Məhkəmə qərarları › İş №e-2-2(117)-1007/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1007/2025

31.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1007/2025 31.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı 18913 manat əsas borcun, gecikdirilmiş dövr üçün 945,65 manat, məhkəməyə ödənilmiş 144,42 manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi təmin edilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti verir. Qətnamə xx.xx.2025-ci il tarixdə yaşadığı binanın kommendatı tərəfindən rəsmi olaraq təqdim edilmişdir. Hesab edir ki, Apellyasiya şikayətini vaxtında (müddət buraxılmadan) verdiyi üçün üzürsüz səbəbdən müddəti buraxmamışdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq, məhkəmədən buraxılmış müddəti üzürlü hesab edərək Apellyasiya şikayətinə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə ki, hazırki ərizənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddiaçının adı və eyniləşdirmə məlumatları iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə iddiaçının cavabdehlərə qarşı yönəltdiyi tələb iddia ərizəsində göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə iddiaçı tərəfindən əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ərizənin məzmunundan aydın olur ki, Cavabdeh Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-495/2025 nömrəli iş üzrə cavabdeh qismində iştirak edir və hazırki ərizəni də həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası məqsədi ilə vermişdir. Lakin görünür ki, Cavabdeh tərəfindən səhvən həmin ərizə yeni bir iddia ərizəsi kimi təqdim edilmişdir. Bu səbəbdən Cavabdeh yenidən e-2-2(117)-495/2025 nömrəli iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verməsi üçün ərizənin elektron məhkəmə informasiyaları sistemi vasitəsi ilə e-2-2(117)-495/2025 nömrəli iş materiallarına apellyasiya şikayəti ilə birlikdə daxil etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar