Məhkəmə qərarları › İş №e-2-2(117)-1082/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1082/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1082/2024 09.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 9734,13 manat əsas, 641,33 manat faiz, 48.19 manat cərimə, ödənilmiş 121,28 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3099-K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 10000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə sazişlə borcalanın bu müqavilə üzrə borcverən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli 3099/Z saylı zaminlik müqaviləsinin olması ilə bağlı müqaviləyə 1.5-ci bənd əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3099-K nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3099/Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərinin lazımınca icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixindən etibarən hər ay 315.06 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 315,07 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 265,87 manat əsas borc, 5107.74 manat faiz borcu və 1270,28 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 9734,13 manat əsas, 641,33 manat faiz, 48.19 manat cərimə bоrcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Maliyyə arayışı,Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3099-K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması və refinans məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 10000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə sazişlə borcalanın bu müqavilə üzrə borcverən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli 3099/Z aylı zaminlik müqaviləsinin olması ilə bağlı müqaviləyə 1.5-ci bənd əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3099-K nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3099/Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərinin lazımınca icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 265,87 manat əsas borc, 5107.74 manat faiz borcu və 1270,28 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən Cavabdeh2 10000 manat kredit verilmiş, lakin sonuncu tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş 9734,13 manat əsas, 641,33 manat faiz, 48.19 manat cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı və hesabdan çıxarışla təsdiq edilir. Bu səbəbdən həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 121,27 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən 121,27 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 121.68 manat ödənilsə də, məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun ödənilmiş 121,27 manat dövlət rüsumu və bununla bağlı ödənilmiş 0,40 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 0,41 manat iddiaçıya aid ediləmlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9734,13 manat əsas, 641,33 manat faiz, 48.19 manat cərimə bоrcu, ödənilmiş 121,27 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar