Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1071/2024 20.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “1450.21 manat əsas, 165.63 manat faiz borcu və 36.16 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixli, **********16112023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqavilə ilə bank tərəfindən cavabdehə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, bunun nəticəsində bank və cavabdeh arasında yaranan münasibətləri tənzimləyir. 3-cü bəndinə əsasən müştəri bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. xx.xx.2023-cü il tarixli, **********16112023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK4818861B252 nömrəli Əlavəyə əsasən bank tərəfindən fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 1500 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddəti pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən (25 %) əlavə gündəlik 0,5% faiz tətbiq olunur. Tərəflər arasında baş tutmuş razılaşmalar onlayn qaydada imzalanmış və bu halı təsdiq edən məlumat məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, fiziki şəxslərlə kreditin rəsmiləşdirilməsi üçün 30 manat, 14,55 manat isə hüquqi və fiziki şəxslər üçün 1 % nağlaşdırma vergisi olaraq verilməli 1500 manat məbləğdən çıxıldıqdan sonra cavabdehə xx.xx.2023-cü il tarixə olan kassa məxaric orderi ilə 1455 manat nağd pul verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh götürdüyü krеdit öhdəliyini lazımınca yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 1450.21 manat əsas və 165.63 manat faiz borcu qalmışdır. Pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh yaranmış borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixində Cavabdeh ünvanı üzrə şəxsən çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2023-cü il tarixli, **********16112023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqavilə, Müqaviləyə KBSK4818861B252 nömrəli Əlavə, Hesabdan çıxarış, Ödəniş cədvəli, Kassa məxaric orderi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixli, **********16112023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK4818861B252 nömrəli Əlavəyə əsasən bank tərəfindən fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 1500 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında baş tutmuş razılaşmalar onlayn qaydada imzalanmış və bu halı təsdiq edən məlumat məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, fiziki şəxslərlə kreditin rəsmiləşdirilməsi üçün 30 manat, 14,55 manat isə hüquqi və fiziki şəxslər üçün 1 % nağlaşdırma vergisi olaraq verilməli 1500 manat məbləğdən çıxıldıqdan sonra cavabdehə xx.xx.2023-cü il tarixə olan kassa məxaric orderi ilə sonuncuya 1455 manat nağd pul verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh götürdüyü krеdit öhdəliyini lazımınca yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 1450.21 manat əsas və 165.63 manat faiz borcu qalmışdır. Məhkəmə verilmiş 1500 manat kredit borcu üzrə işin hallarının araşdırılmasının yekunu olaraq hesab edir ki, öhdəlik iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən tam yerinə yetirilmədiyindən iddia tələbi təmin edilərək ödənilməmiş 1450.21 manat əsas borc və 165.63 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 36,16 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən 36,16 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1450,21 manat əsas, 165.63 manat faiz bоrcu və 36,16 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1071/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1071/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver