Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-99/2024 23.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Abbasova (Səfərova) Xəyalə Elman qızından, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14893,8 manat əsas, 2115,43 manat faiz və 6038.02 manat cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3589,57 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26637 manat borcun, 210 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın fərdi yaşayış evinin tam və torpaq sahəsinin ¼ hissəsi X7, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 “Nikoil” İKB-nin Bərdə filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən X10 “Nikoil” İKB-nin Bərdə filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, fərdi yaşayış evinin tam və torpaq sahəsinin ¼ hissəsi X7, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il sentyabrın 1-dək X5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893,8 manat əsas, 2115,43 manat faiz və 6038,02 manat cərimə borcu və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3589,75 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə 26637 manat borcu vardır. xx.xx.2021-ci il tarixli Gəncə Kommersiya Məhkəməsinin qərardadının sürətindən görünür ki, X10 xx.xx.2017 -ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Bərdə Rayon İcra hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 X5 faktiki vərəsələridir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh3, Abbasova (Səfərova) Xəyalə Elman qızı, Cavabdeh1 borcu ödəməkdən yayınmışlar. İş üzrə Cavabdeh2 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə razı olmadıqlarını bildirərək qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 “Nikoil” İKB-nin Bərdə filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2015-ci il tarixdə, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 illik 6 faiz olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdehlərə məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bank qarşsında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlərdən X10 vəfat etmişdir. Kredit götürüldüyü vaxtdan yəni 2015-ci il tarixdən uzun müddət keçdikdən sonra iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia qaldırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, iddiaçı tərəfindən verilmiş iddianın qanunla nəzərdə tutulmuş müddəti ötürülmüşdür. Ona görə də "xxxx" ASC-nin Cavabdeh2 və digər cavabdehlərə qarşı kredit borcu və kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının, müddət keçməsi ilə əlaqədar təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizələri ilə razı olmadıqlarını bildirərək qeyd etmişlər ki, mübahisə edilən kredit müqaviləsi 22 oktyabr 2015-ci il tarixdə 36 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti 22 oktyabr 2018-ci ildə bitmişdir. Mülki qanunvericiliyə əsasən qeyd olunan işlərə 3 illik iddia müddəti tətbiq olunduğundan qeyd olunan işin iddia müddəti 22 oktyabr 2021-ci ildə bitirdi. Lakin bank iddia müddəti bitməmiş 14 dekabr 2020-ci ildə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilir. Bərdə Rayon Məhkəməsində müəyyən olunmuşdur ki, iddia ərizəsi üzrə məhkəmə aidiyyəti Gəncə Kommersiya Məhkəməsinindir və Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. X18 Məhkəməsinin icraatında olan zaman tərəfin vəsatətinə əsasən müəyyən olunmuşdur ki, iddia tələbi üzrə borclu X10 vəfat etmişdir. Bu səbəbdən də ölmüş şəxs məhkəməyə verildiyi üçün Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işə xitam verilmişdir. Bundan sonra vərəsələrin müəyyən olunması üçün müvafiq orqanlara sorğular verilmiş və Bərdə rayon İcra Hakimiyyətinin Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, mərhum X10 vəfat etdikdən sonra onun ailə üzvləri faktiki olaraq vərəsəliyi qəbul edərək, Bərdə rayonu Uğurbəyli kəndində olan fərdi yaşayış evində yaşayırlar. Qeyd edilənlərə əsasən bank tərəfindən iddia müddəti ötürülməmişdir, əksinə iddia ərizəsi yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla iddia müddəti daxilində verilmişdir. Bu səbəbdən də cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin təmin olunmamasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək bildirdi ki, sonuncu ödəniş 30 may 2017-ci ildə edilmişdir. İlk dəfə 14 dekabr 2020-ci ildə məhkəməyə müraciət etmişlər. 2021-ci ildə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra cavbadehin qızı tərəfindən atasının vəfatı ilə əlaqədar icraatın dayandırılması üçün vəsatət verilmişdir, bundan sonra da iş üzrə icraata xitam verilmişdir. Cavabdehin vərəsələri müəyyən edildikdən sonra yenidən məhkəməyə müraciət edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri bardə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" X3 ilə X10 arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli 12-SKMF-2-0-1081-13 saylı əsas kredit müqaviləsindən görünür ki, 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə X10 arasında bağlanmış 22 oktyabr 2015-ci il tarixli 12-SKMF-3-0-580-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, ona heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 20 noyabr 2013-cü il tarixli 12-SKMF-2-0-1081-13(İ) saylı ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti fərdi yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi X6, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində mülkiyyətdə olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair bank ilə X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi X6, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində mülkiyyətdə olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borcu 14893,80 manat, faiz borcu 2115,43 manat, cərimə borcu 6038,02 manat, əldən çıxmış fayda 3589,75 manat olmaqla cəmi 26637 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, X11 tərəfindən banka müqavilə üzrə sonuncu ödənişi 30 avqust 2017-ci il tarixdə etmişdir. Məhkəmə iclasında tədqiq edilmX18 Məhkəməsinin icraatında olmuş 2-2(115)- 2201/2021 saylı işdən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893 manat 80 qəpik əsas, 2115 manat 43 qəpik faiz, 6038 manat 02 qəpik cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1413 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24461 manat 20 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-573/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci tarixli qərardadı ilə İddiaçı ASCnin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata cavabdeh X10 xx.xx.2017-ci il tarixdə öldüyündən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə cavabdeh olan X10 09 oktyabr 2017-ci ildə ölmüşdür. Həmiçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan xx.xx.1954-cü il təvəllüdlü X10 xx.xx.2017-ci il tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. X5 əmlakının başqa şəxsə keçməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 13 iyul 2023-cü il tarixli 556 nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Uğurbəyli kəndində yaşamış mərhum X10 vəfat edənədək onunla birlikdə yaşayan və qeydiyyatda olan və hal-hazırda həmin ünvanda onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İş materiallarında olan “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 16 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı ASC mediasiya sessiyasında iştirak etmiş və 210 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72,1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin və onun yerləşdiyi 0.28 ha torpaq sahəsinin 05 fevral 2024-cü il tarixinə bazar dəyəri 29300 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, "xxxx" X3 ilə X10 arasında 20 noyabr 2013-cü il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında 22 oktyabr 2015-ci il tarixdə əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən X10 heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 20 noyabr 2013-cü il tarixdə bank ilə X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında verilmiş kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2015-ci il kredit müqaviləsinin müddəti 22 oktyabr 2018-ci il tarixdə bitmişdir. X10 tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ödəniş edilmişdir. İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi 05 sentyabr 2023-cü il tarixdə cavabdehlərə göndərmişdir. Mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia isə 17 noyabr 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti 22 oktyabr 2018ci il tarixdə bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 23 oktyabr 2021-ci il tarixdə tarixdə başa çatmışdır. İddiaçı isə bir il on bir ay sonra 05 sentyabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçının nümayəndəsi iddia müddətinin ötürülmədiyini qeyd edərək bildimişdir ki, hazırkı iş üzrə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 14 dekabr 2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsində iddia qaldırılmış, Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 dekabr 2021-ci tarixli qərardadı ilə iş üzrə icraata cavabdeh X10 09 oktyabr 2017-ci il tarixdə öldüyündən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinə müraciət edilərkən borclu X10 ölmüş olmuş, ölmüş şəxsin vərəsələri müəyyən edilməmiş və iddia ölmüş şəxsə qarşı qaldırıldığından məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir. Belə olan hala iddiaçı müəyyənlədirilmiş qaydada məhkəməyə müraciət etməmişdir. İddiaçı ölmüş borclunun vərəsələrini müəyyən etməklə 05 sentyabr 2023-cü il tarixdə mediasiyaya dair cavabdehlərə təklif göndərmiş, mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə arayış verilmiş və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müəyyənləşdirilmiş qaydada 17 noyabr 2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin hazırki iddia tələbi ilə bağlı iddia müddətinin axımının dayandırılması və ya dayandırılmasına səbəb olan halların olması ilə bağlı iş materiallarına heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Həmiçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab №AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-99/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-99/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver