saylı krеdit razılaşması üzrə 1533 manat 98 qəpik krеdit bоrcu, 148 manat 58 qəpik faiz bоrcu və 194 manat 52 qəpik cərimə borcu olmaqla cəmi 1877 (min səkkiz yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4 (miras əmlak həddində), Cavabdeh2, Cavabdeh3 (miras əmlak həddində), Cavabdeh1 (miras əmlak həddində) tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-932/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-932/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver