Məhkəmə qərarları › İş №e-2-2(117)-1092/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1092/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1092/2024 21.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Qanuni nümayəndə, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Cavabdeh İddiaçı1 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 7727 manat məbləğində pulun, Cavabdeh İddiaçı2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 6900 manat məbləğində pulun; Cavabdeh İddiaçı3 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilkidə 5000 manat məbləğində pulun alıması, kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin Cavabdeh alınıb iddiaçılara ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçıların bildirdiyinə görə onlar kiçik sahibkarlıq fəaliyyəti ilə, yəni un satışı ilə məşğul olur, dövlət tərəfindən müəyyən olunmuş vergiləri vaxtında ödəməklə yanaşı, un satışından əldə etdikləri gəlirlə ailələrini dolandırırlar. Onların hər birinin vergi ödəyicisi kimi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamələri (VÖEN) vardır. ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri Ü. Hacıbəyov küçəsi ev-80, mənzil-8-də yaşayan Cavabdeh tərəfindən aldadılmış və Cavabdeh onlara xeyli miqdarda maddi ziyan vuraraq onları ağır maddi duruma salmışdır. Belə ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh müxtəlif vaxtlarda iddiaçılardan ayrı-ayrılıqda un almış, bir hissəsini ödəmiş, qalanını isə sonra ödəyəcəyini bildirərək aparmış və bu qaydada onları aldadaraq pulunu ödəməmiş və onları ağır maddi duruma salmışdır. Əliyev X1 rayon ərazisində çörək bişirmə ilə məşğul olur və çörək zavodu işlədir. Cavabdeh ayrı-ayrı vaxtlarda yəni, xx.xx.2019-cu il tarixdə 400 kisə (50 kq) dəyəri 10280 manat; xx.xx.2019-cu il tarixdə 100 kisə (50 kq) dəyəri 2570 manat dəyərində və xx.xx.2020-ci il tarixdə 100 kisə, xx.xx.2020-ci il tarixdə 50 kisə unu onları aldadaraq aparmış və həmin apardığı undan cüzi bir hissəsinin dəyərini ödəmiş, yerdə qalanını isə ödəməmiş və bu günədək onları aldatmışdır. Cavabdeh bugünədək onları aldadıb apardığı unun dəyərinə görə pul borcu vardır və Cavabdeh aldadıb apardığı unu satmış, pulunu isə verməmişdir və onlara 14627 manat məbləğində əsas borcu və xx.xx.2020-ci il tarixdən hal-hazıradək 5000 manat dəyərində əldən çıxmış fayda ilə (gəlirlə) birlikdə ümümilikdə 19.627 manat borcu vardır. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli malların təhvil qəbzlərindən görünür ki, 10280 manat və 2570 manat olmaqla ümumilikdə 12850 manat dəyərində 400 kisə və 100 kisə olmaqla un məmulatları cavabdehə təhvil verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən və Mingəçevi Şəhər Polis şöbəsinə verilmiş izahatlardan görünür ki, iddiaçılar VÖEN alsalar da, onlar adından un satışının həyata keçirilməsini etibarnamə əsasında Nümayəndə həyata keçirmiş, cavabdehin bildirdiyinə görə Nümayəndəı un satışı ilə məşğul olan adam kimi tanımış, ondan müxtəlif vaxtlarda nisyə un almış, sonradan borcu yarandığından çörək formasında dəyərini çörək formasında qaytarmağı razılaşmışlar. Nümayəndə 6600 manat məbləğində pul qaytarmış, onun 1000 manat borcu qalmışdır. Onun başqa borcu yoxdur. İş materiallarında olan iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən təqdim edilmiş müvafiq olaraq xx.xx.2019-cu il tarixli və 08.2019-cu il tarixli etibarnamələrdən və İddiaçı2 münasibətdə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçıların bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən, əmlak üzərində buna dair müvafiq olaraq digər hərəkətləri etməyi, eləcə də almaq, satmaq, bağışlamaq və s. bu kimi əqdləri bağlamaq və digər bu kimi hərəkətləri etmək Nümayəndə etibar edilmişdir ki, hazırki iş üzrə cavabdehə təhvil verilmiş un məmulatlarının satışı və göründüyü kimi tərəflər arasındakı mübahisə üzrə edilmiş hərəkətlər iddiaçılar adından etibar edilən Nümayəndə tərəfindən həyata keçirilmişdir. İddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Cavabdeh dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq iddiaçıları aldadaraq apardığı unun pulunu ödəmir. Cavabdeh unun pulunu ödəməkdən boyun qaçırır. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılar un satışı ilə məşğuldur. Cavabdehin isə çörək bişirmə sexi var. Tələb olunan pul nisyə verilən unun dəyəridir. İş üçün əhəmiyyət kəsb edən qəbzləri məhkəməyə təqdim etmişlər. Yekun olaraq cavabdehin 14627 manat borcu var. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə əldən çıxmış faydada tələb edirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən un alqı-satqısı ilə bağlı onun adına etibarnamə vermişlər və onların adından bu işləri avtomobili ilə həyata keçirmişdir. Cavabdehə həmin mallar onun tərəfindən təhvil verilmiş, cavabdeh isə iddia tələbində qeyd edilən un məhsulunun dəyərini ödəməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: malın təhvil verilməsinə dair qəbzlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk olaraq məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlmiş, iddiaçılar un satışı ilə məşğul olmuş, sonuncular tərəfindən cavabdehə un məmulatları satılmış, cavabdeh işlətdiyi çörək sexini unla təmin etmək üçün iddiaçılardan un məmulatları almışdır ki, göründüyü tərəflər arasında şifahi qaydada un alqı-satqısına dair münasibətlər mövcud olmuş və tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan işə hazırki məhkəmə tərəfindən baxılır. Hazırkı tələbdə iddiaçıların adından un satışını və digər bu xarakterli işlərinı iddiaçıların hər birinin verdikləri etibarnamə əsasında həyata keçirən şəxs Nümayəndə olmuşdur. Cavabdeh Mingəçevir Polis şöbəsində verdiyi izahatında Nümayəndə tanısa da, iddiaçıların təqdim etdikləri sübutlar əslində Nümayəndə cavabeh qarşısında iddiaçıları müvafiq olaraq təmsil etmişdir. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında şifahi alğı-satqı münasibətləri mövcud olmuş, iddiaçılar tərəfindən 2019cu il tarixdə cavabdehə nisyə qaydada un məmulatları satılmışdır. Cavabdeh isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən satılmış un məmulatları üzrə ödənilməmiş borcu qalmışdır ki, iddiaçılar həmin borc məbləğinin ümumilikdə 14627 manat olmasını iddia edir və həmin borca münasibətdə illik 5 %-lə faiz borcu kimi 2100 manat, 1900 manat və 1000 manat faiz borcu tələb edirlər. Məhkəmə iddia tələbinin “cavabdehdən 5627 manat əsas borcun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 5000 manat əsas borcun tutularaq İddiaçı2 ödənilməsi və Cavabdeh 4000 manat əsas borcun tutularaq İddiaçı3 ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçılar un məmulatlarının təhvil verilməsini və cavabdeh tərəfindən qəbulunun sübutu qismində malların təhvil qəbzlərini məhkəməyə təqdim etmişdir.Təqdim edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli malların təhvil qəbzlərindən görünür ki, 10280 manat və 2570 manat olmaqla ümumilikdə 12850 manat dəyərində 400 kisə və 100 kisə olmaqla un məmulatları cavabdehə təhvil verilmişdir. İddiaçılar həmin borc məbləğlərinin 5627 manat, 5000 manat və 4000 manat olmaqla özlərinə ödənilməsini iddia etsələr də, göründüyü kimi bunda haqlı olmamışlar. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş malların təhvil qəbzlərindən göründüyü kimi cavabdehə 12850 manat dəyərində un məmulatı verilmişdir ki, həmin məbləği cavabdehlərə ödənilməli məbləğlərə münasibətdə böldükdə 12850 manatın 5000 manatı İddiaçı2, 4000 manatı İddiaçı3 və qalan satılmış una münasibətdə ödənilməli qalıq məbləğin 3850 manat hissəsi isə İddiaçı1 ödənilməlidir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında sənəd əsasında verilən məbləğlərin digər iddiaçılara münasibətdə olan hissəsinin tam olduğunu, borc məbləğinin isə 3850 manat hissəsinin İddiaçı1 münasibətdə ödənilməli olduğu, qalan un məmulatını isə sənədsiz cavabdehə satdıqlarını bildirmişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən və Yevlax rayon polis şöbəsinə verilmiş izahatlardan göründüyü kimi iddiaçılar VÖEN alsalar da, onlar adından un satışının həyata keçirilməsini etibarnamə əsasında Nümayəndə həyata keçirmiş, cavabdehin izahatında bildirdiyinə görə o çörək sexi işlətmiş, bu səbəblə iddiaçılardan un almış və onun pulunu qismən ödəmiş, lakin gəlirlərini ödəyə bilmədiyindən sex bağlanmış və bu səbəbdən Nümayəndə ödəməli olduğu qalıq 1000 manat borcu ödəyə bilməmişdir. Göründüyü kimi iddiaçılar adından un satışını etibar edilmiş Nümayəndə həyata keçirmiş və cavabdehlə un satışı məhz Nümayəndə tərəfindən həyata keçirilmişdir. Sonuncu cavabdehə ümumilikdə 14627 manat un məmulatı satdığını və cavabdehin həmin borc məbləğini ödəmədiyini bildirsə də, iş materialları ilə göründüyü kimi cavabdehə 12850 manat dəyərində un məmulatı verilmişdir ki, satılmış un məmulatlarının ödənilməmiş qalan dəyərinin 5000 manatının İddiaçı2, 4000 manatının İddiaçı3, qalan 3850 manat hissəsi İddiaçı1 münasibətdə ödənilməlidir ki, sonuncu ona ödənilməli əsas borc məbləğinin 5627 manat olmasını iddia etsə də, həmin məbləğin yalnız 3850 manat hissəsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmış, qalan 1777 manat hissəsi isə sübut olunmur. Belə ki, iddiaçının nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında cavabdehə 12850 manat dəyərində un məmulatı verdikdən sonra, yenidən müvafiq dəyərdə un məmulatının sənədsiz verildiyini bildirmişdir. Göründüyü kimi tərəflər arasında sonradan un alqı-satqısı ilə bağlı münasibətlərin mövcudluğuna dair müvafiq sənədləşmə aparılmamışdır ki, belə olan halda İddiaçı1 iddia etdiyi məbləğdə əsas borcunun mövcudluğu öz təsdiqini tam tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 3850 manat əsas borcun tutularaq İddiaçı1, cavabdehdən 5000 manat əsas borcun tutularaq İddiaçı2, cavabdehdən 4000 manat əsas borcun tutularaq İddiaçı3 ödənilməsi hissəsində təmin edilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə Cavabdeh Mingəçevir Polis şöbəsində müvafiq şikayət əsasında araşdırma aprılarkən verilmiş izahatında bildirmişdir ki, Yevlax rayonunda çörək bişirmə sexi mövcuddur, 2 il olar həmin sex bağlıdır. Nümayəndəı unsatışı ilə məşğul olan adam kimi tanımış, ondan müxtəlif vaxtlarda nisyə un almış, sonradan borcu yarandığından çörək formasında dəyərini çörək formasında qaytarmağı razılaşmışlar. Nümayəndə 6600 manat məbləğində pul qaytarmış, onun 1000 manat borcu qalmışdır. Onun başqa borcu yoxdur. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli malların təhvil qəbzlərindən görünür ki, 10280 manat və 2570 manat olmaqla ümumilikdə 12850 manat dəyərində 400 kisə və 100 kisə olmaqla un məmulatları Cavabdeh təhvil verilmişdir. Bununla belə məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilərək mübahisəli məsələnin araşdırılması üçün məhkəmə iclasında iştirak etməsi xahiş edilmişdir. Lakin cavabdeh hər hansı bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə cavabdehin polis orqanlarında verdiyi izahatını əsaslı qəbul etmir. Belə ki, cavabdeh 6600 manat borcunun ödənildiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, təhvil verilmiş un məhsullarına dair qəbzlərə hər hansı bir münasibət bildirməmişdir. Cavabdeh 1000 manat boorcunun olmasını və 6600 manat borcdan ödəniş etməsini bildirsə də, bununla bağlı konkret arqumentə və dəlillərə əsaslanan sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə yazılı və imzalı formada un məhsulunun təhvilinə dair sənədi təkzib edən sübut olmadığından həmin sübutu əsas tutmuşdur. Ona görə də məhkəmə hazırkı tələbin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh iddia tələbinin əksini sübut edəcək sənədlərini, iddia tələbinə etirazını məhkəməyə təqdim etməmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa 2100 manat dəyərində əldən çıxmış fayda, 1900 manat dəyərində əldən çıxmış fayda və 1000 manat dəyərində əldən çıxmış faydanın cavabdehdən tutularaq müvafiq iddiaçılara ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar dəqiqləşdirmə barədə ərizə təqdim edərək iddia tələbində 14627 manat borca münasibətdə ödənilməli məbləğləri əldən çıxmış fayda kimi deyil, MM-in 445.7-ci maddəsinə əsasən faiz kimi tələb etmişdir. Bu səbəbdən məhkəmə 2100 manat, 1900 manat və 1000 manat borca münasibətdə MM-in 445.7-ci maddəsinə əsasən faiz kimi hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu səbəbdən məhkəmə qeyd edilən qanunvericilik normasından çıxış edərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik lazımınca yerinə yetirilməyərək qalıq borc olan cəmi 12850 manat hazırki vaxtadək ödənilməmişdir. Borcun gecikdirilməsi üçün həmin borcun iddiaçılara ödənilməli olan hissələrinə mütənasib olaraq, yəni 5000 manat əsas borca münasibətdə qanunvericiliyin tələbinə görə illik 5 %-lə ödənilməli faiz borcu 1145,83 manat, 4000 manat əsas borca münasibətdə illik 5 %-lə ödənilməli faiz borcu 916,66 manat, 3850 manat əsas borca münasibətdə illik 5 %-lə ödənilməli faiz borcu 882,30 manat təşkil edir ki, bu hal 2019-cu ilin 31 dekabr tarixindən etibarən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 4 il 7 ay üçün hesablanmış məbləğdir. Məhkəmə tərəfindən adi hesablama ilə müəyyən olunduğu kimi tərəflər arasında alqı-satqı münasibətlərinə dair sonuncu dəfə tərtib edilmiş malların təhvil qəbzindən göründüyü kimi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə cavabdehə 2570 manat un məmulatı təhvil verilmişdir ki, həmin vaxtdan məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 4 il 7 ay üçün 5000 manata münasibətdə illik 5 %-lə hesablanmış faiz məbləği 5000 * 5% = 250 manat – 1 il üçün, 250 / 12 ay = 20,83333 manat 1 aylıq faiz, 20,833 x 7 ay = 145.83 manat (250 x 4 + 145.83 = 1145,83 manat); 4000 * 5% = 200 manat – 1 il üçün, 200 / 12 ay = 16,666 manat 1 aylıq faiz, 16,666 x 7 ay = 116.66 manat (200 x 4 + 116.66 = 916,66 manat ; 3850 * 5% = 192,5 manat – 1 il üçün, 192,5 / 12 ay = 16,0416 manat 1 aylıq faiz, 16,0416 x 7 ay = 112,30 manat (192,5 x 4 + 112,30= 882,30 manat təşkil edir. İddiaçılar isə 2100 manat, 1900 manat və 1000 manat illik 5 %-lə hesablanmış faiz tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 5000 manat əsas borca münasibətdə illik 5 %-lə hesablanmış 1145,83 manat faiz borcu cavabdehdən tutularaq İddiaçı2, 4000 manat əsas borca münasibətdə illik 5 %-lə hesablanmış 916,66 manat faiz borcu, 3850 manat əsas borca münasibətdə illik 5 %-lə hesablanmış 882,30 manat faiz borcu cavabdehdən tutularaq iddiaçılara müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 148.88 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, iddiaçılar məcburi köçkün köçkün olmaqla (bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər) dövlət rüsumu ödəməkdən azad olunduqlarından ödənilməli 148.88 manat dövlət rüsumu bütövlükdə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Eyni zamanda iddiaçılar onlar tərəfindən ödənilmiş 200 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçılara müştərək qaydada ödənilməlidir. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3850 manat əsas borc və illik 5 %-lə hesablanmış 882,30 manat faiz borcu tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh 5000 manat əsas borc və illik 5 %-lə hesablanmış 1145,83 manat faiz borcu tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh 4000 manat əsas borc və illik 5 %-lə hesablanmış 916,66 manat faiz borcu tutularaq İddiaçı3 ödənilsin. Ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh tutularaq müştərək qaydada iddiaçılara ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 148,88 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar