Məhkəmə qərarları › İş №e-2-2(117)-100/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-100/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-100/2023 17.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlunun iştirakı ilə, İddiaçı xxxxn cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 145018,44 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 415618,24 manat məbləğində cərimə faizləri, cəmi 4 392 262,58 manat; -xx.xx.2023-cü il tarixindən başlayaraq 1-ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 130 (bir yüz otuz) manat məbləğində çəkilmiş xərclər 1-ci ipoteka predmetinin dəyərindən; -xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmeti) tutmanın yönəldilməsi, -ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 57000 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 407 500 manat məbləğində cərimə faizləri, cəmi ******* manat; -xx.xx.2023-cü il tarixindən başlayaraq 2-ci Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 260 manat məbləğində çəkilmiş xərclərin 2-ci və 3-cü ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul, 2 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı xxxxn cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən tələbinin borc məbləği hissəsində xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 55933,15 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 89023,05 manat məbləğində cərimə faizləri, cəmi 3976582,10 manat, xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 22125 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 58750 manat məbləğində cərimə faizləri, cəmi ******* manat tələb etmiş, digər tələblərində sonradan hər hansı dəyişiklik etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbində dəqiqləşmə apararaq xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 99996,86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 250589,94 manat məbləğində cərimə faizləri, cəmi 4182212,70 manat, xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 39375 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 231250 manat məbləğində cərimə faizləri, cəmi ******* manat tələb etmiş, əvvəlki tələblərdə qeyd edilməmiş ipoteka predmetinə yönəldilmə hissəsində artıraraq Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmeti) tutmanın yönəldilməsini xahiş etmiş, digər tələblərində sonradan hər hansı dəyişiklik etməmişdir. İddiaçının nümayəndəsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə müraciət edərək bildirmişdir ki, “xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 145018,44 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 415618,24 manat məbləğində cərimə faizləri, cəmi 4 392 262,58 manat; xx.xx.2023-cü il tarixindən başlayaraq 1-ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 130 (bir yüz otuz) manat məbləğində çəkilmiş xərclər 1-ci ipoteka predmetinin dəyərindən; xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 57000 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 407 500 manat məbləğində cərimə faizləri, cəmi ******* manat; xx.xx.2023-cü il tarixindən başlayaraq 2-ci Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 260 manat məbləğində çəkilmiş xərclərin 2-ci və 3-cü ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul 2 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (1-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilənin 1-ci bəndində göstərilən məbləğ borc alana hissə-hissə dörd mərhələdə təqdim edilir. Borc alana maliyyələşdirmənin ilk mərhələsində təqdim edilən vəsaitin məbləği 150 000 manat, ikinci mərhələdə isə 722 000 manat təşkil edir. Maliyyələşdirmənin üçüncü və dördüncü mərhələləri üzrə təqdim edilən vəsaitlərin məbləği Fondun qərarı əsasında müəyyənləşdirilir. Müqavilənin 2.9-cu bəndinə əsasən, borcalanın həyata keçirdiyi ödəniş onun bank qarşısında cari tarixə kredit üzrə mövcud olan bütün borc məbləğlərinin icrasını təmin etmədikdə onun kredit üzrə borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıq qaydasında yönəldilir: birinci növbədə - məhkəmə və məhkəmədənkənar qaydada tələblərin irəli sürülməsi və bu müqavilə üzrə icranın təmin edilməsi ilə əlaqədar bankın xərcləri; ikinci növbədə - cərimə penya, üçüncü növbədə- sığorta haqqının ödənilməsi üçün ayrılmış kredit üzrə ümumi borc; dördüncü növbədə - hesablanmış faizlər üzrə vaxtı keçmiş borc; beşinci növbədə - kredit üzrə vaxtı keçmiş əsas borc, altıncı növbədə hesablanmış faizlər üzrə ödəniş vaxtı çatmış borc, yeddinci növbədə kredit üzrə ödəniş vaxtı çatmış əsas borc, səkkizinci növbədə borc alanın öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan bankın digər zərərləri. Müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdimənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi xxxxn adına yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (1-ci ipoteka predmeti) xx.xx.2019-cu il tarixdə xxxxn adına 2 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (2-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.9-cu bəndinə əsasən, borcalanın həyata keçirdiyi ödəniş onun bank qarşısında cari tarixə kredit üzrə mövcud olan bütün borc məbləğlərinin icrasını təmin etmədikdə onun kredit üzrə borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıq qaydasında yönəldilir: birinci növbədə - məhkəmə və məhkəmədənkənar qaydada tələblərin irəli sürülməsi və bu müqavilə üzrə icranın təmin edilməsi ilə əlaqədar bankın xərcləri; ikinci növbədə - cərimə penya, üçüncü növbədə- sığorta haqqının ödənilməsi üçün ayrılmış kredit üzrə ümumi borc; dördüncü növbədə - hesablanmış faizlər üzrə vaxtı keçmiş borc; beşinci növbədə - kredit üzrə vaxtı keçmiş əsas borc, altıncı növbədə hesablanmış faizlər üzrə ödəniş vaxtı çatmış borc, yeddinci növbədə kredit üzrə ödəniş vaxtı çatmış əsas borc, səkkizinci növbədə borc alanın öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan bankın digər zərərləri. Müqavilənin 5.2-ci bəndinə əsasən, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdimənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksi (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (3-cü ipoteka predmeti) xxxxn adına yüklü edilmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (3-cü ipoteka predmeti) xx.xx.2017-ci il tarixdə xxxxn adına qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən 5279,9 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə mülkiyyət hüququ (2-cü ipoteka predmeti) xx.xx.2017-ci il tarixdə xxxxn adına qeydiyyata alınmışdır. X4 Şirkətinin 170084XB və 170114 XB rəylərinə əsasən, xx.xx.2017-ci il tarixə Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 25 000 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 340 000 manat, xx.xx.2017-ci il tarixə Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 260 000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat; AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixinə xx.xx.2015-ci il tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3754944,21 manat, faiz borcu 55072,52 manat, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1 500 000 manat, 189125 manat faiz borcu təşkil etmişdir. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən qeyd edilən kredit müqavilələri üzrə cərimə borcları hesablanamamışdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixinə xx.xx.2015-ci il tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3754944,21 manat, faiz borcu 94186,52 manat, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1 500 000 manat, 39625 manat faiz borcu nəzərdə tutulmuşdur. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən qeyd edilən kredit müqavilələri üzrə cərimə borcları hesablanamamışdır. Ekspert rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli 9/1705 saylı ekspert rəyi ilə hazırkı rəyin nəticəlləri arasında fərq onunla izah olunur ki, ilkin ekspert rəyində xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə iş materiallarında ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən, tədqiqata həmin müqavilə üzrə cavabdeh tərəfindən edilən ödənişlər tam şəkildə nəzərə alınamamışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qarşı tərəfin nümayəndələri ilə görüş olub, lakin hələlik razılıq əldə edilməyib. İddia tələbinin həcminin artırılması barədə ərizə təqdim ediblər. Həmin ərizə də nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlar razılığa gəlmək istəyirlər. Lakin hazırda borcu ödəməyə vəsaitləri yoxdur. Əgər bank razılaşma dekabr ayında borcu ödəyə bilərlər. İddia tələbinin artırılması barədə ərizə ilə razı deyillər və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə kreditin müddətinin bitmədiyini, həmçinin iş üzrə ekspertizalar təyin edilməsi səbəbndən müddətin uzanmasını, gələcəkdə yeni mübahisələrin yaranmasının qarşısının alınması məqsədi ilə məhkəmə baxışı dövründə təqdim edilsə də, iddiaçının xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəsini icraata qəbul etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, İpoteka müqavilələri, bildirişlər, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, ekspert və mütəxəssis rəyləri, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə əvvəlcə məhkəmə baxışı mərhələsində iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə münasibətdə bildirir ki, iddia tələbi yalnız faiz və cərimə borcuna münasibətdə artırılmışdır və məhkəmə iclası müxtəlif səbəblərdən dəfələrlə təxirə salındığından məhkəmə hesab edir ki, təxirə salındığı müddət ərzində iddiaçı faiz məbləğinin hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının iddia tələbinin artırılması barədə ərizəsinə cavabdeh tərəfin etirazı olsa da tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmədiyindən məhkəmə tərəfindən qəbul edilmişdir. AR MPM-nin 53-cü maddəsinin tələblərinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan əlavə tələb predmeti olan hər iki kredit müqaviləsi üzrə kredit götürən şəxs eyni hüquqi şəxs olduğundan iddiaçı tələbini bir ərizədə birləşdirmiş və məhkəmə tələbə bir icraatda baxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki:

1. xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (1-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi xxxxn adına yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (1-ci ipoteka predmeti) xx.xx.2019-cu il tarixdə xxxxn adına 2 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (2-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksi (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (3-cü ipoteka predmeti) xxxxn adına yüklü edilmiş və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (3-cü ipoteka predmeti) və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən 5279,9 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə mülkiyyət hüququ (2-cü ipoteka predmeti) xx.xx.2017-ci il tarixdə xxxxn adına qeydiyyata alınmışdır. 3.AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixinə xx.xx.2015-ci il tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3754944,21 manat, faiz borcu 55072,52 manat, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1 500 000 manat, 189125 manat faiz borcu təşkil etmişdir. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən qeyd edilən kredit müqavilələri üzrə cərimə borcları hesablanamamışdır.

4. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixinə xx.xx.2015-ci il tarixli **********69515 nömrəli müqavilə üzrə əsas borc 3754944,21 manat, faiz borcu 94186,52 manat, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli müqavilə üzrə əsas borc 1 500 000 manat, 39625 manat faiz borcu nəzərdə tutulmuşdur. Hər iki müqavilə üzrə cərimə borcunun hesablanması ilə bağlı cədvəl məlumatları təqdim edilmədiyindən qeyd edilən kredit müqavilələri üzrə cərimə borcları hesablanamamışdır. Məhkəmə qeyd edir ki, ilkin müqavilə üzrə əsas borc məbləğinə münasibətdə ekspert rəyində iddia tələbində qeyd edilən məbləğdən aşağı məbləğ müəyyən edilmişdir. Bunu iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişin 62966,31 manat hissəsinin cərimə borcuna iddia tərəfindən silinməsinin ekspertiza tərəfindən nəzərə alınmadığı ilə izah edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən iddiaçı tərəfindən cavabdehin ödədiyi məbləğin cərimə borcundan silinməsini əsaslı hesab etməmiş və bununla bağlı ekspertin rəyi ilə razılaşmışdır. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi sübut qismində qiymətləndirilərək həmin rəydə qeyd edilən əsas faiz və faiz borcları cavabdehdən tutulmalıdır. Lakin həmin faiz məbləğləri xx.xx.2023-cü il tarixədək olan məbləği nəzərdə tutduğundan, həmçinin, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə xx.xx.2023-cü il tarixində verildiyindən və məhkəmə tərəfindən icraata qəbul edildiyindən, ekspert rəyində əhatə edilməyən xx.xx.2023xx.xx.2023-cü il aralığında olan dövr üçün faiz borcunun hesablanması məhkəmə tərəfindən sadə hesablama üsulu ilə aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi üzrə: gündəlik faiz məbləği 312,91 manat müəyyən edildiyindən, 312,91 manat (günlük faiz məbləği) x 144 gün (xx.xx.2023xx.xx.2023) =45,059.04 manat. 94186,52+45,059.04 = 139 245,56 manat təşkil edir. xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi üzrə gündəlik faiz məbləi 125 manat müəyyən edildiyindən 125 manat (günlük faiz məbləği) x 144 gün (xx.xx.2023xx.xx.2023) =18 000 manat. 18 000+39625 = 57,625 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə faiz borcu iddia tələbinin həcmindən çox olduğundan 57000 manat faiz məbləği qəbul eediləcəkdir. Tərəflər qeyd edir ki, son bir il ərzində hər hansı bir ödəniş olmamış, bu səbəbdən məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı təkrara ekspertiza təyin edilməmişdir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 415618,24 manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 407 500 manat məbləğində cərimə məbləği” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər iki kredit müqaviləsinin müvafiq olaraq 6.2 və 5.2-ci bəndlərində borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdimənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, məhkəmə tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən “xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 41,561.8 manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 40,750 manat məbləğində cərimə məbləğinin tutulması qanuni, əsaslı, ədalətli və ağılabatan hesab edir. Beləliklə, məhkəmə iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulmasına hissəsinə münasibətdə belə qənaətə gəlir ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, Cavabdeh1ndən, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcu Cavabdeh2ndən iddiaçı xxxxn xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə “iddia tələbinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakların likvid qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı qeyd edilən əmlaklarla bağlı aşağıdakı rəylər mövcuddur və həmin rəylər üzrə qiymətləndirmə aşağıdakı qaydada aparılmışdır:

1. X4 Şirkətinin 170084XB və 170114 XB rəylərinə əsasən, xx.xx.2017-ci il tarixə Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 25 000 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 340 000 manat, xx.xx.2017-ci il tarixə Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 260 000 manat məbləğində müəyyən edilmişdir.

2. "xxxx" MMC-nin mütəxəssis rəylərinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat müəyyən edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, X4 Şirkətinin 170084XB və 170114 XB rəyləri ipoteka predmetlərinə münasibətdə 2017-ci ilin aprel və may aylarında müəyyən edilən likvid dəyəri ilə bağlıdır. Bundan əlavə qeyd edilən rəylərdə aparılmış hesablanma, əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir Hesabat təqdim etməmişdir. Bu hesabatlar cavabdehin nümayəndəsindən tələb edilsə də bunu təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə ədalətli yanaşma baxımından və tərəflərin qanuni mənafelərini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərini müəyyən edərkən iddiaçının maraqlarını təmin edən ən aşağı qiyməti, eyni zamanda cavabdeh tərəfin maraqlarını təmin edən ən yüksək qiyməti deyil, tərəflərin maraqlarını mütənasüblüyünü təmin edən orta dəyərləndirməni əsas götürərək belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat müəyyən edilməlidir. İddia tələbinin ”xx.xx.2023-cü il tarixdən başlayaraq hər iki kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər müvafiq müqavilə üzrə əsas borc məbləğinə illik 3 % dərəcəsi ilə faizlər formasında hesablanan əldən çıxmış faydanın, gecikdirilmiş hər gün üçün illik 30% hesablanan cərimə məbləğinin tutulması” hissəsində münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər mövcud olan hüquqi münasibətlərə uyğun olaraq müəyyən etdiyi faktiki hallara uyğun qərar qəbul edir. Gələcəkdə baş verən hadisələr hazırkı vaxta məhkəməyə məlum olmadığından, ipoteka predmetinin hansı qiymətə və nə vaxt satılacağı məlum olmadığından məhkəmə gələcəkdə baş verəcək hadisələrlə bağlı qərar qəbul etməsi məntiqə və qanunvericiliyin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş həm dövlət rüsumu, həmçinin iddia tələbinin artırılması, ipotekanın qeydiyyatı və müvafiq xidmətlərlər üçün ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 1444,02 manat dövlət rüsumunun 17,3 manat hissəsi iddiaçıya aid edilməli, 1426,72 manat hissəsi və 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödənilmiş 3969 manat dövlət rüsumunun 577.79 manat hissəsi iddiaçıya aid edilməli, 3391.21 manat hissəsi, 390 manat ipoteka bildirişlərinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş rüsumu və 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 600 manat pulun 200 manatı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankdan, 200 manatı Cavabdeh2ndən və 200 manatı Cavabdeh1 MMC-dən tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankdan, 50 manatı Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, Cavabdeh1ndən, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcunun iddiaçı xxxxn xeyrinə tutulmasını təmin etmək məqsədi ilə; Borc məbləği kredit müqavilələrinə müvafiq olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə (1-ci ipoteka müqaviləsi), xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmetinə) yönəldilsin. Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 MMC-nin və Cavabdeh2 müvafiq kredit müqavilələri üzrə xxxxna olan borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 600 manat pulun 300 manatı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankdan, 300 manatı Cavabdeh1 MMC-dən tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankdan, 100 manatı Cavabdeh1 MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına ödənilsin. Ödənilmiş 3969 manat dövlət rüsumunun 577.79 manat hissəsi iddiaçıya aid edilsin, 3391.21 manat hissəsi, 390 manat ipoteka bildirişlərinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş rüsumu və 400 manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank”a ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar