Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1010/2024 18.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “Cavabdeh2 tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən satış ofisi və inzibati binası qarşısında digər şəxslərlə birlikdə təşkil edilmiş etiraz toplantısında səsləndirdiyi, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və https://www.youtube.com/watch?v=qeeAYzOe68A&t=19s linkində yerləşən videoda “Azad Media TV” kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən “şirkət ona işlənmiş cihaz satmışdır” 3.08 dəqiqəsində, “cihazına ondan xəbərsiz çip yerləşdirilmişdir 3.19 dəqiqəsində, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Az estetik” saxta imzayla ona özlərinə borclu göstərdi” 9.25 dəqiqəsində, “Az Estetik” ailəsinə təzyiq göstərir” 9.25 dəqiqəsində, “atasını da onlara görə itirdi”, “ölkədə rekertlik edirlər” 12.31 dəqiqəsində, “onun, ailəsinin, qardaşına zəng edir ki, bura gələnlər var, deyir kimdir? sənin düşmənlərin, adamların” 11.59 dəqiqəsində, “ona və ailəsinə təzyiq göstərirlər”, “qardaşına davamlı zənglər (WhatsApp) edirlər” 12.04 dəqiqəsində, “anasının iş yerinə adamlar göndərirlər” 12.06 dəqiqəsində, “yolunu kəsib ona bildirirlər ki, əl çək onlardan” 12.08 dəqiqəsində və xx.xx.2024-cü il tarixində verdiyi https://www.youtube.com/watch?v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “Azad Media TV” kanalına yenə müsahibə zamanı şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin onun qarşısına çıxsın” 17.25 dəqiqəsində, “ölsün, boyunu yerə soxsun” 17.28 dəqiqəsində işlətdiyi ifadələrin məhkəmə tərəfindən həqiqətə uyğun olmayan hesab edilməklə cavabdehin Cavabdeh2 üzərinə həmin videonun “Azad Media TV” kanalından tamamilə silinməsi və Cavabdeh2 işlətdiyi həmin ifadələrin şirkətə ünvanlanacaq yazılı məktubla həqiqətə uyğun olmadığı, onları təkzib etdiyi və bu hərəkətlərinə görə, tərəfindən üzrə istənilməsi qeyd edilməklə məktubun yazılaraq, iddiaçı "xxxx" MMC şirkətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev 3C ünvanına göndərilməsi öhdəliyinin qoyulmasını və digər Cavabdeh1 tərəfindən şəxsən idarə olunan İnstaqram sosial şəbəsində olan “medical_media” və “Tiktok” adlı platformada olan “estetik_media_ xəbər.az” və “Medikal Media” səhifələrindən Cavabdeh2 həqiqətə uyğun olmayan sayılmış və təkzib edilməsi tələb olunan məlumatların əks olunduğu bütün videoların tamamilə silinməsi və iddianın verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən satış ofisi və inzibati binası qarşısında digər şəxslərlə birlikdə təşkil edilmiş etiraz toplantısında səsləndirdiyi, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və https://www.youtube.com/watch?v=qeeAYzOe68A&t=19s linkində yerləşən videoda “Azad Media TV” kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən “şirkət ona işlənmiş cihaz satmışdır” 3.08 dəqiqəsində, “cihazına ondan xəbərsiz çip yerləşdirilmişdir 3.19 dəqiqəsində, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Az estetik” saxta imzayla ona özlərinə borclu göstərdi” 9.25 dəqiqəsində, “Az Estetik” ailəsinə təzyiq göstərir” 9.25 dəqiqəsində, “atasını da onlara görə itirdi”, “ölkədə rekertlik edirlər” 12.31 dəqiqəsində, “onun, ailəsinin, qardaşına zəng edir ki, bura gələnlər var, deyir kimdir? sənin düşmənlərin, adamların” 11.59 dəqiqəsində, “ona və ailəsinə təzyiq göstərirlər”, “qardaşına davamlı zənglər (WhatsApp) edirlər” 12.04 dəqiqəsində, “anasının iş yerinə adamlar göndərirlər” 12.06 dəqiqəsində, “yolunu kəsib ona bildirirlər ki, əl çək onlardan” 12.08 dəqiqəsində və xx.xx.2024-cü il tarixində verdiyi https://www.youtube.com/watch?v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “Azad Media TV” kanalına yenə müsahibə zamanı şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin onun qarşısına çıxsın” 17.25 dəqiqəsində, “ölsün, boyunu yerə soxsun” 17.28 dəqiqəsində işlətdiyi ifadələrin məhkəmə tərəfindən həqiqətə uyğun olmayan hesab edilməklə cavabdehin Cavabdeh2 üzərinə həmin videonun “Azad Media TV” kanalından tamamilə silinməsi və Cavabdeh2 işlətdiyi həmin ifadələrin şirkətə ünvanlanacaq yazılı məktubla həqiqətə uyğun olmadığı, onları təkzib etdiyi və bu hərəkətlərinə görə, tərəfindən üzrə istənilməsi qeyd edilməklə məktubun yazılaraq, iddiaçı "xxxx" MMC şirkətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev 3C ünvanına göndərilməsi öhdəliyinin qoyulmasını və digər Cavabdeh1 tərəfindən şəxsən idarə olunan İnstaqram sosial şəbəsində olan “medical_media” və “Tiktok” adlı platformada olan “estetik_media_ xəbər.az” və “Medikal Media” səhifələrindən Cavabdeh2 həqiqətə uyğun olmayan sayılmış və təkzib edilməsi tələb olunan məlumatların əks olunduğu bütün videoların tamamilə silinməsi və iddianın verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən, habelə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun Cavabdeh2 təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh2 VÖEN-i və Elektrobn Məhkəmə informasiya sistemində elektron kabineti mövcuddur. Belə olduqda iddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd sonuncuya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmalıdır ki, hazırki vəziyyətdə iş materiallarında bunu təsdiq edəcək sübutlar mövcud deyildir. Bundan başqa digər Cavabdeh1 da iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd çatdırılmamışdır. Qeyd edilən cavabdeh barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh1 VÖEN-i və Elektron Məhkəmə informasiya sistemində elektron kabineti mövcud deyildir. Belə olan halda məhkəmə araşdırmasının gedişindən məlumatı olması üçün sonuncuya iddia ərizəsi və ona əlavə sənədlər digər qaydada, yəni kağız daşıyıcıda çatdırılmalıdır ki, hazırki vəziyyətdə bunu təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir. Kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 münasibətdə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 çatdırılması təmin edilməyib sonuncunun məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvanı məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə sənədlərin, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin cavabdehlərə çatdırılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “Cavabdeh2 tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən satış ofisi və inzibati binası qarşısında digər şəxslərlə birlikdə təşkil edilmiş etiraz toplantısında səsləndirdiyi, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “YouTube” sosial media platformasında Gülnaz Qəmbərli adlı şəxs tərəfindən idarə olunan və https://www.youtube.com/watch?v=qeeAYzOe68A&t=19s linkində yerləşən videoda “Azad Media TV” kanalına xx.xx.2024-cü il tarixində verdiyi müsahibə zamanı iddiaçının işgüzar nüfuzunu ləkələyən “şirkət ona işlənmiş cihaz satmışdır” 3.08 dəqiqəsində, “cihazına ondan xəbərsiz çip yerləşdirilmişdir 3.19 dəqiqəsində, müqavilədə isə çip ilə bağlı heç bir maddə yoxdur”, “Az estetik” saxta imzayla ona özlərinə borclu göstərdi” 9.25 dəqiqəsində, “Az Estetik” ailəsinə təzyiq göstərir” 9.25 dəqiqəsində, “atasını da onlara görə itirdi”, “ölkədə rekertlik edirlər” 12.31 dəqiqəsində, “onun, ailəsinin, qardaşına zəng edir ki, bura gələnlər var, deyir kimdir? sənin düşmənlərin, adamların” 11.59 dəqiqəsində, “ona və ailəsinə təzyiq göstərirlər”, “qardaşına davamlı zənglər (WhatsApp) edirlər” 12.04 dəqiqəsində, “anasının iş yerinə adamlar göndərirlər” 12.06 dəqiqəsində, “yolunu kəsib ona bildirirlər ki, əl çək onlardan” 12.08 dəqiqəsində və xx.xx.2024-cü il tarixində verdiyi https://www.youtube.com/watch?v=O9nP5zJu8kE&t=1893s linkində yerləşən videoda “Azad Media TV” kanalına yenə müsahibə zamanı şirkətin direktoru barəsində işlətdiyi “onun kişiliyi yoxdur ki, gəlsin onun qarşısına çıxsın” 17.25 dəqiqəsində, “ölsün, boyunu yerə soxsun” 17.28 dəqiqəsində işlətdiyi ifadələrin məhkəmə tərəfindən həqiqətə uyğun olmayan hesab edilməklə cavabdehin Cavabdeh2 üzərinə həmin videonun “Azad Media TV” kanalından tamamilə silinməsi və Cavabdeh2 işlətdiyi həmin ifadələrin şirkətə ünvanlanacaq yazılı məktubla həqiqətə uyğun olmadığı, onları təkzib etdiyi və bu hərəkətlərinə görə, tərəfindən üzrə istənilməsi qeyd edilməklə məktubun yazılaraq, iddiaçı "xxxx" MMC şirkətinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Həsən Əliyev 3C ünvanına göndərilməsi öhdəliyinin qoyulmasını və digər Cavabdeh1 tərəfindən şəxsən idarə olunan İnstaqram sosial şəbəsində olan “medical_media” və “Tiktok” adlı platformada olan “estetik_media_ xəbər.az” və “Medikal Media” səhifələrindən Cavabdeh2 həqiqətə uyğun olmayan sayılmış və təkzib edilməsi tələb olunan məlumatların əks olunduğu bütün videoların tamamilə silinməsi və iddianın verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1010/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1010/2024
18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver