Məhkəmə qərarları › İş №e-2-2(115)-976/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-976/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-976/2025 30.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10976 manat 40 qəpik əsas borc, 781 manat 52 qəpik faiz borcu və 22 manat 02 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 11779 manat 94 qəpik, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3155 manat 79 qəpik əsas borc, 117 manat 74 qəpik faiz borcu və 3 manat 51 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 3277 manat 04 qəpik borcun və 135 manat 17 qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC tərəfindən 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli və Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 23000 manat kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kredit məbləği 12646 manat 92 qəpik müəyyən edilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci il fevralın 20-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10976 manat 4 qəpik əsas borc, 781 manat 52 qəpik faiz borcu və 88 manat 06 qəpik cərimə olmaqla ümumilikdə cəmi 11845 manat 98 qəpik borcu vardır. Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 88 manat 06 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 22 manat 02 qəpik məbləğində tələb olunur. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. 2025-ci il fevralın 20-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3155 manat 79 qəpik əsas borc, 117 manat 74 qəpik faiz, 7 manat 02 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 3280 manat 55 qəpik borcu vardır. Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 7 manat 02 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 3 manat 51 qəpik məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 23000 manat məbləğində götürülmüş kreditlə bağlı 05 aprel 2024-cü il tarixdə resturuktrizasiya olunubdur. Kredit kapitallaşdırılaraq məbləği 12646 manat 92 qəpik müəyyən olunmuşdur. Müddət uzaldılmışdır. Məhkəməyə müraciət ediləndən sonra heç bir ödəniş olmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 borcu qəbul edərək izahatında bildirmişdir ki, bankla müqavilə bağlamışlar. Bankdan 23000 manat və 5000 manat məbləğində kredit götürmüşdür. Krediti ticarətlə məşğul olduğu üçün götürmüşdür. İşi zəif olduğundan ziyana düşmüş və borcu ödəyə bilməmişdir. Bu il ərzində hər hansı ödəniş etməmişdir. Borcdan hissə-hissə ödəniş edə bilər. xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş digər Cavabdeh5 borcu qəbul edərək izahatında bildirmişdir ki, vaxtilə işləri olmuş, sonra ailə üzvləri işlərini itirmişlər. Ödənişləri bir müddət vaxtı-vaxtında etmişlər. Atası fəhlə işləyir və hər gün iş olmur. Hər ay 200-300 manat ödəniş edə bilərlər, imkan olanda daha çox ödəyərlər. xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 borcu qəbul edərək izahatında bildirmişdir ki, 23000 manatı həm mağaza üçün, həm də moruq sahələri üçün götürüblər, ancaq ziyan ediblər və hamı eyni vaxtda işdən çıxıb. Özü ofisiant işləyir. Onlar bankın müştərisidilər, əvvələr vaxtı-vaxtında ödəniş ediblər, sadəcə problemlər olduğu üçün ödəniş edə bilməmişlər. Cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-MCR-1-1750-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 21 faizlə 36 ay müddətinə 23000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kredit məbləği 12646 manat 92 qəpik müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik 21 faizlə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə 10976 manat 4 qəpik əsas borc, 781 manat 52 qəpik faiz borcu və 88 manat 06 qəpik cərimə olmaqla ümumilikdə cəmi 11845 manat 98 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 3155 manat 79 qəpik əsas borc, 117 manat 74 qəpik faiz, 7 manat 02 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 3280 manat 55 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-dən 23000 manat, xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən isə 5000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z/12287/21 nömrəli xx.xx.2021-ci il tarixli Z/12288/21 nömrəli, xx.xx.2021-ci il tarixli Z/12289/21 nömrəli, xx.xx.2023-cü il tarixli Z/13596/23 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 zaminlər qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 135 manat 17 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10976 manat 40 qəpik əsas borc, 781 manat 52 qəpik faiz borcu, 22 manat 02 qəpik cərimə borcu, cəmi 11779 manat 94 qəpik məbləğində borc və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3155 manat 79 qəpik əsas borc, 117 manat 74 qəpik faiz borcu, 3 manat 51 qəpik cərimə borcu cəmi 3277 manat 04 qəpik məbləğində borc olmaqla, ümumilikdə 15056 manat 98 qəpik məbləğində borc, həmçinin ödənilmiş 135 manat 17 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10976 manat 40 qəpik əsas borc, 781 manat 52 qəpik faiz borcu, 22 manat 02 qəpik cərimə borcu, cəmi 11779 manat 94 qəpik məbləğində borc və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3155 manat 79 qəpik əsas borc, 117 manat 74 qəpik faiz borcu, 3 manat 51 qəpik cərimə borcu cəmi 3277 manat 04 qəpik məbləğində borc olmaqla, ümumilikdə 15056 manat 98 qəpik məbləğində borc, həmçinin ödənilmiş 135 manat 17 qəpik məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar