Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1083/2025 22.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/3 saylı kredit müqaviləsi üzrə 5810.42 manat əsas borc, 362.76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 6173.18 manat borcun, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/4 saylı kredit müqaviləsi üzrə 603.62 manat əsas borc, 48.21 manat faiz borcu və 37.01 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 689.69 manat borcun, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/SMS-LOAN-********** saylı kredit müqaviləsi üzrə 622.6 manat əsas borc, 48.39 manat faiz borcu, 5.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 676.03 manat borcun və 95,39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 16 noyabr 2022-ci il tarixli, 36- MCR-1-602-22 saylı kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 30 faizlə 120 ay müddətinə 30000 manat kredit limiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 11 aprel 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 11 aprel 2023-cü il tarixli, 36-MCR-1-602-22/3 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASCdən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit, 13 aprel 2023-cü il tarixli, 36-MCR- 1-602- 22/4 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1000 manat kredit, 15 noyabr 2023-cü il tarixli, 36-MCR-1-602-22/SMS-LOAN- ********** saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il aprelin 23-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/3 saylı kredit müqaviləsi üzrə 5810.42 manat əsas borc, 362.76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 6173.18 manat borcu vardır. 2025-ci il aprelin 23-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602- 22/4 saylı kredit müqaviləsi üzrə 603.62 manat əsas borc, 48.21 manat faiz borcu və 37.01 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək illik 5%- lə hesablanmış 0.85 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 689.69 manat borcu vardır. 2025-ci il aprelin 23-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli, 36-MCR- 1-602-22/SMS-LOAN-********** saylı kredit müqaviləsi üzrə 622.6 manat əsas borc, 48.39 manat faiz borcu, 5.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 676.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 36-MCR-1-602-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə, aylıq 2.50 % dərəcəsi olmaqla 30000 manat məbləğində kredit xətti ayrılmışdır. Həmin müqaviləyə əsasən gecikdirilmiş borca görə cərimə məbləği gündəlik 0,20 % müəyyən edilmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 36-MCR-1- 602-22/3 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 36-MCR-1-602-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu Cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 36-MCR-1-602-22/3 nömrəli kredititin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 bank tərəfindən 36 ay müddətinə illik 22,37 % olmaqla 10 000 manat məbləğində kredit verilmişdir.
9. İddiaçı ASC-nin 36-MCR-1-602-22/3 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 bank tərəfindən 36 ay müddətinə hər ay 381,90 sonuncu ay 382,13 manat ödəmək şərtilə aylıq 1,83 % olmaqla 10 000 manat məbləğində kredit verilmişdir.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 36-MCR-1-602-22/4 nömrəli kredititin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 bank tərəfindən 24 ay müddətinə illik 25 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli SMS məlumatlarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 36-MCR-1-602-22/4 nömrəli kredititin verilməsinə dair razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 2000 manat məbləğində, aylıq 1,83 %-lə, hər ay 131,46 manat ödəmək şərti ilə kerdit verilmişdir. Məlumatdan görünür ki, həmin kredit şərtləri Cavabdeh2 tərəfindən SMS vasitəsi ilə təsdiq edilmişdir.
12. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 5810,42 manat məbləğində əsas bоrc 362,76 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 6173,18 manat məbləğində bоrcu yaranmışdır.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 603,62 manat məbləğində əsas bоrc 44,43 manat məbləğində faiz bоrcu və əldən çıxmış fayda qismində 5 %-lə hesablanmış 0,85 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 648,90 manat məbləğində bоrcu yaranmışdır.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 622,60 manat məbləğində əsas bоrc 48,39, manat məbləğində faiz bоrcu və 5,04 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 676,03 manat məbləğində bоrcu yaranmışdır.
15. İddiaçı ASC tərəfindən verilmiş kartın təhvil-təslim aktından görünür ki, görünür ki, Cavabdeh2 bank tərəfindən plastik kart verilmişdir.
16. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
19. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 10000 manat, 2000 manat və 1000 manat məbləğdə pulu Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləği ödənilməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
23. Məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə 30,18 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
25. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
26. Bundan başqa məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 95,32 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 95,39 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
27. Beləliklə, yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/3 saylı kredit müqaviləsi üzrə 5810.42 manat əsas borc, 362.76 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/4 saylı kredit müqaviləsi üzrə 603.62 manat əsas borc, 48.21 manat faiz borcu və 30,18 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/SMS-LOAN- ********** saylı kredit müqaviləsi üzrə 622.6 manat əsas borc, 48.39 manat faiz borcu, 5.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7532,07 manat məbləğdə borc və ödənilmiş 95,32 dövlət rüsumuna görə pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
Vİl. Nəticə:
28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/3 saylı kredit müqaviləsi üzrə 5810.42 manat əsas borc, 362.76 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/4 saylı kredit müqaviləsi üzrə 603.62 manat əsas borc, 48.21 manat faiz borcu və 30,18 manat cərimə borcu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5%-lə hesablanmış 0.85 manat əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixli, 36-MCR-1-602-22/SMS-LOAN-********** saylı kredit müqaviləsi üzrə 622.6 manat əsas borc, 48.39 manat faiz borcu, 5.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7532,07 manat məbləğdə borc və ödənilmiş 95,32 dövlət rüsumuna görə pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova