Məhkəmə qərarları › İş №e-2-2(117)-1049/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1049/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1049/2024 18.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “05 noyabr 2020-ci ildə “Tütün becərmə üzrə borc” müqaviləsi üzrə öhdəliklərinin tam yerinə yetirilməməsinə görə cavabdehdən 9658,69 (doqquz min altı yüz əlli səkkiz manat 69 qəpik) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 (iki yüz) manat pulun və ödənilmiş 116.59 (yüz on altı manat əlli doqquz qəpik) manat məbləğindəki Dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “05 noyabr 2020-ci ildə “Tütün becərmə üzrə borc” müqaviləsi üzrə öhdəliklərinin tam yerinə yetirilməməsinə görə cavabdehdən 9658,69 (doqquz min altı yüz əlli səkkiz manat 69 qəpik) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 (iki yüz) manat pulun və ödənilmiş 116.59 (yüz on altı manat əlli doqquz qəpik) manat məbləğindəki Dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” ələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət emişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra tərəflər arasında razılıq əldə edilmiş və bununla bağlı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraaa xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, barışıq sazişi onun tərəfindən imzalanmışdır. Barışıq sazişinin təşdiq edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim etdilər və təsdiq edilməsini xahiş etdilər. Məhkəmə, tərəfləri dinləyib, iş materialları araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili ona verilən səlahiyyətlər əsasında və Cavabdehlun imzaları ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə xx.xx.2024-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən, qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Tərəflər etiraf qəbul edirlər ki, “ikinci tərəf” olan Cavabdeh “birinci tərəf” olan İddiaçınə olan borcu 9775,28 manat təşkil edir.

2. “İkinci tərəf” olan Cavabdeh borc məbləğinin 1000 manat hissəsini xx.xx.2024-cü il tarixədək, 3000 manat hissəsini xx.xx.2024-cü il tarixədək “birinci tərəf” olan İddiaçınə ödəyir.

3. “İkinci tərəf” olan Cavabdeh geri qalan 5775,28 manat borcu xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar