Məhkəmə qərarları › İş №e-2-2(117)-1047/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1047/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1047/2024 19.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu və 132.08 manat cərimə borcu olmaqla, cəmi 15993.47 manat borcun, 137.98 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbi üzrə işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 36-MCR-1- 538-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Eyni zamanda 36-MCR-1-538-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə Z/06704/23 nömrəli və Z/06705/23 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər kredit limitinin ayrılmasına dair müqavilə üzrə bank qarşısında borcalanın öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh1 arasında 36-MCR-1-538-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 əkinçiliyin inkişafı məqsədilə 24 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7ci bəndinə əsasən günlük 0,20 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu və 132.08 manat cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin mayın 30-dək Cavabdeh1Arif oğlunun banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu və 528.3 manat cərimə borcu olmaqla cəmi 16389.69 manat borcu vardır. Cavabdeh1Arif oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 528.3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 132.08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı etiraf edir və iddia ərizəsində göstərilən məbləğdə 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu vardır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı etiraf edir və iddia ərizəsində göstərilən məbləğdə borcu vardır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit limitinin ayrılması müqaviləsi, Kreditin verilməsinə dair müqavilə, Zaminlik müqavilələri, Maliyyə arayışı, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 Cavabdeh3 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh1 arasında 36- MCR-1-538-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 əkinçiliyin inkişafı məqsədilə 24 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən günlük 0,20 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu və 132.08 manat cərimə borcu yaranmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatlarında borcu etiraf etmişlər. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından, borc etiraf edildiyindən və zaminlik müqavilələri qüvvədə olduğundan məhkəmə hesab edir ki, 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu və xx.xx.2023-cü il tarixli 36-MCR-1- 538-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən hesablanmış 132,08 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 137,98 manat təşkil edir. İddiaçı tərəfindən 137,98 manat dövlət rüsumu dövlət büdəcsinə ödənilmişdir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehlərdən tələb etdiyindən 137,98 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14283.83 manat əsas borc, 1577.56 manat faiz borcu, 132,08 manat cərimə borcu və 137,98 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar