Məhkəmə qərarları › İş №e-2-2(117)-1053/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1053/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1053/2024 18.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı təbii X2 pozulması haqqında aktı əsasında əsassız hesabladığı və sahibkar İddiaçı **********00021 saylı hesabında qeydə aldığı 22144.32 manat borcun silinməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Təqdim edilmiş təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə (istixana) baxış keçirilən zaman obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma aşkar olunmuşdur. Lakin nə qədər sərfiyyat fərqi olması aktda qeyd edilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə tərtib edilmiş yoxlama aktında qeyd olunmuşdur ki, 19 fevral tarixdə cavabdehə məxsus müəssisəni sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindəki çıxarış əsasında yoxlama aparıldığı və texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə setifikatın olmaması aşkarlanamışdır. Eyni zamanda təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 103.2 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri ******* m3 (103.2 - 10 = 93.2 x 12 x 90 = 100656 m3) müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus qeyri yaşayış sahəsinin təbii qazla təmin edilməsi üçün təlimata uyğun şəkildə Cavabdehnə müraciət edərək lazımı sənədləri hazırlamışdır. Bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab faktura əsasında tam şəkildə ödənilməkdədir və heç bir borcu olmamışdır. Lakin sonuncu dəfə cavabdeh təşkilatın yerli xidmət sahəsinin təqdim edilmiş hesab fakturada normal sərfiyyatdan əlavə xx.xx.2024-cü il tarixə 22144.32 manat borc olduğu göstərilmiş, həmin borc da ödənilmədiyi halda sahənin qaz təminatı dayandırılacaqdır. Yerli qaz idarəsi ilə əlaqə saxlayarkən bizə, qeyri yaşayış sahəsində yoxlama aparıldığı və yoxlama zamanı çatışmamazlıqlar olduğu müəyyən edilmiş və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Lakin cavabdehin söylədikləri və cərimənin yazılması ilə bağlı ona hər hansı sənəd verilməmişdir. Bildirmişdir ki, ********** saylı vergi qeydiyyatında olan sahibkar kimi bugünə kimi təşkilatınızla borcla bağlı heç bir anlaşılmamazlıq olmamışdır, hər ay da ödənişlər edilmişdir. İşin mübahisəsiz halı onun sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi Ağdaş rayonu Nehrəxəlil kəndində yerləşən qeyri yaşayış sahəsinin **********00021 saylı hesabının aklarda bölməsində 2024-cü ilin fevral ayında 22144.32 manat cərimənin qeydə alınmasıdır. Bununla əlaqədar qeyrimüəyyən qaydada qeydə alınan borcun silinməsi məsələsinə baxılması, əks halda həmin cərimənin yazılmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçün şəxsi hesab vərəqəsindən cavadeh təşkilata pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətində qaldırılan məsələ ilə bağlı qarşı tərəf hər hansı münasibət bildirməmişdir. Bununla belə cərimənin yazılması ilə bağlı müraciətindən sonra cavabdeh təşkilatın təqdim etdiyi abonent saldosundan və təbii X2 pozulması haqqında ******* saylı aktdan göründüyü kimi tətbiq edilmiş maliyyə sanksiyası tamamilə qanunverciliyin tələblərinə ziddir. Belə ki, cavabdeh təşkilatın tərtib etdiyi təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimi qeyri-yaşayış sahəsinə yoxlama keçirən şəxslər Ağdaş XSnin əməkdaşları Mikayıl Şirinov, Müşfiq Hacıyev, Aytən Xəlilova, Mehman Abdullayev olmuşdur. Aktda qeyd olunmuşdur ki, obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma aşkar edilmiş, hesablanmış qaz itkisi abonent tərəfindən tam ödənilməlidir. Abonent saldosundan da göründüyü kimi xx.xx.2024-cü il tarxili ******* saylı akt əsasında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Tələbnamə ilə 100656 kub metr və ya 22144.32 manat cərimə borcu yazılmışdır. Cavabdeh təşkilatın nümayəndələrinin ona məxsus sahibkarlıq subyektində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı məlumatı və iştirakı olmamış və ya ona məlumat verilməmişdir. Həmçinin yoxlayıcıların (Ağdaş XS-nin əməkdaşları Mikayıl Şirinov, Müşfiq Hacıyev, Aytən Xəlilova, Mehman Abdullayev) yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamışdır. Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri yaşayış sahəsində yoxlamalar aparmaqla və sonda cərimə yazmaqla qüvvədə olan normativ aktların tələblərini kobud şəkildə pozmuş, eyni zamanda qanunsuz yoxlamalar aparmaqla özləri inzibati xəta hadisəsi törətmişdir. Cavabdeh təşkilatın nümayəndələri sərfiyyat aşmanın müəyyən edilməsi üçün qeyri yaşayış sahəsində olan cihazlara baxış keçirlməsi lazımdı və bunun üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3.5-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlanılmalıdır. Sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlanılması isə plan (növbəti) üzrə yoxlamanın təsir dairəsinə düşür və bunun üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən, mənə məxsus sahibkarlıq subyektinin yoxlamanın aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənərək əvvəlki cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim etməli və müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirməli idi. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı f/ş İddiaçı məxsus qeyri yaşayış sahəsində (İstixana) xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-17-ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY242082690 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş, həmçinin yoxlamada texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, Rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifkatın olmaması müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli yoxlama aktı və sonda xx.xx.2024cü il tarixli təbii X2 pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının dörd ədəd radiator sobası, bir ədəd qeyri-standart su qızdırıcı qazandan istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/ saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 103.2 m3/ saat hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat forması 103.20 – 10 = 93.2 x 12 x 90 = 100656 m3 və onun pul dəyəri 22144.32 manat (100008 m3 x 0.22 m = 22144.32 man) təşkil etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azəriqaz istehsalat birliyi ilə iddiaçı arasında təbii qazın alğı-satqısı haqqında müqavilə bağlanmışdır. İddiaçının istixanasına qazın verilməsi həyata keçirilmişdir. İddiaçı hər ay verilən bildirişə əsasən borcunu ona uyğun ödəmişdir. Lakin 1 mart 2023-cü ildə təqdim edilmiş bildirişdə ona artıq məbləğdə borcun hesablandığını gördükdən sonra Azəriqaz istehsalat birliyinə müraciət etmiş borcun yaranma səbəbi aydınlaşdırılmışdır. Ordan verilən məlumatdan aydın olmuşdur ki, 19 Fevral 2024-cü il tarixdə Azəriqaz istehsalat birliyinin əməkdaşları tərəfindən guya iddiaçıya məxsus istixanaya yoxlama aparılmışdır, yoxlamanın səbəbi isə sahibkarlıq sahəsində aparılan yoxlamada vahid reyestr çıxarışı olduğu göstərilmişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus istixanada hər hansı yoxlama aparılması iddiası barədə məlumatı yoxdur. İddiaçı yalnız 1 mart 2024-cü ildə təqdim edilmiş halı müəyyən etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci ilin yanvarın 1-ə qədər dayandırılmışdır. Qanunda göstərilmiş konkret halda yoxlamalara icazə verilmişdir. Bu halların heç biri iş materiallarında yoxdur. İddiaçının bildirməsinə görə onun istixanasında yoxlama aparılmamışdır. Eyni zamanda akta yazılmış əlavə qeyri standart su qızdırıcısı qazan radiator soba iddiaçıya məxsus istixanada yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tərəfə etirazlarını yazılı qaydada məhkəməyə Elektron kabinet vasitəsi ilə təqdim etmişlər. İddiaçının sahibkarlıq fəaliyyətini keçirdiyi obyektə yoxlama keçirilməsi ilə bağlı 19 Fevral 2024-cü ildə sahibkarlıq sahəsində aparılan yoxlama üçün reyestrdən çıxarış alınmış və həmin çıxarış əsasında 19 Fevral 2024-cü ildə yoxlama keçirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı olan sahibkarın texniki sənədlərində göstərilmiş sayğacın təbi qazın buraxma qabiliyyəti texniki pasportda göstəriləndən çoxdur. Belə ki, sənədlərdə göstərilmiş bir neçə G 6 markalı sayğacın qazı buraxması texniki pasportda göstərilmiş qaydada deyildir. Belə ki, qazın həcmini tam qeydə almır. Eyni zamanda yoxlama zamanı texniki tələblərə də əməl olunmadığı aşkarlanmış, iki ədəd standartlara uyğun olmayan sobanın mövcudluğu müəyyən edilmişdir. Yoxlama qanunun tələblərinə əsasən aparılmışdır və 28 Fevral 2024-cü ildə tələbnamənin əsaslı hesablanaraq onun əsasına uyğun itirilmiş qazın dəyəri iddiaçıdan tutulmalıdır. Yoxlayıcı dedikdə faktiki yerdə yoxlama keçirəcək şəxslər nəzərdə tutulur. Sahibkarlıq sahəsində aparılan yoxlamaları vahid reyestrdən çıxarış yoxlayıcı şəxs kimi X4 göstərilmış və yoxlamanın keçirilməsi zamanı akt tərtib edilmişdir. Həmin aktda X1 adı vardır və aktı məhkəməyə təqdim etmişlər. Yoxlamada digər şəxslər olsada yoxlamanı X4 həyata keçirmişdir. Digərləri həmin sahənin əmakdaşları olmuşdur. Çıxarışda “insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” halları göstərilsə də yoxlama zamanı həmin hallar aşkar edilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindıən çıxarışın iddiaçıya təqdim olunması haqqında hər hansı qeyd yoxdur. Hüquq mühafizə orqanlarına qazın talanması ilə bağlı müraciətin olunması ilə bağlı məlumatı yoxdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Çıxarış, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 22144.32 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk növbədə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (istixana) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən (yoxlama kodu KY2********) verilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə çıxarış alınmış və elə həmin vaxt yoxlama aparılmışdır. Eyni zamanda çıxarışda sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi halları ilə yanaşı insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması halları yoxlamanın təyin edilməsi üçün əsaslardan olduğu halda yoxlamanın məhz bu əsaslara dair aparılması da iş materialları ilə sübut olunmamış, cabandehin nümayəndəsi məhkəmə iclasnda izahatında yoxlama zamanı qeyd edilən halların aşkar olunmadığını bildirmişdir. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsi olduğu halda bunu etməmişdir. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus istixanada hər hansı yoxlama aparılmasından iddiaçının məlumatı olmamış, iddiaçıya məxsus istixanasında yoxlama aparılmadığını, eyni zamanda akta yazılmış əlavə qeyri-standart su qızdırıcı qazan, radiator soba iddiaçıya məxsus istixanada olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-2.1.6-cı maddəsində göstərilmiş yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməsini təsdiq edən hər hansı qeydin mövcud olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh ümumiyyətlə yoxlamanın keçirilməsini və aşkar olunmuş halları təsdiq edəcək sübutlara malik deyildir, yoxlamanın keçirilməsini təsdiq edəcək foto və ya video materiallar möcvud deyildir ki, iddia tərəfi yoxlamanın keçirilməməsini iddia etməkdə haqlı görünür. Bundan başqa təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən (yoxlama kodu KY2********) verilmiş çıxarışdan görünür ki, çıxarışda yoxlayıcı şəxslər bölməsində yoxlayıcı qismində yalnız Zaqatala RQİİ-nin Baş mühəndisi X1 adı göstərilsə də “təbii X5ın pozulması haqqında” ******* nömrəli aktın iştirakçısı kimi X1 adı deyil başqa şəxslərin adı göstərilmişdir. Göründüyü kimi, yoxlayıcı qismində Zaqatala RQİİ-nin Baş mühəndisi X1 göstərilməsi yoxlamanın və bununla bağlı sənədləşmənin məhz həmin şəxs tərəfindən aparılmalı olmasına dəlalət edir ki, başqa şəxslər tərəfindən yoxlamanın keçirilməsi qanunsuz olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bu hala münasibət olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Yoxlama aktında X1 adının gösətrildiyi bildirilsə də məhkəmə cavabdeh tərəfin dəlillərini qəbul etmir. Cavabdehin nümayəndəsi tərəfindən istinad olunan akt sonradan cavabdehin əməkdaşlarının hərəkətlərini pərdələmək məqsədi ilə tərtib edilmiş, iddiaçı olan sahibkarın aktda imzası mövcud deyildir. Belə olan halda məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, yoxlama üçün icazə Zaqatala RQİİ-nin Baş mühəndisi X3 verilmiş olsa da sonuncu yoxlamanın keçiirilməsində iştirak etməmiş və yoxlama aparılmışdırsa belə qanunvericiliyin tələblərinin pozulması ilə buna səlahiyyəti olmayan şəxslər tərəfindən aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən, yoxlayıcı yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsidir. Göründüyü kimi, iddiaçı olan sahibkarın sahibkarlıq subyektində aparılması iddia olunan yoxlama buna səlahiyyəti olmayan şəxslər tərəfindən aparılmışdır ki, bu hal da yoxlamanın qanunvericiliyin tələblərinin pozulması ilə aparılmasını təsdiq edir. Bununla yanaşı aparılması iddia olunan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılır. 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; 1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması; 1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. Yuxarıda qeyd edilən qanun və fərmanının tələblərinə əsasən, xx.xx.2025-ci il tarixədək sahibkarlıq subyektlərində enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və Fərmanda qeyd olunan hallarda yoxlama aparıla bilər. Məhkəmə araşdırması zmaanı müyyən edilmişdir ki, cavabdeh tərəfindən yoxlamanın əsası kimi təqdim edilmiş çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir ki, cavabdeh tərəfindən sayğaca müdaxilənin təsdiq olunması və ya qanunsuz qoşulma hallarının mövcud olmasına dair sübutlar məhkəməyə təqim edilməmiş və aparılmış yoxlamaya dair sənədlərdə bu hallar aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh plandankənar yoxlamanın keçirilməsinin əsası kimi istinad etdiyi insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması dair sübutlar, eyni zamanda sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinə dair sübutlar məhkəməyə sübut təqdim olunmamış və keçirilməsi iddia olunan yoxlama zamanı qeyd edilən hallar aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında keçirilmiş yoxlama zamanı qeyd edilən halların aşkarlanmadığı təsdiq etmişdir. Halbuki, cavabdeh sayğac oxunması zamanı müdaxilənin aşkarlanmasına və digər istinad edərək yoxlama keçirmək qərarına gəldiyini sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə müraciət etdiyi zaman əsaslandırmağa çalışmışdır. Göründüyü kimi cavabdeh ona qanunla verilən səlahiyyətləri aşaraq heç bir qanuni əsas olmadan, həqiqətə uyğun olmayan əsaslarla yoxlamanın keçirilməsi üçün çıxarış almağa nail olsa da, buna baxmayaraq pozuntu olduğu iddia edilən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə qeyd olunan halları aşkar etməmiş, aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və sayğaca baxış keçirilməsi və iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir. Göründüyü kimi yoxlama aparılmadan qanunun tələblərinin pozulması ilə tərtib edilmiş sənədlərin heç bir hüquqi nəticəsi olmamaqla yanaşı yoxlamanın aparılması ilə bağlı əsas sübutetmə vasitələri (foto, video çəkiliş və s.) də təqdim edilməmişdir. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə onu da qeyd edir ki, akt tərtib edilərkən “X5”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən qeyri-yaşayış sahəsinə (istixana) xidmət edən qaz sayğacında və qeyri-yaşayış sahəsində yoxlama keçirilməsi bildirilsə də, belə bir yoxlama aparıldığı öz təsdiqini tapmamışdır. G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma aşkar edilməsi ilə bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 100656 m3 olmaqla dəyəri 22144,32 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X2” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına (istixana) xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda cavabdeh dəymiş ziyanın bərpasında dair tələbnamədə sərfiyyat fərqinin (103.2 m3/saat -10 m3/saat = 93,2 m3/saat) olduğunu qeyd etsə də, iddiaçının qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacında verilmiş pozuntuları ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii X5 haqqında aktda sərfiyyatın həcmi qeyd edilməmiş, sadəcə əlavə sərfiyyat aşma olduğu qeyd edilmişdir ki, göründüyü kimi tərtib edilmiş pozuntu aktı da qeyri-dəqiq olmuşdur. Bunlardan başqa “X2 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə həmçinin onu da qeyd edir ki, qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda sərfiyyatın maksimal gücdən əlavə hesablanması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd edilən pozuntunu əks etdirən aktı və yoxlama aktını abonent imzalanmaqdan imtina etmişdir ki, iddiaçı yoxlamanın aparılması ilə bağlı məlumatlandırılmadığını və yoxlamanın ümumiyyətlə aparılmadığını bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yolxamanın aparılması öz təsdiqini tapmadığından, yoxlama ya dair tərtib edilmiş akt yoxlamanın keçiriməsinə icazə verilən şəxs tərəfindən aparılmadığından, sayğacda pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə fiziki şəxsə münasibətdə qaz sayğacının işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdehin üzərində olduğundan borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməli və 22144,32 manat borc iddiaçının abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 156,43 manat təşkil edir. İddiaçı onun tərəfindən ödənilmiş məhkəmə xərcini də cavabdehdən tələb edir ki, iddiaçı tərəfindən 156,44 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə xərci kimi iddianın qiymətinə uyğun 156,43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 0,01 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 22144.32 manat borc İddiaçı **********00021 nömrəli abonent hesabından silinsin. Cavabdeh İB-dən 156,43 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 0,01 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar