Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-109/2024 04.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi iddiaçı BOKT “Viator-Mikrokredit Azərbaycan MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada 10710 manat əsas borc, 4397,51 manat faiz bоrcu, 302,88 manat cərimə borcu, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və bank komissiya xərci olan 1 manat pulun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 18624/5 nömrəli kredit müqaviləsinə əsasən, borcverən borcalana “mikro kredit 3” krediti heyvandarlığın ticarəti sahəsinin inkişafı məqsədilə verməyi, borcalan isə hazırki kredit müqaviləsindən və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəlikləri vaxtında və tam yerinə yetirilməsinə cavabdehlik daşıyır. 2.1-ci bəndinə əsasən, bu kredit müqaviləsinə əsasən 12000 manat məbləğində 48 ay müddətində azalan balansla illik 28 % maraq faizi tətbiq etməklə mikro kredit 3 krediti verir. FİFD 31,066 % təşkil edir. 2.10-cu bəndinə əsasən kreditin ümumi dəyəri 20314,71 manat təşkil etmişdir. 5.2-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq borc verən tərəfindən borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin 1 %-i miqdarında cərimə hesablanıb tutulur. 18624/5 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixdə iddiaçı bankla X1, Cavabdeh2 arasında 18624/5 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə ilə zaminlər bank qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə ytirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında müqavilə üzrə 10710 manat əsas, 4397,51 manat faiz borcu, 302,88 manat cərimə borcunun olduğu göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1822 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 10751,43 manat əsas, 1975,71 manat faiz borcu vardır. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan xx.xx.2024-cü il tarixə Cavabdeh3 cərimə borcu hesablanmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildə 12000 manat kredit vermişlər. Cavabdeh tərəf borcu ödəmədiyindən onların iştirakı ilə girov əşyaları satılmış, həmin əşyaların pulu çıxıldıqdan sonra əsas borc üzrə 10751, 43 manat borc qalmışdır. Ekspert rəyi ilə tanış olmuşlar, ordakı məbləğlərlə razıdırlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqavilələri, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə tələbin 10710 manat əsas borcun və 302,88 manat cərimə borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 18624/5 nömrəli kredit müqaviləsinə əsasən bu kredit müqaviləsinə əsasən borcverən borcalana “mikro kredit 3” krediti heyvandarlığın ticarəti sahəsinin inkişafı məqsədilə verməyi, borcalan isə hazırki kredit müqaviləsindən cəona edilmiş bütün əlavələrdən irəli gələn öhdəlikləri vaxtında və tam yerinə yetirilməsinə cavabdehlik daşıyır. 2.1-ci bəndinə əsasən bu kredit müqaviləsinə əsasən 12000 manat məbləğində 48 ay müddətində azalan balansla illik 28 % maraq faizi tətbiq etməklə mikro kredit 3 krediti verir. FİFD 31,066 % təşkil edir. 2.10-cu bəndinə əsasən kreditin ümumi dəyəri 20314,71 manat təşkil etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1822 nömrəli rəyindən müəyyən edilmişdir ki, Cavabdeh3 əsas borc üzrə 10751,43 manat borcu vardır. Göründüyü kimi ekspert rəyindəki əsas borc məbləği iddiaçının tələbindən çox olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində, yəni 10710 manat əsas borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq borc verən tərəfindən borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin 1 %-i miqdarında cərimə hesablanıb tutulur. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən 10710 manat əsas borc, 302,88 manat cərimə borcu cavabdehlərdən tutularaq iddiaçıya ödəniləmlidir. Tələbin 4397,51 manat faiz borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1822 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, faiz borcu üzrə 1975,71 manat borcun olduğu qeyd olunmuşdur. İddiaçı 4397,51 manat faiz borcunun ödənilməsini iddia edir ki, ekspert rəyindən göründüyü kimi bunda da haqlı olmamışdır. Şərh olunanlara əsasən cavabdehlərdən müştərək qaydada 10710 manat əsas borc, 1975,71 manat faiz borcu və 302,88 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddiaçı 200 manat mediasiya xərci ödəmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 136,23 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən ödənilməli 136,23 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmiş və sonuncu həmin məbləği cavabdehlərdən tələb etmişdir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bank komissiya xərci olan 1 manat vəsait isə banka aid xidmətlərə aid olduğundan cavabdehlərdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada 10710 manat məbləğində əsas bоrc, 1975,71 manat məbləğində faiz bоrcu, 302,88 manat cərimə borcu, 200 manat mediasiya xərci tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 136,23 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-109/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-109/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver