Məhkəmə qərarları › İş №e-2-2(117)-10/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-10/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2024 30.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 027R191789261 nömrəli kredit razılaşması üzrə 11234,02 manat kredit borcu, 2657,43 manat faiz borcu, 646,05 manat cərimə borcu, 027R********** nömrəli kredit razılaşması üzrə 13503,56 manat kredit borcu, 4385,45 manat məbləğində faiz borcu, 712,98 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 33139,49 manat məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 027R191789261 nömrəli kredit razılaşması üzrə 11234,02 manat kredit borcu, 2657,43 manat faiz borcu, 646,05 manat cərimə borcu, 027R********** nömrəli kredit razılaşması üzrə 13503,56 manat kredit borcu, 4385,45 manat məbləğində faiz borcu, 712,98 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 33139,49 manat məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 04L000003251 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 30000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda, uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 23000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmalarının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 027R********** nömrəli və 027R********** nömrəli kredit razılaşmaları üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərində ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlər imzalanmış, 027R********** nömrəli və 027R********** nömrəli kredit razılaşmaları üzrə müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixə 11234.02 manat əsas, 2657.43 manat faiz, 288 gün gecikdirmə üçün hesablanmış 646.05 manat cərimə borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixə 13503.56 manat əsas, 4385.45 manat faiz, 288 gün gecikdirmə üçün hesablanmış 712.98 manat cərimə borcu mövcuddur. İş materialları kimi əlavə edilmiş köçürmə sənədlərindən görünür ki, Cavabdeh1 **********761217 nömrəli hesabına 30000 manat və 23000 manat köçürülmüşdür. xx.xx.2014-cü il tarixli 27S000002845 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Məhkəmə tərəfindən hər iki kredit razılaşması üzrə əsas və faiz borclarının məbləğlərinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9069 nömrəli ekspert rəyinə əsasən 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixinə cavabdehin 10959.12 manat əsas, 2590.81 manat faiz borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixinə cavabdehin 13364.12 manat əsas, 3304.28 manat faiz borcu mövcuddur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəflə razılığa gəlmək üçün danışıqlar aparılmışdır, lakin razılığa gəlmək mümkün olmamışdır, ekspert rəyi ilə razıdırlar və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit razılaşmaları, zaminlik müqaviləsi, sazişlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 04L000003251 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur.Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 30000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 23000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmalarının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir.Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 027R********** nömrəli və 027R********** nömrəli kredit razılaşmaları üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərində ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlər imzalanmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixə 11234.02 manat əsas, 2657.43 manat faiz, 288 gün gecikdirmə üçün hesablanmış 646.05 manat cərimə borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixə 13503.56 manat əsas, 4385.45 manat faiz, 288 gün gecikdirmə üçün hesablanmış 712.98 manat cərimə borcu mövcuddur. xx.xx.2014-cü il tarixli 27S000002845 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixinə cavabdehin 10959.12 manat əsas, 2590.81 manat faiz borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə xx.xx.2023-cü il tarixinə cavabdehin 13364.12 manat əsas, 3304.28 manat faiz borcu mövcuddur. Cavabdehlərin xx.xx.2023-cü il tarixə 027R********** nömrəli razılaşma üzrə 10959.12 manat əsas, 2590.81 manat faiz borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə 13364.12 manat əsas, 3304.28 manat faiz borcunun mövcudluğu ekspert rəyi ilə təsdiq olunur. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və həmin tarixdən sonrakı dövrdə iddia tələbinin həcmini artırmamışdır. Ona görə də məhkəmə ekspert qarşısında iddiaçının məhkəməyə müraciət edən tarixə cavabdehlərin borcunun müəyyən edilməsi ilə bağlı sual qoymuşdur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 027R********** nömrəli razılaşma üzrə 10959.12 manat əsas, 2590.81 manat faiz borcu, həmçinin 027R********** nömrəli razılaşma üzrə 13364.12 manat əsas, 3304.28 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansısa bir etiraz məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ekspert rəyində qeyd olunan əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə imzalanmış və 10 il müddətinə bağlanmışdır. Bundan əlavə kredit müqaviləsi üzrə kredit sazişlərinin müddəti uzadılaraq yeni ödəniş qrafiki tərtib edilərkən zamin olan Cavabdeh2 ödəniş cədvəlindəki məlumatlarla bağlı həmin sənədi imzalamışdır. Ona görə də zaminin hazırkı kredit müqaviləsi üzrə məsuliyyəti mövsuddur. Məhkəmə iddia tələbinin “027R191789261 nömrəli kredit razılaşması üzrə 646,05 manat cərimə borcunun və 027R********** nömrəli kredit razılaşması üzrə 712,98 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı 027R191789261 nömrəli kredit razılaşması üzrə 100 manat, 027R********** nömrəli kredit razılaşması üzrə isə 100 manat cərimə borcunun tutulmasını daha əadlətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R191789261 nömrəli kredit razılaşması üzrə 10959,12 manat kredit borcu, 2590,82 manat faiz borcu, 100 manat cərimə borcu, 027R********** nömrəli kredit razılaşması üzrə isə 13364,12 manat kredit borcu, 3304,28 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R191789261 nömrəli kredit razılaşması üzrə 10959,12 manat kredit borcu, 2590,82 manat faiz borcu, 100 manat cərimə borcu, 027R********** nömrəli kredit razılaşması üzrə 13364,12 manat kredit borcu, 3304,28 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar