Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1/2021 18.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, X3 Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xx xxxx 2014-cü il tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr avının 01 tarixindən xx xxxx 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 69242 manat məbləğində əsas borca hesablanmış 4146.82 manat məbləğində faiz borcunun, 106632.68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110779.50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi hesablanmış 6354.88 manat məbləğində faiz borcunun, 163411.12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280545.5 manat məbləğində borcun, xx xxxxxxxx 2014-cı il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən xx xxxxxxxx 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 39908 manat məbləğində əsas borca hesablanmış 2933.24 manat məbləğində faiz borcunun, 75076.12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78009.36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi əsas borca hesablanmış 3119.48 manat məbləğində faiz borcunun, 79865.08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82984.56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160993.92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441539 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehnə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 70000 manat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti xx.xx.2019-cu ildə bitmişdir. BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehnə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 40000 manat kredit vermiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış və müqavilə müddəti xx.xx.2019-cu ildə bitmişdir. Müqavilələr üzrə borcların və əsas borclara hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli İ-017/2014 nömrəli və xx.xx.2014-cü il tarixli İ-023/2014 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (inzibati bina) ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü kredit borcunu ödəmədiyindən BOKT “xxxx” MMC iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı "xx.xx.2014-cü il tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, xx.xx.2014-cü il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin xx.xx.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(84)-2/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, xx.xx.2014cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pulun Cavabdehndən X3 kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239732,50 manat müəyyən edilməsi, iddianın tələb olunan pul məbləğinin qalan 46308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə Cavabdeh ipoteka qoyulmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli 2-2(107)-25/2019 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tаrixli2-2(084)-2/2019 nömrəli qətnaməsi, xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, həmin qətnamənin nəticə hissəsinin yeddinci abzasının 3-cü cümləsində “1,07 manat” söz və rəqəmlərində rəqəmlər dəyişdirilərək “31,07 manat” kimi oxunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-402/19 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(107)-25/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(107)-54/2019 nömrəli qətnaməsi ilə Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tаrixli 2-2(084)-2/2019 nömrəli qətnaməsi, xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi borc 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən X3 Kredit Təşkilatı "xxxx" MMC-nin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-147/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Cavabdeh kasasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-54/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, x xxxx 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, xx xxxxxxxx 2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilmiş, qətnamə xx.xx.2014cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 69.242 manat əsas borc, 9.812,66 manat faiz borcu, xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün xx.xx.2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. İddiaçı kredit təşkilatı cavabdeh Cavabdeh X1rşı irəli sürdüyü faiz və dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(84)-2/2019 nömrəli qətnaməsinin qüvvəyə minməsini gözləmədən xx.xx.2019-cu il tarixdə Cavabdeh X1rşı “borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsinə dair yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatının gedişində dəfələrlə iddia tələbini dəyişdirmiş və sonuncu iddia tələbinin dəyişdirilməsi barədə ərizədə “xx xxxx 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən xx xxxx 2019cu il tarixinə kredit müqaviləsi basa çatana kimi 69242 manat məbləğində əsas borca hesablanmış 4146.82 manat məbləğində faiz borcunun, 106632.68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110779.50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi hesablanmış 6354.88 manat məbləğində faiz borcunun, 163411.12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280545.5 manat məbləğində borcun, xx xxxxxxxx 2014-cı il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən xx xxxxxxxx 2019-cu il tarixinə kredit müqaviləsi basa çatana kimi 39908 manat məbləğində əsas borca hesablanmış 2933.24 manat məbləğində faiz borcunun, 75076.12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78009.36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi əsas borca hesablanmış 3119.48 manat məbləğində faiz borcunun, 79865.08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82984.56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160993.92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441539 manat borcun cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında başlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə kredit müqavilələri üzrə xx xxxxxxxx 2018-ci il tarixə kimi olan borc öhdəliyi barədə “Borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbi haqqında” BOKT “xxxx” MMC-nin iddia tələbi Şəki İnzibati-İqtisad məhkəməsinin 2-2(84)-2/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh kreditdən isifadə etməklə kredit öhdəliyi üzrə yalnız xx.xx.2019-cu il tarixdə 350 manat ödəniş etmişdir. Bu məbləğ cavabdehin kredit müqavilələrinin şərtinə müvafiq olaraq hesablanmış dəbbə (cərimə) məbləğindən azaldılmışdır. Məhkəmə qətnaməsinin məzmunun predmeti kreditdən istifadənin xx xxxxxxxx 2018-ci il tarixdək olan dövrün borc öhdəliyinə aid olmuşdur. Məhkəmə qətnaməsinin məzmununa aid olmayan xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixinə kimi olan dövdə də kredit vəsaiti cavabdehin sərəncamında qanunsuz saxlanılmaqla istifadə edilmiş və cavabdeh faydalandığına görə kreditdən istifadə dövrü hesab edilir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə tələbinə görə "Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur". Borcun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(102)- 147/2020 nömrəli icra vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmetini 152829,47 manata tələbkar əldə etmiş və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra tələbkar Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin ipoteka predmeti olmuş Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Bundan sonra Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdeh Cavabdeh X1rşı “Bank olmayan kredit təşkilatı “xxxx” MMC-nin tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasından (inzibati binadan) Cavabdeh MKM-in şəxsi əşyalardan tamamilə boşaldılmaqla çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə və teleqramla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqavilələri, İpoteka müqaviləsi, Bildirişlər, Məhkəmələrin qətnamələri və qərarları, digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Hazırkı işin məhkəmə araşdırması Cavabdehı müəyyən edilmişdir ki, BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdehnə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60 ay müddətinə illik 7 % olmaqla 70000 manat kredit vermiş, xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 7 % olmaqla 40000 manat kredit vermiş, borcalan kredit borclarını və müqavilə ilə müəyyən edilmiş qaydada illik faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2019cu il tarixdə, xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqaviləsinin müddəti isə xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli və xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqavilələri üzrə Şəki İnzibati-İqtsadi Məhkəməsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixə kredit müqavilələri üzrə əsas borcun, faizin cərimənin tutulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-147/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(102)-147/2020 nömrəli icra vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmetini 152829,47 manata tələbkar əldə etmiş, həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. X3 Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xx.xx.2018-ci il tarixdən kredit müqavilələrinin müddətinin bitməsinə qədər əsas borca hesabladığı faiz borcunun, cərimənin və əlavə faizlərin hesablanmasına” dair hazırki iddiasının maddi hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsi çıxış edir və iddiaçı həmin maddəyə istinadən əlavə pul tələb edir. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçının iddia dəlillərinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarına əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2009-cu il tarixli Qərarında MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə işin hallarına əsaslanaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz. Belə ki, məhkəmə araşdırması Cavabdehı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə xx.xx.2014-cü il tarixli K-095/2014 nömrəli və xx.xx.2014-cü il tarixli K-136/2014 nömrəli kredit müqavilələri üzrə Şəki İnzibati-İqtsadi Məhkəməsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixə kredit müqavilələri üzrə əsas borcun, faizin cərimənin tutulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020ci il tarixli 2-2(102)-147/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 2(102)-147/2020 nömrəli icra vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmetini 152829,47 manata tələbkar əldə etmiş, həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən Mülki Məcəllənin 449-cu maddəsinə istinadən pul tələb edə bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə 5 il müddətinə bağlanmış kredit müqavilələrinin müddəti xx.xx.2019 və xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı müqqaqvilələrin müddəti bitməmiş məhkəməyə müraciət etmiş və xx.xx.2018ci il tarixə olan əsas borcun, fazilərin və cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələrinin 8-ci bəndində pul öhdəliyinin icra edilməsinin Borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsinin halları əks olunmuşdur. 8-ci bəndin ğ) yarım bəndində müqavilənin müddəalarının borcalan tərəfindən yerinə yetirilməməsi pul öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsinin əsası kimi müəyyən olunmuşdur. Məhkəmə araşdırması Cavabdehı müəyyən edilmişdir hazırkı iş üzrə cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilmədiyindən iddiaçı müqavilənin və mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət bitmədən borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(84)-2/2019 nömrəli işi üzrə yekunlaşmış mübahisə üzrə iddia tələbinin ifadə tərzində xx.xx.2018-ci il tarixə olan əsas borcun tutulması iddia olunsa da faktiki olaraq müqavilələrin müddətinin bitməməsinə baxmayaraq məhkəmələr tərəfindən müqavilələr üzrə bütün əsas borc cavabdehdən tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtından əvvəl borcverən tərəfindən tələb edildiyindən və öhdəliyin icrası müddəti bitmədən müqavilələr üzrə əsas borc, məhkəməyə müraciət edələnədək faiz borcu və dəbbə pulu cavabdehdən tutulduğundan tərəflər arasında bağlanmış kredit müqavilələri öz qüvvəsini itirmişdir. Hüquqi qüvvəsi olmayan və özündə göstərilən öhdəlik vaxtından əvvəl icra edilərək tələb ipoteka predmetinə yönəldilən müqaviləyə istinadən iddiaçı cavabdehdən hər hansı pul vəsaiti tələb edə bilməz. Belə ki, kredit müqavilələri üzrə tərəflərin bir-biri qarşısında icra ediləcək öhdəliyi qalmamış, öhdəliyin yaranmasına əsas olan kredit müqavilələri üzrə iddiaçı haqqı catan pul məbləğini məhkəmə qətnamələri ilə almış və kredit müqavilələri üzrə cavabdehin öhdəliklərinə həmin məhkəmə qətnamələri ilə xitam verilmişdir. Əks yanaşma cavabdehin əsassız maliyyə yükü ilə yüklənməsinə, ədalətli tarazlığın pozulmasına və sahibkar subyekti olan hüquqi şəxsin iflasına gətirib çıxara bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit təşkilatının kredit müqavilələri üzrə hazırkı mübahisə predmeti olan faiz və dəbbə pulunun hesablanması ilə bağlı hərəkətləri qanunsuz, iddia tələbi isə əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: X3 Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdehnə qarşı “xx xxxx 2014-cü il tarixli K- 095/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr avının 01 tarixindən xx xxxx 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 69242 manat məbləğində əsas borca hesablanmış 4146.82 manat məbləğində faiz borcunun, 106632.68 məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 110779.50 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi hesablanmış 6354.88 manat məbləğində faiz borcunun, 163411.12 manat məbləğində dəbbə (penya) pulu, hər iki dövr üzrə cəmi 280545.5 manat məbləğində borcun, xx xxxxxxxx 2014-cı il tarixli K- 136/2014 nömrəli kredit müqaviləsinə əsasən 2018-ci il sentyabr ayının 01 tarixindən xx xxxxxxxx 2019-cu il tarixinə kredit müqaviləsi başa çatana kimi 39908 manat məbləğində əsas borca hesablanmış 2933.24 manat məbləğində faiz borcunun, 75076.12 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 78009.36 manat məbləğində borcun və bu müqavilə üzrə kreditdən istifadə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarix dövrünə kimi əsas borca hesablanmış 3119.48 manat məbləğində faiz borcunun, 79865.08 manat məbləğində dəbbə (penya) pulu olmaqla cəmi 82984.56 manat məbləğində borcun, hər iki dövr üzrə cəmi 160993.92 manat, hər iki müqavilə üzrə ümumilikdə 441539 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver