Məhkəmə qərarları › İş №e-2-2(117)-1072/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1072/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1072/2024 19.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “9551.23 manat əsas, 1519.56 manat faiz borcu və 123.21 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: **********26072022 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə əsasən bank tərəfindən cavabdehə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, bunun nəticəsində bank və cavabdeh arasında yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndinə əsasən müştəri bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. **********26072022 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli, KBSK1877429B252 nömrəli Əlavəyə əsasən bank tərəfindən fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə 12700 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddəti pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən (22 %) əlavə gündəlik 0,5% faiz tətbiq olunur. Tərəflər arasında baş tutmuş razılaşmalar onlayn qaydada imzalanmış və bu halı təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə 12701 manat pul verilmiş, cavabdeh tərəfindən əsas borcdan 2743,69 manat, faiz borcundan 1218,32 manat, cərimə borcundan 22,27 manat ödəniş edilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh götürdüyü krеdit öhdəliyini lazımınca yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 9551.23 manat əsas və 1519.56 manat faiz borcu qalmışdır. Pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh yaranmış borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək bildirmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9551.23 manat əsas; 1519.56 manat faiz; cəmi 11070.79 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehə xx.xx.2024-cü il tarixdə məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə sənədləri köçüb qeydi ilə geri qaytarılmışdır. Qeyd edilən məhkəmə sənədləri cavabdehə çatdırılması üçün xx.xx.2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Hesabdan çıxarış, Ödəniş cədvəli, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi **********26072022 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli, KBSK1877429B252 nömrəli Əlavəyə əsasən bank tərəfindən fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə 12700 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddəti pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən (22 %) əlavə gündəlik 0,5% faiz tətbiq olunur. Tərəflər arasında baş tutmuş razılaşmalar onlayn qaydada imzalanmış və bu halı təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə 12701 manat pul verilmiş, cavabdeh tərəfindən əsas borcdan 2743,69 manat, faiz borcundan 1218,32 manat, cərimə borcundan 22,27 manat ödəniş edilmişdir. Öhdəlik iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh tərəfindən tam yerinə yetirilmədiyindən ödənilməmiş 9551.23 manat əsas, 1519.56 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək ödənilməmiş 9551.23 manat əsas və 1519.56 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 123.21 manat təşkil edir. İddiaçı tərəfindən 123.21 manat dövlət rüsumu ödənilmişdir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 123.21 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9551.23 manat əsas, 1519.56 manat faiz bоrcu və 123.21 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar