Məhkəmə qərarları › İş №e-2-2(117)-1047/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1047/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1047/2023 02.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixə 6686,68 manat məbləğində əsas borc, 566,14 manat məbləğində faiz borcu və 134,40 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7387,22 manat pul məbləğinin, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 93,87 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 355828-CNS-41793 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müdddətinə xx.xx.2026-cı il tarixədək qaytarmaq şərtilə aylıq faiz dərəcəsi 24 % olmaqla müqavilə ilə müəyyən olunmuş 1 nömrəli ödəniş planına (əlavə) uyğun olaraq 7100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2023cü il tarixdən başlayır. 7.1.4-cü bəndinə əsasən müqavilənin 3.5-ci bəndi ilə müəyyən edilmiş müddətlər kredit alan tərəfindən ardıcıl 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozuldqda və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 6686,68 manat əsas borc, 566,14 manat faiz borcu və 134,40 manat cərimə borcu qalmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 6686,68 manat əsas borc, 566,14 manat faiz borcu və 134,40 manat cərimə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişləri və sənədləri xx.xx.2023-cü il tarixində göndərilmiş, lakin çatdırılması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi və sənədləri çatdırılması üçün Ağsu Rayon İcra Hakimiyyətinə təqdim edilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Xəbərdarlıq məktubu, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 355828-CNS-41793 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müdddətinə xx.xx.2026-cı il tarixədək qaytarmaq şərtilə aylıq faiz dərəcəsi 24 % olmaqla müqavilə ilə müəyyən olunmuş 1 nömrəli ödəniş planına (əlavə) uyğun olaraq 7100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2023-cü il tarixdən başlayır. 7.1.4-cü bəndinə əsasən müqavilənin 3.5-ci bəndi ilə müəyyən edilmiş müddətlər kredit alan tərəfindən ardıcıl 2 aydan artıq müddətə gecikdirildikdə , habelə ardıcıl olaraq 2 dəfə pozuldqda və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 6686,68 manat əsas borc, 566,14 manat faiz borcu və 134,40 manat cərimə borcu qalmışdır. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 355828-CNS- 41793 nömrəli kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % məbləğində cərimənin ödənilməsi ilə bağlı razılığa gəlmişlər ki, iddiaçı 6686,68 manat kredit borcuna görə 134,40 manat cərimə borcu tələb edir ki, bunda da haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən 6686,68 manat əsas borc, 566,14 manat faiz borcu və 134,40 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (7387,22 manat) ödənilməli dövlət rüsumu 93,87 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 93,87 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı 100 manat mediasiya xərci ödədiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada 6686,68 manat əsas borc, 566,14 manat faiz borcu, 134,40 manat cərimə borcu və 100 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 93,87 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar