Məhkəmə qərarları › İş №e-2-2(117)-1041/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1041/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1041/2024 25.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X2 cavabdehlər X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısımüqaviləsinin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması və X1 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışlarının ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdehlər X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısımüqaviləsinin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması və X1 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39- 05101-083022 reyestr nömrəli çıxarışlarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddia bir neçə cavabdehə münasibətdə verilirsə, həmin cavabdehlərin hər birinə yönələn tələb ayrılıqda iddia ərizəsində göstərilməlidir. Elektron imzalanmış iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə bir neçə cavabdeh mövcuddur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən onların hər birinə müstəqil surətdə yönələn tələb olmalıdır ki, iddiaçı cavabdehlərin hər birinə qarşı yönələn tələbi iddia ərizəsində göstərməmiş və cavabdehlərin hasnı tələbin yönəldilməsini müəyyən etmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 cavabdehlər X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısımüqaviləsinin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması və X1 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39- 05101-083022 reyestr nömrəli çıxarışlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar