Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1027/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı “cavabdeh X3 İddiaçı 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 7727 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 6900 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X6 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 5000 manat məbləğində pulun alınıb verilməsinə; Kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin cavabdeh X3 tutulub iddiaçılara ödənilməsi” barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: Məhkəmə, İddiaçı “cavabdeh X3 İddiaçı 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 7727 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 6900 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X6 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 5000 manat məbləğində pulun alınıb verilməsinə; Kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin cavabdeh X3 tutulub iddiaçılara ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göründüyü kimi iddia ərizəsində iddiaçı və cavabdehin adları, ünvanları (qeydiyyat və faktiki) və onlara aid sair məlumatlar göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsində cavabdehin adı, ünvanı və barəsində digər məlumatlar göstərilməmişdir. Bundan başqa iş materialları və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iş üzrə İddiaçı, X1, X4 hər biri müstəqil şəkildə X3 pul tələb edirlər. Lakin hazıki elektron imzalanmış iddia ərizəsində iddiaçı qismində yalnız İddiaçı müəyyən edilmişdir ki, sonuncunun digərlərinin əvəzinə iddia irəli sürmək hüququ yoxdur. İş materiallarına əlavə edilmiş kağız daşıyıcıda imzalanmış iddia ərizəsindən müəyyən olunur ki, hər üç fiziki şəxs iddia ərizəsini əl imzası ilə imzalamış və X5 qarşı iddia irəli sürmüşlər. Lakin elektron imzalanmış iddia ərizəsində digər iddiaçıların adları qeyd edilməmişdir ki, adları qeyd edilən fiziki şəxslərin hər biri elektron imzalanmış iddia ərizəsində iddiaçı qismində müəyyən edilməlidir. Göründüyü kimi iş üzrə cavabdehin olmaması ilə yanaşı iddiaçılara aid məlumatlar iddia ərizəsində göstərilməmişdir ki, göstərilən hallar qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələbləri ilə uzlaşmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “cavabdeh X3 İddiaçı 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 7727 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 6900 manat məbləğində pulun; cavabdeh X3 iddiaçı X6 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikidə 5000 manat məbləğində pulun alınıb verilməsinə; Kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin cavabdeh X3 tutulub iddiaçılara ödənilməsi” barədə tələbə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1027/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1027/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver