Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2022 23.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh X5, cavabdeh X6 nümayəndəsi və iş üzrə cavabdeh olan X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X10, X11 və X8 qarşı "xxxx" ASC-nin Zaqatala filialı ilə X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə 28.03.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 172469,4 manat, cərimə borcu 1502,18 manat olmaqla, cəmi 1686,583,6 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 7712,75 manat olmaqla, cəmi 74712,75 manat, ümumilikdə hər iki tranş üzrə 1761296,35 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X10, X11 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “"xxxx" ASC-nin Zaqatala filialı ilə X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə 28.03.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1553254,61 manat, faiz borcu 50573,02 manat, cərimə borcu 1371,95 manat olmaqla, cəmi 1553254,61 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 1756,92 manat olmaqla, cəmi 68756,92 manat, ümumilikdə hər iki tranş üzrə 1622011,53 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi 29.03.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə 28.03.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512,612,01 manat, faiz borcu 138855,97 manat, cərimə borcu 1502,18 manat olmaqla, cəmi 1652970,16 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 6223,75 manat olmaqla, cəmi 73223,75 manat, ümumilikdə hər iki tranş üzrə 1726,193,91 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi 17.05.2022-ci il tarixli “İddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Zaqatala filialı ilə X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə 28.03.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 172469,4 manat, cərimə borcu 1502,18 manat olmaqla, cəmi 1686,583,6 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 7712,75 manat olmaqla, cəmi 74712,75 manat, ümumilikdə hər iki tranş üzrə 1761296,35 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01.10.2018-ci il tarixli 11 nömrəli “Sahibkarlıq kreditlərinə zəmanət verilməsi üzrə Çərçivə Müqaviləsi”nə əsasən, Fond tərəfindən müvəkkil bank olan ilə "xxxx" ASC-nin sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyaların verilməsi, müvəkkil bank tərəfindən isə zəmanətin verilməsi üçün birdəfəlik üzvlük haqqının, xidmət haqqının və komissiyaların ödənilməsi barədə razılığa gəlinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən X10a dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 12 ay olan ******* manat kredit verilmiş, borcalan X10 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 16% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit tranşı üzrə əsas borc və faizlər (bu Müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) aşağıdakı qaydada hesablanıb ödənilir: Hər ayrılan kredit tranşına görə faizlər kredit tranşı üzrə əsas borc qalığına müvafiq olaraq həmin əsas borc qalığının kreditora geri ödənilməsi tarixinədək hesablanır və ən azı aylıq qaydada ödənilir. Kredit tranşı üzrə əsas borc qalığı kredit xəttinin müddətinin sonunadək ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan hər kredit tranşı üzrə ödənişləri bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq həyata keçirir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) qəbul olunmuşdur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19-03 və 03/19-04 nömrəli zaminlik müqavilələrinə əsasən X10 və X11 zamindirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19-03 nömrəli zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli 005 nömrəli əlavə sazişlə və 03.07.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli müqavilə ilə kreditin qaytarılması vaxtı 19.04.2022-ci ilədək uzadılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası, 145 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi 03.07.2019 -19.04.2022-ci illər arasındakı dövr üçün "xxxx" ASC-nin adına yüklü edilmişdir. "xxxx" ASC-nin maliyyə arayışlarına əsasən 269ZFFL203020005 referensli kredit tranşı üzrə əsasən borc 1502363,64 manat, 269ZFFL203020006 referensli kredit tranşı üzrə əsasən borc 67000 manat təşkil edir. "xxxx" MMC-nin 2020-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 19.06.2020-ci il tarixə olan likvid dəyəri 1 700 000 manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 112000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 28.02.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 28.02.2022-ci il tarixə likvid dəyəri ******* manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 159500 manat təşkil etmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 14.01.2022-ci il tarixə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512 612,01 manat, faiz borcu 89780,26 manat, günlük faiz məbləği 672,27 manat, 269ZFFL203020006 referensli tranşı əsas borc 67000 manat, 4049,81 manat faiz borcu, günlük faiz dərəcəsi 29,78 manat nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin 14.04.2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 270000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə ******* manat müəyyən edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC-nin 05.05.2022-ci il tarixli, 0465 və 0460 nömrəli rəylərinə əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 146000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə ******* manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən X10a dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 12 ay olan ******* manat kredit verilmiş, borcalan X10 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 16% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) qəbul olunmuşdur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19-03 və 03/19-04 nömrəli zaminlik müqavilələrinə əsasən X10 və X11 zamindirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19-03 nömrəli zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli 005 nömrəli əlavə sazişlə və 03.07.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli müqavilə ilə kreditin qaytarılması vaxtı 19.04.2022-ci ilədək uzadılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış DƏDRdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası, 145 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi 03.07.2019 -19.04.2022-ci illər arasındakı dövr üçün "xxxx" ASC-nin adına yüklü edilmişdir. Cavabdehlər tərəfindən iddia məhkəmənin icraatına daxil olduqdan sonra hər hansı ödəniş edilməmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ipoteka predmeti olan qeyri-yaşayış binasının qiyməti ilə bağlı üç ekspert rəyi vardır. Rəylərdən birində qeyri-yaşayış binasının qiyməti çox aşağı qiymətləndirilmişdir. Məhkəmə qətnaməsi qəbul edilərkən həmin rəyin nəzərə alınmamasını xahiş həmçinin,tərəflər arasında imzalanan müqavilənin müddəti bitdikdən sonra iddiaçı tərəfindən hesablanan faizlərin silinməsini xahiş etdi. Cavabdeh X12 və cavabdeh X6 nümayəndəsi və iş üzrə cavabdeh olan X11 Nümayəndə2 dediklərini təsdiqləyərək iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər iddia məhkəmənin icraatına daxil olduqdan sonra hər hansı ödəniş etmədiklərini bildirmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, İpoteka müqaviləsi, zaminlik müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ekspert və mütəxəssis rəyləri, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə əvvəlcə məhkəmə baxışı mərhələsində iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə münasibətdə bildirir ki, iddia tələbi yalnız faiz borcuna münasibətdə artırılmışdır və məhkəmə baxışı iclası cavabdehin təqsiri ucbatından dəfələrlə təxirə salındığından məhkəmə hesab edir ki, təxirə salındığı müddət ərzində iddiaçı faiz məbləğinin hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının iddia tələbinin artırılması barədə ərizəsinə cavabdeh tərəfin hər hansı bir etirazı olmadığından, həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddətinədək- 19.04.2022-ci il tarixədək artırılması nəzərdə tutulduğundan məhkəmə tərəfindən qəbul edilmişdir. AR MPM-nin 53-cü maddəsinin tələblərinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən X10a dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 12 ay olan ******* manat kredit verilmiş, borcalan X10 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 16% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (21.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (14.01.2019cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) qəbul olunmuşdur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 03.07.2019-cu il tarixli 03/19- 03 və 03/19-04 nömrəli zaminlik müqavilələrinə əsasən X10 və X11 zamindirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19-03 nömrəli zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli 005 nömrəli əlavə sazişlə və 03.07.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 19.10.2020-ci il tarixli müqavilə ilə kreditin qaytarılması vaxtı 19.04.2022-ci ilədək uzadılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası, 145 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi 03.07.2019 -19.04.2022-ci illər arasındakı dövr üçün "xxxx" ASC-nin adına yüklü edilmişdir. "xxxx" ASC-nin maliyyə arayışlarına əsasən 269ZFFL203020005 referensli kredit tranşı üzrə əsasən borc 1502363,64 manat, 269ZFFL203020006 referensli kredit tranşı üzrə əsasən borc 67000 manat təşkil edir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 14.01.2022-ci il tarixə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512 612,01 manat, faiz borcu 89780,26 manat, günlük faiz məbləği 672,27 manat, 269ZFFL203020006 referensli tranşı əsas borc 67000 manat, 4049,81 manat faiz borcu, günlük faiz dərəcəsi 29,78 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi, iş materialları ilə cavabdehlərin 269ZFFL203020005 referensli tranşı üzrə 1512 612,01 manat əsas borc, faiz borcu 89780,26 manat, 269ZFFL203020006 referensli tranşı əsas borc 67000 manat, 4049,81 manat faiz borcu olduğu təsdiqlənir. Odur ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlıdır. İddia tələbinin qeyd edilən əsas borclara müqavilənin müddətinin bitdiyi tarixədək 19.04.2022-ci il tarixə faiz məbləğinin hesablanması aşağıdakı qaydada olmalıdır: AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli ekspert rəyi ilə 14.01.2022-ci il tarixə 269ZFFL203020005 referensli tranşı üzrə 89780,26 manat, 269ZFFL203020006 referensli tranşı 4049,81 manat hesablanmışdır. 15.01.2022-18.04.2022-ci il tarixləri arasındakı dövr (94 gün) üçün həmin ekspert rəyində qeyd edilən günlük faiz məbləği nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmalıdır: 269ZFFL203020005 referensli tranşı üzrə - 94 gün x 672,27 manat = 63 193,38 manat 269ZFFL203020006 referensli tranşı üzrə - 94 gün x 29,78 manat = 2 799,32 manat Ümumilikdə götürdükdə: 269ZFFL203020005 referensli tranşı üzrə 89780,26 manat + 63 193,38 manat = 152 973,64 manat; 269ZFFL203020006 referensli tranşı üzrə 4049,81 manat + 2 799,32 manat = 6 849,13 manat; İddia tələbinin “269ZFFL203020005 referensli tranşı üzrə 1502,18 manat məbləğində cərimə borcunu tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, həmin cərimə məbləği azaldılaraq 150 manat hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə iddia tələbinin əsas borc və faiz borcunun tutulmasına hissəsinə münasibətdə belə qənaətə gəlir ki, 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 152973,64 manat, cərimə borcu 150 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 6849,13 manat pul cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin “X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh X3 tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakların likvid qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı qeyd edilən əmlaklarla bağlı aşağıdakı rəylər mövcuddur və həmin rəylər üzrə qiymətləndirmə aşağıdakı qaydada aparılmışdır:
1. "xxxx" MMC-nin 2020-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 19.06.2020-ci il tarixə olan likvid dəyəri 1 700 000 manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 112000 manat müəyyən edilmişdir.
2. "xxxx" MMC-nin 28.02.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 28.02.2022-ci il tarixə likvid dəyəri 3 304 000 manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 159500 manat təşkil etmişdir.
3. "xxxx" MMC-nin 14.04.2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 270 000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə 4 000 000 manat müəyyən edilmişdir.
4. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC-nin 05.05.2022-ci il tarixli, 0465 və 0460 nömrəli rəylərinə əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 146000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə 1 800 000 manat müəyyən edilmişdir. Məhkəmə ədalətli yanaşma baxımından və tərəflərin qanuni mənafelərini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərini müəyyən edərkən iddiaçının maraqlarını təmin edən ən aşağı qiyməti, eyni zamanda cavabdeh tərəfin maraqlarını təmin edən ən yüksək qiyməti deyil, tərəflərin maraqlarını mütənasüblüyünü təmin edən orta dəyərləndirməni əsas götürərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* (üç milyon üç yüz dörd min) manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 159500 (bir yüz əlli doqquz min beş yüz) məbləğində müəyyən edilməlidir. Qeyd edilən mütəxəssis rəyində 2019-cu ildən sonra qeyri-yaşayış sahəsi və torpaq sahəsi ilə bağlı yaxşılaşmalar, yeni tikili, qurğu və əlavələrin edilməsi, həmçinin obyektlərin icarəyə verilməsi ilə onun dəyərinin artırılması müəyyən edilir. İddia tələbinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına yönəldildikdə və satışdan bir ay sonra cavabdehlər tərəfindən həmin qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd edilən norma yaşayış evinə və mənzilə aid edilsə də, qeyriyaşayış sahəsinə münasibətdə tətbiq edilməsi ipoteka müqaviləsinin mahiyyəti ilə ziddiyyət təşkil etmir və ipoteka saxlayanın hüquqlarına real təminat yaradır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. İddiaçı tələbində 03.07.2019-cu il tarixli 03/19 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə bildirir ki, qeyd edilən kredit müqaviləsinin qüvvədə olma müddəti 19.04.2022-ci il tarixdə bitmişdir. Ona görə də həmin müqavilədən yaranmış öhdəliklər mövcud olsa da, müqavilənin müddəti bitmişdir. Bu səbəbdən həmin müqavilənin ləğv edilməsinə zərurət yoxdur. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş həm dövlət rüsumu, həmçinin iddia tələbinin artırılması, ipotekanın qeydiyyatı və müvafiq xidmətlərlər üçün ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 1444,02 manat dövlət rüsumunun 17,3 manat hissəsi iddiaçıya aid edilməli, 1426,72 manat hissəsi və 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış və məhkəmənin əsas götürdüyü tədqiqatın dəyəri olan 500 manat pul iddiaçı və əsas borclu olan cavabdeh X3 bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat tərəflərdən bərabər qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
İddia qismən təmin edilsin. "xxxx" ASC-nin Zaqatala filialı ilə X12 arasında bağlanmış 03.07.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsi üzrə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 152973,64 manat, cərimə borcu 150 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 6849,13 manat pul cavabdehlər X10, X11 və X3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Borc məbləği X9 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* (üç milyon üç yüz dörd min) manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 159500 (bir yüz əlli doqquz min beş yüz) manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdeh X5 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına tutma önəldildikdə və o satıldıqdan bir ay müddətində cavabdehlər həmin qeyri-yaşayış binasını boşaltsınlar. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pulun 250 manatı "xxxx" ASC-dən və 250 manatı cavabdeh X3 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********** **********, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı "xxxx" ASC-dən, 50 manatı X3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına ödənilsin. Ödənilmiş 1444,02 manat dövlət rüsumunun 17,3 manat hissəsi iddiaçıya aid edilsin, 1426,72 manat hissəsi və 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov