Məhkəmə qərarları › İş №e-2-2(117)-103/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-103/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-103/2025 23.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 015R********** saylı krеdit razılaşması üzrə 1427.05 manat krеdit bоrcu, 140.31 manat faiz bоrcu və 36.54 manat cərimə borcu, 038R********** saylı krеdit razılaşması üzrə 1386.73 manat krеdit bоrcu, 155.19 manat faiz bоrcu və 35.49 manat cərimə borcu, 015R********** saylı krеdit razılaşması üzrə 6177.72 manat krеdit bоrcu, 670.41 manat faiz bоrcu və 158.15 manat cərimə borcu olmaqla, hər üç kredit razılaşması üzrə ümumilikdə 10187.59 manat məbləğində borcun və ödənilmiş 120.56 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 015R********** saylı krеdit razılaşması üzrə 1427.05 manat krеdit bоrcu, 140.31 manat faiz bоrcu və 36.54 manat cərimə borcu, 038R********** saylı krеdit razılaşması üzrə 1386.73 manat krеdit bоrcu, 155.19 manat faiz bоrcu və 35.49 manat cərimə borcu, 015R********** saylı krеdit razılaşması üzrə 6177.72 manat krеdit bоrcu, 670.41 manat faiz bоrcu və 158.15 manat cərimə borcu olmaqla, hər üç kredit razılaşması üzrə ümumilikdə 10187.59 manat məbləğində borcun və ödənilmiş 120.56 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015L**********25 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 015R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş planından göründüyü kimi kredit alan xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 135 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 145.37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixli 015R**********S nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında Sazişlə kredit alanın qalıq kredit borcunun restrukturizasiyası həyata keçirilmiş, həmin tarixli ödəniş planına əsasən kredit alan xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müvafiq olaraq hər ay 137 manat, sonuncu ay isə 131.18 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 038R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 1600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş planından göründüyü kimi kredit alan xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 65 manat, sonuncu ay olan xx.xx.2026-cı il tarixində isə 56.24 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixli 038R**********S nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında Sazişlə kredit alanın qalıq kredit borcunun restrukturizasiyası həyata keçirilmiş, həmin tarixli ödəniş planına əsasən kredit alan xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək müvafiq olaraq hər ay 65 manat, sonuncu ay isə 72.58 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 015R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 6500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş planından göründüyü kimi kredit alan xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 260 manat, sonuncu ay olan xx.xx.2027-ci il tarixində isə 245.36 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixli 015R**********S nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında Sazişlə kredit alanın qalıq kredit borcunun restrukturizasiyası həyata keçirilmiş, həmin tarixli ödəniş planına əsasən kredit alan xx.xx.2024-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək müvafiq olaraq hər ay 262 manat, sonuncu ay isə 260.62 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 015R********** nömrəli razılaşma üzrə 1427.05 manat əsas, 140.31 manat faiz, 128 gün gecikdirmə üçün hesablanmış 36.54 manat cərimə borcu, 038R********** nömrəli razılaşma üzrə isə 1386.73 manat əsas, 155.19 manat faiz, 128 gün gecikdirmə üçün hesablanmış 35.49 manat cərimə borcu, 015R********** nömrəli razılaşma üzrə 6177.72 manat əsas, 670.41 manat faiz, 128 gün gecikdirmə üçün hesablanmış 158.15 manat cərimə borcu mövcuddur. Cavabdeh 015R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 1072.95 manat ödəniş etmiş və onun ödənilməmiş 1427.05 manat borcu, 038R********** nömrəli razılaşma üzrə isə kredit borcundan 213.27 manat ödəniş etmiş, onun ödənilməmiş 1386.73 manat borcu, 015R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 322.28 manat ödəniş etmiş, onun ödənilməmiş 6177.72 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək hərbi hissədə işləməsi səbəbindən, digər Cavabdeh1 isə xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tələbin “015R********** saylı kredit razılaşması üzrə 1427.05 manat əsas borcun, 140.31 manat faiz borcu, 038R********** saylı kredit razılaşması üzrə isə 1386.73 manat əsas borcun və 155.19 manat faiz borcu, 015R********** saylı kredit razılaşması üzrə isə 6177.72 manat əsas borcun və 670.41 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminatmüqaviləsi əsasında 015R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 2500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 038R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 1600 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 015R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 6500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 015R********** saylı kredit razılaşması üzrə 1427.05 manat kredit borcu, 140.31 manat faiz borcu, 038R********** saylı kredit razılaşması üzrə 1386.73 manat kredit borcu, 155.19 manat faiz borcu, 015R********** saylı kredit razılaşması üzrə 6177.72 manat kredit borcu, 670.41 manat faiz borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışları və hesabdan çıxarışlarla təsdiq olunur. Məhkəmə tələbin 015R********** saylı kredit razılaşması üzrə 36.54 manat cərimə borcunun, 038R********** saylı kredit razılaşması üzrə 35.49 manat cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə isə 158.15 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, üzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 1427.05 manat əsas bоrc, 140.31 manat faiz borcu və 36.54 manat cərimə borcu, 038R********** saylı kredit razılaşması üzrə 1386.73 manat əsas bоrc, 155.19 manat faiz borcu, 35.49 manat cərimə borcu, 015R********** saylı krеdit razılaşması üzrə 6177.72 manat əsas bоrc, 670.41 manat faiz bоrcu, 158.15 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 120.56 manat təşkil edir. Həmin məbləğ iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyi və cavabdehlərdən tələb edildiyi üçün ödənilmiş 120.56 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 1427.05 manat əsas bоrc, 140.31 manat faiz borcu və 36.54 manat cərimə borcu, 038R********** saylı kredit razılaşması üzrə 1386.73 manat əsas bоrc, 155.19 manat faiz borcu, 35.49 manat cərimə borcu, 015R********** saylı krеdit razılaşması üzrə 6177.72 manat əsas bоrc, 670.41 manat faiz bоrcu, 158.15 manat cərimə borcu olmaqla ümumilikdə 10187.59 manat məbləğində borc və 120.56 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar