Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1031/2022 18.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Və Cavabdeh6 qarşı “Ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN 260 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh6 mülkiyyətində olan 2.60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X3 və Cavabdeh6 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Və Cavabdeh6 qarşı “Ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN 260 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh6 mülkiyyətində olan 2.60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X3 və Cavabdeh6 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 150.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı tərəfindən iddia ərizəsinin surəti və pretenziya məktubu elektron qaydada cavabdehlərə göndərilməmişdir. Qanunvericiliyin tələbinə görə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə elektron qaydada göndərməsi zəruridir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Yuxarıda qeyd olunan halda iddiaçıya belə bir hüquq verilir ki, hazırkı iddia üzrə isə 149.3-cü maddənin tələbi mövcud deyildir, çünki Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi Dairəsinin xx.xx.2020-ci il tarixli məktubundan da bəlli olur ki, xx.xx.2020-ci il tarixdən 0,8098 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi üzrə isə həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdən Cavabdeh6 mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh6 olduğundan və sadəcə Cavabdeh6 qarşı tələb mövcud olduğundan və hazırki cavabdehlərə yönəldilən tələblərdə bir-biri ilə bağlılıq olmadığından bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı deyildir. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, mübahisəli torpaq sahəsi qanuni sənədlər əsasında cavabdehə keçmişdirsə və həmin hüquq dövlət qeydiyyatına alınmışdırsa, sonuncu mülkiyyətçi və ya torpaq sahib olan şəxslər qeyd edilən sənədlər ləğv və ya etibarsız hesab edildikdən sonra onların həmin torpaqdan çıxarlması ehtimalı mövcud ola bilər. İddiaçı təkrar məhkəməyə müraciət edərkən bu halları nəzərə almalı və iddianın uğurluluq ehtimallarını ortaya qoymalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Və Cavabdeh6 qarşı “Ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN 260 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh6 mülkiyyətində olan 2.60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X3 və Cavabdeh6 çıxarılması, həmin icarəyə götürdüyüm torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1031/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1031/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver