Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-103/2022 19.01.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrinin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının Bakı şəhəri Xətai rayonu, Xocalı pr 32 ünvanında inşa etdiyi A2 və C2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunmasını Cavabdeh MMC-yə aid edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrinin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının Bakı şəhəri Xətai rayonu, Xocalı pr 32 ünvanında inşa etdiyi A2 və C2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunmasını Cavabdeh MMC-yə aid edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əsasən Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi yer üzrə deyil, iddiaçının hüquqi ünvanı olan Bakı şəhərində fəaliyyət göstərən Orxan Yusubovun mediator təyin edilməsi təklif edilmiş və sonuncu tərəfindən mediasiya sessiyası təşkil edilərək 08.12.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi, tərəflərin mediatorun secilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mediatorun seçilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından və bununla da iddiaçı tərəfindən seçilmiş mediator qanunla bu mübahisəyə baxmaq səlahiyyətinə malik olmayan mediator olduğundan iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Eyni zamanda iddiaçının 18.01.2022-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş müraciətində mediator Orxan Yusubov 08.12.2022-ci il tarixli mediasiya arayışının mətnində də qeyd olunduğu kimi Mediasiya Şurası tərəfindən mediator təyin edildiyini göstərmişdir. X1 Şurasının qərarı ilə hazırki mübahisə üzrə mediator təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mediasiya Şurasının bölgüsü “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və sonuncu tərəfindən mediator təyin edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin məhz Mediasiya Şurası tərəfindən pozulması və iddiaçının təqsiri ucbatından olmaması medasiya prosesinə əməl edilməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməsi ilə bağlı sübut kimi qəbul etmir və iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, eyni əsaslarla iddia ərizəsi məhkəmənin 14.01.2022-ci il tarixli e-2-2(117)-103/2022 nömrəli qərardadına əsasən geri qaytarılmışdır. Çatışmazlıqlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir ki, bu da məhkəmənin iş vaxtının əsassız alınmasına və Mülki prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məsuliyyətə səbəb olur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrinin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının Bakı şəhəri Xətai rayonu, Xocalı pr 32 ünvanında inşa etdiyi A2 və C2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunmasını Cavabdeh MMC-yə aid edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-103/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-103/2022
19.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver