Məhkəmə qərarları › İş №e-2-2(117)-1044/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1044/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1044/2023 20.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X9 Kiçik Müəsissəsi”nin cavabdehlər Cavabdeh2 və Aqrar Elm və İnnovasiya Mərkəzinin X1rşı “9300 manat pulun, vəkil xidməti üçün ödnilmiş 300 manat pulun, 100 manat mediasiya xərcinin və 34 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İstehsalçı “X9 Kiçik Müəsissəsi” (bundan sonra mətndə iddiaçı) ilə X12 və X6 X8 (bundan sonra mətndə cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən İstehsalçı 2019-cu il 12 oktyabr tarixində verilmiş 394 nömrəli arayışına əsasən 2021-ci ildə müəsissədə istehsal edilmiş arpa və buğda toxumlarından alıcıya razılaşdırılmış qiymətlə, hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq arpa və hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq buğda toxumu satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən Aqrar Elm və X6 X8 (rəhbəri Cavabdeh2) aldığı toxumların ümumi dəyəri olan 10800 manat pulu nağd və ya köçürmə yolu ilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Malların təhvil verilməsinə dair xx.xx.2021-ci il 349926 nömrəli təhvil aktından müəyyən edilir ki, İstehsalçı hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq arpa və hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq buğda toxumunu, cəmi dəyəri 10800 manat məbləğində olan toxumları Cavabdeh2 təhvil vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə alınan malların dəyəri cavabdehlər tərəfindən tam ödənilməmişdir. Cavabdeh fiziki şəxs olan Cavabdeh2 Aqrar Elm və X6 X4 direktoru olmuş, həmin vaxtı buğda və arpa məhsullarını direktor kimi qəbul etmişdir. Cavabdeh 1500 manat məbləğində ümumi borcdan ödəniş etsə də, qalan 9300 manat məbləğində borc ödənilməmiş qalmışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh hüquqi şəxs xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə qəbul etmiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə bildirişi qəbul etmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı “X9 Kiçik Müəsissəsi” ilə X12 və X6 X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən İstehsalçı 2019-cu il 12 oktyabr tarixində verilmiş 394 nömrəli arayışına əsasən 2021-ci ildə müəsissədə istehsal edilmiş arpa və buğda toxumlarından alıcıya razılaşdırılmış qiymətlə hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq arpa və hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq buğda toxumu satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən Aqrar Elm və X6 X8 (rəhbəri Cavabdeh2) aldığı toxumların ümumi dəyəri olan 10800 manat pulu nağd və ya köçürmə yolu ilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Malların təhvil verilməsinə dair xx.xx.2021-ci il 349926 nömrəli təhvil aktından müəyyən edilir ki, İstehsalçı hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq arpa və hər kq-nın qiyməti 60 qəpik olmaqla 5400 manatlıq 9000 kq buğda toxumunu, cəmi dəyəri 10800 manat məbləğində olan toxumları Cavabdeh2 təhvil vermişdir. İddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh ümumi borcdan 1500 manat məbləğində ödəniş etmiş, lakin 9300 manat məbləğində borc ödənilməmiş qalmışdır. Ona görə də iddiaçı hazırkı tələblə çıxış etmək hüququ yaranmışdır. Məhkəmə müəyyən etmişdir ki, Aqrar Elm və X6 X8 müstəqil hüquqi şəxs olaraq müqavilə tərəfi olmuş, tərəflər arasında bağlanmış müqavilə də hüquqi şəxsin adından bağlanmış və hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan əlavə iddiaçı iş üzrə cavabdeh olaraq Cavabdeh2 qarşı da iddia qaldırmışdır. Həmin şəxs qeyd edilən müqavilə bağlanan vaxt cavabdeh hüquqi şəxsin rəhbəri olmuş, hazırkı isə qeyd ediən hüquqi şəxsin rəhbəri X7r. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi cavabdehlərə qarşı tələbinin əsaslandırması ilə bağlı iddiaçıya məktub ünvanlamış, iddiaçı ərizə təqdim edərək cavabdeh hüquqi şəxsin rəhbəri olaraq Cavabdeh2 da məsuliyyətinin mövcud olduğunu bildirmiş, onun bütün maliyyə əməliyyatlarına rəhbərlik etməsini, hətta borcdan bir qism məbləğin şəxsən qeyd edilən şəxs tərəfindən ödənilməsini qeyd etmişdir. Məhkəmə qeyd edilənlərlə razılaşmır və qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə alıcı cavabdeh hüquqi şəxs olan Aqrar Elm və X6 X8 və iddiaçı “X9 Kiçik Müəsissəsi” arasında bağlanmış və hər iki hüquqi şəxsin möhrü ilə təsdiqlənmişdir. Qeyd edilən toxum məhsulunu isə cavabdeh hüquqi şəxsin müqavilə bağlanan dövrdə rəhbəri olaraq Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Ona görə də Cavabdeh2 müəsissənin əmlakı və vəsaitləri ilə bağlı qanunsuz sərəncam verdiyi təqdirdə və ya səlahiyyt dairəsindən kənara çıxan əqd bağladığı təqdirdə qanunvericilikdə nəzərdə tutuln məsuliyyəti daşıyır. Bundan əlavə Cavabdeh2 fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da fəaliyyəti dayandırılmışdır. Belə ki, MM-in: 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələbinə görə hesab edir ki, hazırkı tələb üzrə cavabdehliyi hüquqi şəxs daşıyır. Cavabdeh hüquqi şəxs iddia tələbinə hər hansı bir münasibət və etiraz bildirməmiş, bununla da 9300 manat məbləğində borc inkar edilməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İddiaçı 300 manat məbləğində vəkil xidmətinin göstərilməsinə görə ödədiyi haqq tələb edir. Bununla bağlı iddiaçı hər hansı bir müqavilə və ya həmin məbləğin ödənişinə dair sübut təqdim etməmişdir. MPM-in 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkil xidmətlərindən istifadə etməsi ilə bağlı vəkilin orderinin təqdim edilməsindən müəyyən edir ki, hazırkı sənədlərin hazırlanmasını vəkil həyata keçirmiş, lakin ödəniş və müqavilə ilə bağlı sübutlar təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının xeyrinə vəkil xidmətlərindən istifadə etmə ilə bağlı 50 manat məbləğin cavabdehdən tutulmasını ağılabatan və ədalətli hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı 34 manat məbləğində ödənilmiş dövlət rüsumu tələb etsə də, ödənişlə bağlı sübutlar təqdim etməmiş, yalnız mediasiya xərci olaraq 100 manat məbləğin ödənilməsi ilə bağlı qeydin mediasiya arayışında göstərildiyi məlum olur. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 113 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilməli olan 13 manat məbləğində vəsait iddiaçı tərəfindən ilkin iddia verilən zamanı ödənilməmişdir. Ona görə də, iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Aqrar Elm və X6 X3 9300 manat məbləğində pul, 50 manat vəkil xidmətlərindən istifadə ilə bağlı haqq və 100 mediasiya xərci tutularaq “X9 Kiçik Müəsissəsi”nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Aqrar Elm və X6 X3 113 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar