Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1037/2024 11.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 461.51 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 239.61 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Qəbələ şəhərində, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 12736,30 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan ədlə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2017-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 007L**********38 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında borcalan 007L**********38 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 007S**********02 nömrəli və 007S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə 007M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh3 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh3 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 hər iki kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 461.51 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 239.61 manat cərimə borcu qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları və pretenziya ilə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən 007R********** nömrəli və 007R********** nömrəli kredit razılaşmaları üzrə ödənilməmiş borcları qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir və həmin əmlaklar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 007L**********38 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 144 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 95000 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşmaları, Zaminlik müqavilələri, İpoteka müqaviləsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Xəbərdarlıq məktublar, Maliyyə arayışları, Hesabdan çıxarışlar, Mütəxəssis rəyi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan Cavabdeh3 qarşısında kredit razılşamasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu qalmışdır. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatı olan iddiaçıya ödənilməlidir. Məhkəmə 007R********** nömrəli krеdit razılaşması üzrə 461.51 manat cərimə borcunun və 007R********** nömrəli krеdit razılaşması üzrə 239.61 manat cərimə borcunun ödənilməsi hissələrinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Cavabdeh3 kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 007R********** nömrəli krеdit razılaşması üzrə 300 manat məbləğində cərimə və 007R********** nömrəli krеdit razılaşması üzrə 188 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh3 məxsus Qəbələ şəhərində, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 12736,30 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 95000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan ədlə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 128,21 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı tərəfindən 128,21 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və ödədiyi həmin dövlət rüsumunu tələb etdiyindən 128,21 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 300 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 188 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 128,21 manat dövlət rüsumu tutularaq idddiaçı İddiaçı QSC-yə ödənilsin. Borc məbləği Cavabdeh3 xüsusi mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 95000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh3 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ03NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1037/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1037/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver