Məhkəmə qərarları › İş №e-2-2(117)-1008/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1008/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1008/2023 22.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “ ”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 15000 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin laqeydliyi ucbatından iddiaçıya vurmuş oldugu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyini öz üzərinə götürən Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 15000 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin laqeydliyi ucbatından iddiaçıya vurmuş oldugu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyini öz üzərinə götürən Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iş üzrə həm Cavabdeh2 ASC, həm də Cavabdeh1 QSC BOKT cavabdeh qismində göstərilsələr də, iddia tələbi cavabdeh və ya cavabdehlərə qarşı yönəlməmiş, iddia tələbi cavabdeh olmayan Cavabdeh2 ASK MMC-yə qarşı yönəlmişdir. Eyni zamanda cavabehlərə qarşı yönələn tələb mövcud olmamaqla yanaşı iddiaçı bir tələbi iki cavabdehə qarşı yönəltmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir və iddiaçı iddia ərizəsinin formasına və məzmununa dair qanunvericiliyin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının nəzərinə çatdırılır ki, kağız daşıyıcıda imzalanmış iddia ərizəsində cavabdeh qismində və mübahisə predmeti olan müqavilədə tədarükçü qismində "xxxx" MMC-nin adı göstərilməsinə baxmayaraq, elektron imzalanmış iddia ərizəsində Cavabdeh2 ASC cavabdeh qismində qeyd olunmuşdur. Eyni zmanda iş materiallarında olan digər yazışmalarda eyni zamanda "xxxx" MMC ilə aparılmışdır. Belə olan halda, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki, "xxxx" MMC və Cavabdeh2 ASC başqa-başqa hüquqi şəxslərdir və sonuncunun "xxxx" MMC-yə aidiyyətinə dair iş materiallarında sübut mövcud deyildir. Eyni zamanda ASK Azərtütün MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu İzmir ev 14, Cavabdeh1 QSC BOKT-nın hüquqi ünvanı ünvan 2sının ərazi aidiyyəti məsələlərinə diqqət yetirməlidir. Bundan başqa işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (pretenziya məktubunun) cavabdehlərin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsini təmin etməmiş, bununla da qanunvericiliyin çatdırılma ilə bağlı tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hazırki iş üzrə iddiaçı tərəfindənmüəyyən olunmuş cavabdehlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 15000 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin laqeydliyi ucbatından iddiaçıya vurmuş oldugu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyini öz üzərinə götürən Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar