Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1071/2023 22.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “40000 manat miqdarında pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 3M-524 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən borc alana 40000 manat məbləğində pulu verməyi, sonuncu isə xx.xx.2021-ci il tarixinədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin sonunda cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək tam ödəyəcəyinə dair öhdəlik götürdüyü ilə bağlı qeyd aparmış və həmin qeydi imzalamışdr. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Müqavilənin sonunda cavabdeh borcunu xx.xx.2022-ci il tarixədək tam ödəyəcəyinə dair öhdəlik götürdüyü ilə bağlı qeyd aparmış və həmin qeydi imzalamışdr. X3 Xidmət Mərkəzində notariat ofisində xüsusi notarius tərəfindən vaxtında ödənilməmiş 40000 manat borcun iddiaçının xeyrinə ödənilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən gələn xəbərdarlıqdan sonra cavabdehin icra qeydindən məlumatı olduğunu, xx.xx.2023-cü il tarixdə icra qeydini əldə etdiyi, icra qeydindən şikayət vermək hüququ izah edilmədiyindən icra qeydini məhkəmə qaydasında mübahisələndirməsi barədə müddəti ötürmədiyini, notarius tərəfindən borcun ödənilib-ödənilməsinin araşdırılmadan icra qeydi verildiyini əsas gətirərək icra qeydinin ləğv edilməsi üçün Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-497/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, 8İ-15596 reyestr nörməli icra qeydinin ləğv edilməsi qət edilmiş və məhkəmə icra qeydinin ləğv edilməli olması əsası kimi icra qeydi verilməmişdən öncə qanunla nəzərədə tutulmuş prosessual qaydaların və tələblərin pozulması çıxış edir. Bundan sonra iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, birlikdə biznes qurmaq məqsədilə cavabdehə borc vermişdir. Bu müddət ərzində işlər görülüb, lakin cavabdeh tərəf ona heç bir gəlir verməmişdir. İddianı müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi. Cavabdehə xx.xx.2023-cü il tarixdə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Kiş Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə təqdim olunmuş sənəddən müəyyən olunmuşdur ki, məhkəmə bildirişi cavabdeh Kiş kəndində olmaması səbəbindən ailə üzvünə, yəni qardaşı X1 təqdim edilmişdr. Buna baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Müqaviləyə əlavələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 739-cu maddənin 1-ci və 2-ci bəndləri). Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında kommersiya fəaliyyətindən əmələ gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-524 nömrəli kredit müqaviləsinə əsasən tərəflər öz aralarında kreditin faizsiz verilməsini razılaşmışlar. Müqavilədə faiz ödənilməsi nəzərdə tutulmasa da, iddiaçının və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən edilmişdir ki, cavabdehin Şəki rayonunda müxtəlif yerlərdə dükanları vardır və cavabdeh tərəf iddiaçıya iş birliyi təklif etmiş, iddiaçı isə təklifi qəbul etmiş, cavabdeh tərəflə biznes qurmaq məqsədilə kredit müqaviləsi bağlamış və sonuncuya bu məqsədlə 40000 manat kredit vermişdir. Yəni tərəflər sahibkar olmaqla bərabər həmçinin onlar arasında yaranmış hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti də sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hazırki tələbi mahiyyəti üzrə baxılmışdır. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 3M- 524 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən borc alana 40000 manat məbləğində pulu verməyi, sonuncu isə xx.xx.2021-ci il tarixinədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı müqavilə üzrə 40000 manat pul vəsaitini cavabdehə vermiş və sonuncu borcu aldığını öz imzası və icra qeydi ilə etiraf etmişdir. Lakin buna baxmayaraq cavabdeh öhdəliyini ümumiyyətlə yerinə yetirməyərək borcunu ödəməmiş və nəticədə ödənilməmiş 40000 manat borcu qalmışdır. Bundan başqa cavabdeh Şəki Rayon Məhkəməsinə iddia tələbi lə müraciət edərkən iddia tələbində borcu olmadığında istinad etməmişdir. Belə ki, idda tələbinin əsaslandırmasında cavabdeh notraius tərəfindən borcun qaytarılıb-qaytarılmamasının araşdırılmadığını əsaslandırmışdır. Belə olan halda iddiaçının iddia tələbi üzrə 40000 manat pulu cavabdehə verməyi sübut olunsa da cavabdeh tərəfindən borcunun qismən və ya tam qaytarılmasına dair dair sübutlar mövcud deyildir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişm və onun tələb olunan məbləğdə borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və 40000 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 210 manat olmalıdır. İddiaçı 200 manat mediasiya xərci və 10 manat dövlətrüsumu ödəmişdir. Lakin iddiaçı qeyd edilən xərcləri tələb etmədiyindən ödənilməmiş qalmış 200 manat dövlət rüsumu cavabadehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 40000 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 200 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1071/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1071/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver